Nə əkərsən, onu da biçərsən...

Nə əkərsən, onu da biçərsən...
Bir çörəkçi istifadə etməkçün kərə yağını qonşu kənddə yaşayan bir südçüdən alırdı. Bir gün çörəkçi südçüdən 3 kq yağ aldı. Ancaq bu yağ ona çox yüngül gəldi. Və o gündən aldığı bütün kərə yağlarını çəkməyə başladı. Qəribə də olsa da, kərə yağları get-gedə yüngülləşirdi. Nəhayət, çörəkçi özündən çıxdı və südçünü məhkəməyə verdi. Artıq iş hakimin qarşısında idi.



Hakim südçüdən:

-Sənin tərəzin var?

-Əlbəttə, var.

-Bəs çəkin?

-Çəkiyə ehtiyac yoxdur…

-Əgər çəkin yoxdursa, onda kərə yağlarını necə çəkirsən?

- Çox asan. O, məndən kərə yağı aldığı kimi, mən də ondan çörək alıram. Tərəzinin bir tərəfinə bir kq-lıq çörəyi, o biri tərəfinə isə kərə yağını qoyuram. Və çəkirəm. Əgər çəkidə bir nöqsan varsa, bu, mənim yox, onun nöqsanıdır. Hakim südçüyə bəraət verdi.скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!