Rufina (2-ci bölüm)

Rufina (2-ci bölüm)
" ilk tanışlıq "

" Sevgi menim tapindigim ilahi bir hiss idi... Esla ve esla lekenmeyecek olan hiss...

Ancaq hardan bile-bilerdim ki, o dizecen palçığa batıb.. "

- Onun sesini biraz artir - yanimda deli-deli hereketler eden Hicran qisqirmisdi. Onun dediyine ehemiyyet vermeden yoluma davam etdim. - off!
Ozu uzanaraq sesini qaldirmişdi radionun...
" Istersen bana ukala mukala de...
El ustunde tutulmazsam hep el kalirim
Prensesler gibiydim ben baba evinde
Ozgurluyume golgeyi hakaret sanirim... "
- eeeee!! - mugenninin sesi bir terefden, deli Hicran bir terefden meni tenge getirdiklerinden aniden eyleci basmisdim. Yaxsi ki, tehlukesizlik kemerini taxmisdiq yoxsa qizin basi qarpiz kimi partlamişdi.
- Ne olub?? - qorxu ve hiddetle uzume baxmişdi.
Radionun sesini kesib eseble ona teref dondum.
- Meni deli etdin!
- Sen onsuzda delisen Mecnunsuz Leyla, hai hai hai- iyrenc gulmesine daha cox tab getire bilmeyib basina sille cekmisdim.
- Bir, kes sesini! Iki, Leyla Mecnunsuz ola bilmez... Mecnunu tapacam ve getirib o cep gozlerine soxacam!
- Ey, menim gozum cep deyil eyrimce ayaq! - budur yene başlamişdiq ve men onunla mubahisemi uzatmadan yeniden retro masinimi ise salmisdim.
Men Rufina... 24 yaşim var. Tund sari sacli, ortaboylu, ariq, buna baxmayaraq celbedici bir qizam...
Oz isteyimle muellimeliyi qurtarmişam. Eslinde, zengin ailede dogulmuşam, menim muellim maasina ehtiyacim olmasada, bu seneti sevirem. Ve severek isimi gorurem. Baki ozel liseylerin birinde tarixden ders deyirem. Bu il cox heyecanliyam, çünki, artiq menim de oz sinifim olacaq.
Rufina adini mene nenem qoyub... Hansi ki, ailemde en cox sevdiyim insan...
Anam desen, her gun refiqeleri ile gezintide, yeni aldiqlarini numayiş etdirmekle meşgul olur. Atam daim iş seferlerinde... Meni demek olar ki, ata nenem boyudub.
Ve başimin belasi Hicran. Emim qizi. Ailesiyle birge kecirdiyi qezadan yalniz o sag qalir ve atam tebii olaraq, onu himayesine goturur. Hicranla demek olar ki, bir boyumusuk ve baxmayaraq , her gumumuz davayla kecir, nenemden sonra cox sevdiyim ikinci aile ferdi...
Hec yadimdan cixmaz, bize geldiyi ilk gunler paxilliqdan hec neyimi onunla paylaşmaz, ona pis davranardim. Oda bundan tenge gelib mene qirmizi baş demişdi. Onsuzda sevmirdim saç rengimi. Ana nenem de tund sari sacli olub. (Nenem buna gore adimi Rufina qoymusdu) Bundan hiddetlenib metbexe qacmiş, kibriti almisdim. Axsama qeder Hicranin arxasinca dusmus, furset dusduyu an kibriti cekib qara gur ve uzun saclarina od vurmusdum. Hicranin qisqirtisi butun evi basina goturmuş, saclari tam yanmasa da pis hala dusmusdu. Bir nece yerden de yaniq xesaretleri almisdi. Bu etdiyimden once hezz alsam da, xestexanadan dondukden sonra onun veziyyetine icim acimiş, ondan sonra ona pis davranmamisdim...

Iki ildir sevdiyim sahe uzre calisiram ve bu mene heyata tutunmaq üçün daha cox guc verir. Elde etdiyim qazanci qepik-qepik yigaraq, gelecekdeki arzumu heyata kecirmek üçün saxlayiram. Onsuzda bedxerc biri deyilem, yenede oz qazancima toxunmur, onu goz bebeyim kimi qoruyuram.

