Uşağın cavabı onun həyatını xilas etdi

Uşağın cavabı onun həyatını xilas etdi
İndiki zəmanədə təhlükə bizi hər addımımızda gözləyir. Dünyanın istənilən yerində uşaqların itmə halları baş verir. Valideyinlər var gücləri ilə uşaqlara nəzarət etməyə çalışırlar, lakin heç kim əsl cinayətkarlardan sığortalanmayıb.
Bu hadisə balaca qızın başına gəlib. Yad adam qıza yaxınlaşıb onu özü ilə çağırdı. Qızın cəmi səkkiz yaşı var idi və onun cavabı həyatını xilas etdi. Bilmək olmaz onun başına nələr gələ bilərdi əgər cavabı başqa cür olsa idi.
Kişi qıza yaxınlaşıb anasının başına nəsə gəldiyini dedi və qarşılamağa anasının yerinə onun gəldiyini bildirdi. Uşaq dedi ki, ancaq şifrəni deyəcəyi halda onunla gedəcək. Kişi heç bir şifrəni bilmədiyindən özünü itirdi, o, fikirləşənədək qız qaçdı.
Sonralar bəlli oldu ki, bu hiyləni ana fikirləşib: əgər uşağa yad bir adam yaxınlaşıb onunla getməyə təklif edirsə, o, ananın sözlərini deməlidir.
Bu ehtiyat tədbirləri qızın həyatını xilas etdi. Bu fikirlə hər bir valideynlə paylaşın, çox güman ki, ilk baxışdan çox sadə hesab edilən bir hiylə təhlükəli anda çox gərəkli ola bilər.скачать dle 11.3
Mənbə: Qadınlar.Co
Загрузка...
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!