Bülentdən ŞOK!: " Məni zorlayan şəxs ..."

Bülentdən ŞOK!:
Xəbərlər
10.09.2017 19
Türkiyə Milli Məclisində təcavüzlə bağlı cəzalara dəyişiklik edilməsi təklif olunub.

Təklifdə bildirilib ki, əgər təcavüz edən şəxs zorladığı qızla evlənsə, cəza almaya bilər.

Bu təklif Türkiyədə geniş müzakirələrə səbəb olub. Bu müzakirələrə məşhurlar da qatılıblar. Məsələyə reaksiya verənlər arasında məşhur müğənni Bülent Ersoy da olub. O, Edirnədə verdiyi konsertdən sonra jurnalistlərə deyib:

"Qanunları çox da yaxşı anlamıram. Amma, məsələn, kimsə məni zorladı. Mən o insandan həzz aldım? Yox. Həzz alsaydım, o insana ərə gedərdim. O, təbii ki, həbsə girməmək üçün mənimlə evlənəcək. Məni zorlayan şəxsə ərə getmərəm, çünki mən onu tanımıram, sevmirəm. Bəs mən bunu qəbul edə biləcəm? Mən ondan xoşlandığımı dedim? Mənim ürəyimdə başqası var. Tanımadığım şəxs belə bir şeyi necə edə bilər? Belə bir şeyi qəbul edə bilmərəm".

Qeyd edək ki, hakim "AK Parti" tərəfindən irəli sürülən təklif MHP və CHP-nin sərt etirazına səbəb olub. Təklif ilk səsvermədə qəbul edilib. TBMM-də açıq səsvermə tələbindən sonra yetərli 184 səsi ala bilməyən təklifə gələn həftə yenidən baxılacaq./milli.az/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!