12 yaşlı Fərəhin intihar etməsinin səbəbi - Nənəsinə dediyi sözlər "Istəyirəm dərman içim..." - ŞOK TƏFƏRRÜATLAR

12 yaşlı Fərəhin intihar etməsinin səbəbi - Nənəsinə dediyi sözlər
Xəbərlər
10.09.2017 11
Ötən həftə 12 yaşlı Fərəh Yaqubovanın dərman içərək intihar etməsi xəbəri yayıldı.

Səbail rayon 6 nömrəli orta məktəbin şagirdi olan Fərəhin intihar etməsinin təfərrüatları məlum olub. Bu barədə ailənin yaxınları məlumat verib.

Məlumat verən şəxsin sözlərinə görə, 7-ci sinif şagirdi Fərəh Yaqubova dərsindən 3 qiymət alıb. Buna görə anası telefonla Fərəhi tənbeh edib. Bundan sonra, Fərəh evdə nənəsinin dərmanından çoxlu sayda həb qəbul edib. Həb qəbul etməmişdən əvvəl Fərəh nənəsinə deyib ki, istəyirəm dərman içim, sonra məni aparsınlar xəstəxanaya, məni ayıldandan sonra hamı mənim nazımı çəksin. Nənəsi isə bunun təhlükəli olduğunu, belə şeyləri eləməməyi tapşırıb. Nənəsinin yuxuya getməsini görən Fərəh dərmanları içib.



Yaxınlarının dediklərinə görə, Şahnaz Əliyeva peşəkar dərzi olduğundan qızı həmişə gözəl paltarlarla seçilirdi. Bir il öncə isə Fərəhin atası dünyasını dəyişmişdi. Mənbə bildirir ki, Fərəhin atası da intihar edərək vəfat etmişdi. Bundan başqa, Şahnaz Əliyevanın bacısının azyaşlı qızı xərçəng xəstəliyindən dünyasını dəyişib. Hər iki bacı yeganə övladını itirib.

Anası Şahnaz xanım qızının məzarının şəkilini paylaşaraq ürəksızladan sözlər yazıb: "Çırağım söndü, həyatıma son qoydu. Belim qırıldı, evim yıxıldı.Məni məhv edib getdin. Can balam…".

Qeyd edək ki, F.Yaqubova jurnalist, publisist, naşir Oqtay Əliyevin (Ərgünəş) nəvəsidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!