"Görəsən, məni də yola verən varmı" dediyin oldumu?

"Sürətli" bir həyat yaşayan asta bir insan düşün... Ya da qaranlıq bir gün doğuluşu... bu gün və dünənin arasında fərq nədir?... "Mən haradayam" dediyin oldumu?



Bəzən çətindir insanları anlamaq... Bunu izah etmək də asan deyil əslində... Yaxşı nədir fərqlərin səbəbi və təməli?... "Harada səhv etdim" dediyin oldumu?



Bəzən yaşamaq ölməkdir, ölməksə hər yerdə eynidir ya qərbdə, ya şərqdə... Yaşadınmı ürəyinin yalnızlıq şəhərində?... "Mənim növbəm nə vaxt gələcək" dediyin oldumu?



Qapın çalınacaq ən gözləmədiyin bir anda, "Burax" deyəcək Əzraillin, "burax qolumu, gedirik buralardan, gəldi yetişdi vədənin sonu"... O anda "bax indi bu oldumu?" dediyin heç oldumu?



Depressiya, stress, problemlər və s... Ayrılmaz hissələrdir həyatımızda, kimisi onlara məğlub olur, kimisi qalib gəlir, kimisi ömrü boyu mübarizə aparır... Bəs sən necə? "Bezdim daha bu həyatdan" dediyin oldumu?



Bəzən sevgi yoxdur eşidirsən, bəzən sevdiyinə nifrət edənləri eşidirsən, sevgi(li)yə necə nifrət edə bilərsən? "Sənə sevirəm deyənə, mən sevmirəm" dediyin oldumu?



Qəribədir bu insanlar... Uşaq olarkən böyümək istərlər, elə ki böyük oldular uşaq olmaq istərlər. Heç öz-özünə "mən nə istəyirəm" dediyin oldumu?



Xəbərin başlığına, ana səhifə yazısına və şəkilinə baxıb, içərisini oxumadan rəy yazırsan. Hətta bəzən yazmırsan, əvvəlcədən yazmış olan birindən sitat gətirib yola verirsən... "Görəsən, məni də yola verən varmı" dediyin oldumu?скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!