Menim dusunceme gore iki cur insan olur, sevgiye inanan ve inanmayan...
Men sevgiye inananlardanam.
Sevgi menim tapindigim muqeddes bir hiss ve esla lekenmeyecek olan hiss...

Ticaret merkezinin onune catdiqda masini astaca park edib kemerimi acdim.
- Hicran, bax bir qelet edib seni getirmisem menim basima oyun acma. Uzagi bir saata cixiriq.
- He he canim getdik... - Hicran meni yola vererek bir anin icinde magazaya girmisdi. Mende hiddetimden ozumu soyerek onun ardinca iceri kecmisdim. Iceri kecdiyim an uzume vuran serin kulekden gozlerimi yumaraq hezz aldim. Sentyabr ayi olmasina baxmayaraq, havalar heddinden cox isti kecirdi. Gozumu acmaq istediyimde, qoluma toxunan sert birseyle dosemeye yapismagim bir olmusdu. Yanim berk deydiyinden ofuldayaraq ovmaga basladim. Basimi qaldirib mene toxunan seyin ne olduguna baxdigimda qarsimda hundurboy irigovdeli esmer birini gormusdum. Gorunusu insana agir ceki qaldiran idmancilari xatirladirdi.
Qol hissesinde doyme vardi, qiz oldugu saclarindan belli olurdu. Qalan hissesini koyneyinin qolu ortduyunden tam anlamaq olmurdu.
- Xanim.. Bagislayin, men telesirdim. Birsey olmadi ki? Bir yeriniz agrimir ki?? Üzr isteyirem, vallah...
- Mence cene doymek evezine komek etsez, lap yaxsi olar!
- He he bu deqiqe - çaş-baş qalmiş oglan iri elleriyle vehsi kimi qaldirmişdi meni yerden.
- Ohaa, ayi! Biraz yavaş - axx menim dilim, basima bela dilim!
Oglanin cep-cep baxdigini gorub qolumu ondan cekmeye calisdiqca, onzuda makaron olan qollarim birazda sixaraq sinmaq derecesine getirmişdi.
- Ne dedin sen?! - ah Rufina, sene lazim idi bu??
- Meen?? Heçne.. Buraxasiz belke, incidirsiz !
Bir anliq ozune gelib qolumu buraxmisdi. Butun bedenim onun ixtiyarinda oldugundan buraxdigi an ikinci defe yixilacagimi anladigimdan koyneyinin yaxasindan tutdum. Bu, meni yixilmaqdan xilas etse de, kenardan baxan bir cüt teneli gozden xilas etmemisdi...
- Bbagislayin... - bu defe men uzr isteyerek yaxasini buraxmisdim. - he, birde umutmadan! - dilimi dinc saxlaya bilmemisdim yene - yol gedende onunuze baxin, yoxsa tehluke qaçinilmazdir, her kes sizin kimi ayi... sey iri deyil.
- Yeni senin kimi, dovsan, sey xirda... Bagişlayin, muncuq boydasiniz, gormemeyim normaldir.. - oda oz novbesinde geri qalmamisdi ve hazircavabligi menim gerilmeyime sebeb olmuşdu.
- Bir daha ayiliq etmesez sevinerem!
- Cemiyyet icinde gozuyumulu gezmesez sevinerem! - ozumden asili olmadan barmaqlarim uzerine qalxib iri qara gozlerinin icine baxdim.
- Menim gozuyumulu gezmeyim kimseye xesaret vermir sizin ayiliginiz kimi! -
Ve arxama baxmadan meni gozleyen Hicrana teref emin addimlarla ireliledim.
- Rufu, o kim idi ele??? - boyrumu durtmeyi gerilmiş eseblerimi dahada tarima cekmisdi.
- Ayinin biri!! Sene ne!! Mene ne!!! - hirsimi yaziq-yaziq baxan qizdan cixmisdim. Bir nece geyimleri nezerden kecirdikden sonra olanlari tamamile unutmusdum.. Lakin hardan bilerdim ki, unutdugum sadece gun imiş ve geleceyimi tamamile deyişecek olan bir gun...

