Körpələrdə timomeqaliya

Körpələrdə timomeqaliya
Timomeqaliya erkən yaşlı uşaqlarda tez-tez rast gəlinən haldır. İmmunitetin yaranmasına cavabdeh olan çəngəlvari (timus) vəzinin olçüləri bir qədər artmış olsa lazımi səviyyədə fəaliyyət göstərmir.

Timomeqaliyalı uşaqların immuniteti kifayət dərəcədə olmur və onlar digərlərinə nisbətən daha tez-tez kəskin respirator virus infeksiyalarına (KRVİ) yoluxur və xəstəliyi daha ağır keçirirlər. Timomeqaliyanın dəqiq diaqnozunu USM (ultrasəs) və ya rentgenoqrafiya muayinəsi vasitəsilə qoymaq olar.

Timomeqaliyanın 3 dərəcəsi ayırd edilir. Xəstəliyin səbəbi kimi irsi faktorları, hamiləlik toksikozları, hamiləlik zamanı ananın keçirdiyi infeksion xəstəlikləri, xarici muhitin zərərli faktorlarını və gecikmiş hamiləliyi qeyd etmək olar.

Digər göstəricilərə görə uşaq sağlamdırsa, 1 və 2 dərəcəli timomeqaliyası olan uşaqlarda planlı peyvəndlərin yerinə yetirilməsinə əks-göstəriş yoxdur.

Timus vəzisi 3-cü dərəcəli böyümüş olan uşaqlara xüsusi diqqət tələb olunur. 6 aya qədər olan uşaqlara poliomielitdən başqa digər peyvəndləri etməyə icazə verilmir. Yalnız nevropatoloq və endokrinoloqun iştirakı ilə aparılan xüsusi müalicə kursundan sonra planlı peyvəndlərə icazə verilir.

Timomeqaliyalı uşaqların qidasında kifayət qədər askorbin turşusu (C vitamini) olmalıdır. Həkimlər belə uşaqlara tablet, damcı və dəmləmə şəklində biyan kökü, askorbin turşusu, vitamin kompleksi təyin edirlər. Müalicə kursları 5-6 yaşa qədər ildə 2 dəfə 1 ay ərzində təkrar etmək lazımdır.

Medikamentoz müalicədən savayı, qara qarağat, moruq, badrənc, kəklikotu, zəncirotu və bəzi digər otların yarpaq və köklərindən (bərabər miqdarda olmaqla) hazırlanmış dəmləmələr də komək edir. 200 ml qaynar suda 10 qr ot qarışığı dəmlənir və 2 ay ərzində gündə 3 dəfə 1 çay və ya 1 xörək qaşığı qəbul edilir.

Belə uşaqları mütəmadi olaraq ftiziatra, endokrinoloqa və qulaq-burun-boğaz həkiminə göstərmək məsləhət olunur. Timomeqaliyalı uşaqlara bədənin möhkəmləndirilməsi, təmiz havada gündəlik gəzintilər və yaşa uyğun düzgün qidalandırma çox vacibdir. Kəskin respirator virus infeksiyalarının (KRVİ) profilaktikası üçün (epidemiya zamanı) uşaqların burnuna həkimin məsləhəti ilə leykositar interferon damızdırmaq lazımdır.

Timomeqaliyalı uşaqlara aspirin preparatının qəbul edilməsi qəti əks-göstərişdir. Çünki bu zaman onlarda aspirin astması əmələ gələ bilər.

Timomeqaliyanı mütləq müalicə etmək lazımdır. Əks halda gələcəkdə sizin körpənizin sağlamlığında çətin problemlər yarana bilər. Tibb aləmində körpənin “ani ölüm sindromu” adlı qorxunc bir termin vardır. Onun səbəbləri içərisində timomeqaliya birinci yeri tutur!скачать dle 11.3
İstinad: saglamolun_az


Загрузка...
Facebook Şərhləri
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!