"Təhminə" Zülfiyyəyə od püskürdü: Meral Zülfiyyəni ağ yuyub, qara sərdi! ŞOK!

Xəbərlər
10.09.2017 16
Xəbər verdiyimiz kimi, "Təhminə və Zaur" filmi ilə qəlbləri fəth edən türkiyəli aktrisa Meral Konrat bu gün paytaxtımızın qonağı olub.

BiG.AZ xəbər verir ki, “Türk Filmləri Həftəsi-Bakı” çərçivəsində Nizami kino mərkəzində filmlər həftəsinin açılış mərasiminə qatılan aktrisa jurnalistlərin suallarını cavablandırıb.

Xalq artisti Zülfiyyə Xanbabayeva ilə gərginlik yaşayan M.Konrat müğənniyə od püskürb. O bildirib ki, Z.Xanbabayeva etdiyi hörmətsizliyə görə ondan üzr istəməlidir:

"Zülfiyyə xanım məni aldatdı. Məni "Təhminə 2" filminin təqdimatı adı ilə Azərbaycana dəvə etdilər. "Təhminə və Zaur" filmindəki tərəf yoldaşım aktyor Fəxrəddin Manfovla kameralar qarşısına keçərək fotolar da çəkdirdik. Amma məni aldatdılar. Məgər bunların hamısı klip çəkilişləri üçün həyata keçirilib. Mənə yalan dedilər. Onları məhkəməyə verib təzminat da ala bilərdim. Ancaq Fəxrəddini sevdiyim, ona hörmət etdiyim üçün susdum. Z.Xanbabayeva məndən üzr istəməlidir. Həmin məsələən sonra Türkiyəyə qayıtdım. Nə qədər çalışsam da nə Zülfiyyə, nə də Fəxrəddin zənglərimə cavab vermədi".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!