15 Sentyabr 08:20

Maşini mektebin heyetine salib her zamanki yerine park etdim. Usaqlar az cox gorunmeye baslamişdilar. Guzgude bir daha ozume nezer salib cantami alaraq enmişdim maşindan. Yeni bir gun, yeni bir heyat, yeni simalar...
- Rufinaaa - arxaya donduyumde yay boyunca gormediyim, gormeyi arzulamadigim bir simayla uz-uze qalmişdim.
- Aa, Şebnur... - yalanci guluşle yaxinlasib gorusmusdum.
- Maşallah, nece gozel gorunursen.. - yaltaqligina baslamişdi artiq. Sevmirdim, gozumun duşmeni sayilirdi yaltaq insanlar. - Sen neynirsen bele, ne qeder xerc tokursen bu fit bedene sahib olmaq üçün?
- Belke iceri kecek? - ozumu ele alib bir an evvel ondan qurtulmaq üçün behaneler axtarirdim. Yaxsiki raziliq vermisdi, qoluma girerek girise dogru yol aldiq.
- Rufina, bu yay harda dinceldin? Biz Qaxa getdik, selaleye falan..
- Gozum aydin aa..
- Ne dedin?
- Hecne.. - dodaqlarimi buzub uzumu cevirdiyimde uzaqdan bize teref gelen Cabir muellimi gorun sevinmisdim. O da oz novbesinde bize gulumseyib addimlarini yeyinletmisdi.
- Oo, xos gorduk sizleri.
- Salam Cabir muellim.. - ikimiz bir agizdan seslenmisdik.
- Salam salam, necesiniz? Rufina qizim, bir deqiqe olar seni??
- Elbette, - Cabir muellimin meni yanimdaki boşbogazdan xilas etmek istediyini anlayib Şebnura teref dondum - Sonra danisariq...
Ondan aralandiqdan sonra hereketini saxlayib mene teref dondu.
- Bax Rufina, bu gune qeder hemişe arxanda durmusam. Çünki, hemise emin olmusam dogru qerarlar vereceyine. Bu 11 lerin de ohtesinden geleceyine eminen. Ne vaxt problemin olsa mene gelersen. Unutmadan, o sinifle ehtiyatli ol..
- Cox sagolun, emin ola bilersiz. Liseyin "hababam" sinifini quzular sinifine cevireceyem. Arxayin olun cenab Cabir..
Son sozumuze her ikimiz de gulerek muellimler otagina dogru yol aldiq.
Yarim saata butun muellimler gelmisdi artiq ve her il oldugu kimi, butun sagirdlerle birlikde boyuk zala yigilmisdiq. Direktor oz novbesinde cixisini edib, yeni gelen sagirdleri ve 11 leri tebrik etmisdi.
Nehayet ki, direktorumuzun mohtesem cixisi basa catmis, here oz otagina yollamişdi.
4-cu mertebe, 76-ci otaq. Heyecanli ve dik addimlarla sinifin onune geldim. Iceride deyesen 3-cu dunya muharibesi gedirdi. Durusumu duzeldib ciddi simayla iceri daxil olmusdum ve menim ferqime varmamisdilar bele.
- Usaqlar... - bu ne ses idi menden cixmisdi, ozum bele esitmemisdim. Onlar ise, meni esitmir, seslerini kesmek bilmirdiler.
- Oho, oho. Usaqlar. - yene duymamisdilar meni. Artiq eseblesmeye baslamisdim.
- Usaqlar!!! - bir anliq iceri sukut cokmusdu ve hami mene teref donub teccublu baxislarimi uzume zillemisdiler. - Iceri muellim gelib, yoxsa basqa biri sizin ucun ferq etmir?!
Qisqirmagima el-ayaga duserek here oz yerini almisdi.
- Eylese bilersiz! - emrime tabe olaraq hamisi eylesmisdi.
- Bize bu ders deyecek?
- Men bunu asagi sinif muellimi bilirdim.
- Bu ki, bizimle yasiddi.
Danisiqlari esidir, lakin hec birine mehel vermeden cantami masanin uzerine qoymusdum.
