Ümid edirəm görə bilirsən sözlərimdən axan damlaları

Ümid edirəm görə bilirsən sözlərimdən axan damlaları
Sizinlə son dəfə qucaqlaşmaq istərdim, amma qırılmış qollarım alovu da dondurar, Cənab..

ən yaxşısı ağlayan bu sözlərimlə, sətirlərimlə özünü qucaqla.

Ümid edirəm görə bilirsən sözlərimdən axan damlaları..



Heç soruşmadın, amma peşman olduğum üç şey var: Hazır idim, səni sevirdim, hər kəsə qarşı çıxa bilərdim. Önümə çıxan hər kəsə.



Tanrının cəhənnəmi burdan pis ola bilməz.



Həyatımızda hər zaman bir şeylər pisə doğru gedər. Yaxşıdan pisə və ya pisdən ən betərə.



Gecə yazıram, düşüncələrim tənha, ruhum cəmiyyətə intihar. Ağırdır gecə yaşamaq, hər şeyin ağırlığından daha ağır, daha betər. Fasilə verə bilmirəm heç bir sətirdə, ən yaxın dayanacaqlarda düşə bilmirəm. Yuxuları rədd edilmiş bir yolçu kimi.



Yaşamaq bağlanmaqdır.

Bağlanmaq yaşamaqdır.

Bağlanmaq yorulmaqdır baxıb təkrar təkrar özünə.

Yaşamaq bir gün oyanmaqdır

Bir gün birdən birə yalnız qalmaqdır

Yaşamaq alışmalardan sonra

Bağlandığı hər şeylə savaşmaqdır.



O adam ki baş ucumda bir məktubla tərk etdi məni,

O adam ki mən şirin yuxuda zəhərli səhər hazırladı mənə,

O adam ki mənim yaxşılığımı istədiyini düşünüb, əslində özünü çətinə salmaqdan qorxan,

O adam ki...

Hansı adam?

Heç gəlməmiş kimi çıxıb gedən mi?

O adam üçün şeir yazmağa dəyər mi?

Şeirimi yarım qoyub,nifrət etməliyəm artıq !..скачать dle 11.3
Mənbə: Qadınlar.Co
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!