Gənc qadın dəhşəti anlatdı: "Bunu pulla o etdirdi" - VİDEO

Gənc qadın dəhşəti anlatdı:
Xəbərlər
10.09.2017 18
Türkiyənin Denizli şəhərində 10 yaşlı qardaşı oğlu ilə evdə yatarkən sulfat turşulu hücuma məruz qalan Yıldız S. bunu törədənin Avstraliyada yaşayan köhnə nişanlısı M.G. olduğunu deyib.

Milli.Az Habertürk-ə istinadən xəbər verir ki, hadisə 3 may səhəri, saat 04.00 radələrində yaşanıb.

İkinci mərtəbədəki mənzilin qapısını hələ təsbit edilə bilməyən bir üsulla açan iki adam Yıldız S. (25) ilə yanında yatan 10 yaşlı qardaşı oğlu Elif Nur S. -nin bədəninə turşu tökərək qaçıblar. Qışqırıqlarına oyanan qardaşı gənc qadın və Elif Nuru xəstəxanaya çatdırıb. O gündən bəri xəstəxanada müalicə alan hər iki şəxsin nə zaman xəstəxanadan çıxarılacağı isə məlum deyil. Azyaşlı Elif Nurun üzü və qollarında, bibisinin isə üzü, kürəyi sinə bölgəsinin böyük hissəsində yanıq xəsarətləri var.

Hücumu Avstraliyada yaşayan köhnə nişanlısı M.G.-nin etdirdiyini iddia edən Yıldız S. 4 illik əlaqələrinin sentyabr ayında bitdiyini deyib. M.G.-nin ayrılığı həmz edə bilmədiyini, pul verərək bunu etdirdiyindən əmin olduğunu ifadə edən gənc qadın belə davam edib:

"Mənə tez-tez təhdid mesajları yazırdı. Son zamanlarda təhdid mesajları artdığı üçün onu "blok" etdim. Başqa nömrələrdən mesaj yazmağa davam etdi. Məni təqib etdirmiş. Şəkillərimi çəkdirib, adıma açdırdığı saxta Facebook hesablarından paylaşırmış. "Üzünə baxan olmayacaq, heç kim sənə salam verməyəcək, səni peşman edəcəyəm" yazırdı. Hətta ana və atamın telefonuna da təhdid mesajları gəldi. Bu gün mənə edilən sabah başqalarına da edilə bilər. Bu, insanlıqdan kənar bir şey. Heç bir qadın bunu haqq etmir".

https://daytube.az/az/embed/48111скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!