- Demeli bele. Men Rufina. Rufina Ezizbeyova. Yegin ki, bir coxunuz meni taniyirsiniz. Tanimayanlar üçün, sizin hem tarix muellimeniz, hemde sinif muellimenizem.
- Bizde iceri girdiyinizde ele bildik ki, sinife yeni qiz gelib. - arxada eylesen, daha dogrusu "uzanan" ucaboy oglan cavab vermisdi. - Tanis olmagima sad oldum Rufina.. muellime.. - son sozu rişxendle soylemişdi sanki. - Mende Şamil. Dostlarim Şamo deyir, siz nece is...
- Kes ! - ele saldigini anlayib sesimin tonumu qaldirmisdim. - Ozunde duzgun otur ! Evde deyilsen.
Sozume bir qasini qaldirib ozunu duzeltmisdi.
- Bele... Ilk gun oldugu üçün, tanisliq olacaq. Inaniram ki, sizinle yaxşi anlaşa bileceyik.. Keçen ilin sinifkomu...
- Men.. - onde eylesen eynekli qiz ayaga qalxmisid.
- Usaqlarin adlari ve soyadlarini yaz getir zehmet olmasa.
- Bas uste.. - basimla raziligimi bildirib eylesmisdim. 5 deqiqe erzinde siyahini hazirlayib mene getirmisdi. Sinifde cemi 15 şagird vardi. Siyahini inceleyerken sinifde yene ugultu baslamisidi. Gozalti onlara baxib ugultunu yaradan sebebkari tapmaga calisdim ve nail oldum da. Şamil! Deyesen sinifin en başi belali şagirdlerinden idi.
- Sessizlik... - bir anliq sussalarda yeniden Şamilin sesini esitmisdim.
- Abdullayev Şamil ! - bir anliq ozunu itirerek mene baxdi. Lakin tez de ele almisdi.
- Adimi ezberleyirsiz muellime?? - ag dislerini gostermisdi.
- Boş-boş danişmaqdansa ayaga qalxasan belke?? Siyahinin en basinda sensen. Umid edirem menim basima cixmarsan.
Ani bir guluşme ardindan sessizlik yaranmisdi.
- Buyurun, qalxdim. - uz ifadesi deyismisdi, yegin ki, yoldaslarinin gulmesi onu eseblesdirmisdi.
- Indi eyleş. - durusumu pozmadan yeniden siyahiya baxmisdim. Esebden uzunun qizardigina emin idim...
Tanişliqla dersin yarisini basa vurmusduq. Şamilin sesi gelmirdi, deyesen hirsi soyumamisdi. Bele de olmali idi, qarsisindakina hormet etmeyi bacarmagi oyrenmeliydi.
Onde eylesen Elvirayla kecen ilin gedisati haqqinda maraqlandigim bir vaxtda sinife yayilan telefon sesiyle usaqlar yene bir birine girmisdi.Qiza eylesmesini soyleyib ayaga qalxmisdim.
- Sessizlik! - lakin onlar yene meni dinlemir, sohbetlerine davam edirdiler. Elimi bir nece defe masaya vursam da xeyri olmamisdi. Butun bunlarin basinda Şamilin olduguna adim kimi emin idim. Telefon ikinci defe caldiqda nezerlerimi ona yoneltdim ve yanilmadigimi anlamisdim. Telesmeden ona yaxinlasib qarsisinda dayandim. Digerleri meni gorub sussalarda Şamil telefonla danisir, mene ehemiyyet vermirdi.
- Ver mene onu.. - sakit, bir o qeder de ciddi tonda muraciet etmisdim.
- Bir deqiqe, telefonla danisiram - eliyle mene "get" isaresi vermisdi. Bu artiq heddini asmaq idi. Elindeki telefonu almagimla divara cirpmagim bir olmusdu. Ilk gunden bu cur problemler olmasini istemesem de, artiq gec idi. Ancaq indiki aglim olsaydi, sebrimi basar o sehvi tekrar etmezdim...
Ellerini yumruqla masaya vurub beraberime, hetta bir azda yuxari qalxmisdi. Goz bebekleri qizarmiş, yanaqlari batib cixir, derin nefes alib verirdi.
- Sen ne etdiyini anlayirsan?!
- Bes sen anlayirsan?!
Qarsinda tay-tusun yoxdu senin!!
- Bilmirem muellimsen ne zibilsen... - sozunun ardini getirmesine icaze vermeyib sille cekmişdim. 'aoooo' sedalari yayilmisdi sinife.
- Cix sinifden! Valideynin gelmeden gelme! Yada isteyirsen hec gelme! Senin kimi terbiyesiz bir ovladin valideynine yazigim gelir.
Yumrugunu sixib uzerime gelmek isterken ozunu ele alib yerine eyleşmişdi.
- Cixmiram! Bacarirsan cixart meni!
- Elemi? Gor indi nece cixariram.- menimde eseblerim yerinde deyildi artiq. Mektebin ilk gunu edilen hormetsizliyi hezm ede bilmirdim. Elimle peyserine yapisib ayaga qaldirmis, qapiya qeder aparmisdim. Qalini acaraq - get, bu terbiyesizliyinle bas eden valideynin gelsin! - soyleyib cole atmisdim, ardinca qapini qapamisdim.
Gozlerimi yumaraq derin nefes alib ozumu topladim ve arxaya dondum. Hami basini asagi salib sesini kesmişdi. Sanki, qurbaga golune das atmisdim. "Bax bele !" ureyimden kecirib yeniden yerime eylesdim.
Zenge kimi hec birini dindirmemisdim, zeng sonunda Elvirani yanima cagirmis, Şamilin valideyerinin kim oldugunu ve elaqe saxlayacaq bir nomrelerin olub olmadigini sorusmusdum. Qiz ise başini asagi salib, bir soz demirdi.
- Qizim, eger Şamilden cekinirsense, narahat olma, bu aramizda gizli qalacaq.
Elvira basini qaldirib nemli gozlerini mene dikdi.
- Sen neycun aglayirsan? Ondan mi qorxursan?
- Muellime, kas bu cur etmezdiz. Samil mutleq bunun intiqamini alacaq.
- Sen qorxma, 6-7 yas kicik usaq mene ne ede biler ki?
- Usaq? Onun 22 yasi var. - bax bunu gozlemirdim. Gozlerimi iri sekilde acib qiza baxdim.
- Men sehv esitdim ya..
- Duz esitmisiz. Birde, onun valideynleri yoxdu. Daha dogrusu atasi var. Anasi kecen il rehmete gedib. Qirdiginiz telefon.. anasindan qalan yegane şey idi..
Buda novbeti şokum..
- Aman Allahim.. Qizim bes onun bu yasda mektebde ne isi var?
- Anasi isteyibmiş. Basqa hecne bilmirem.
- Yaxsi, gede bilersen.
Men ne etmisdim? Nece cesaret etmisdim ozumle yasid birini otaqdan o sekilde cixartmaga? Gozum arxa oturacaqda ilisib qalmisdi. Cabir muellimin dediklerini xatirlamisdim. Demek buna gore... Gah ozume eseblesir, gahda etdiyimin duzgun olmasi qenaetine gelirdim. Ayaga qalxib partasina yaxinlasdim. Yere sepelenmis telefon qaliqlarini toplayib cantama ataraq, otaqdan cixmisdim. Mene ele gelirdi ki, yox-yox, bu deqiq bele idi. Butun mektebin gozu mendeydi. Qeribe ve yaziq baxişlar!
Muellimler otagina girdiyimdede eyni aurayla qarsi-qarsiya qalmisdim.
- Rufina muellime... - Cabir muellimin sesini esidib arxaya dondum - bir deqiqe menimle gelersiz?
- Elbette, - cantami masanin basina kecirib Cabir muellimin ardiyca cixmisdim otaqdan.
- Qizim, sene ehtiyatli olmagini soylememisdim? Sen ne etdiyini bilirsen? Butun mekteb senden danisir.
- Bilirem, ilk gunden bu cur problem olmasini istemezdim, lakin o hedsizin etdiklerini bilmirsiz.
Cabir muellim eliyle cenesini cixib basini yox menasinda yelledi.
- Sen hecne etme, men bunu ozum hell edeceyem. Birde ona ilişmesen yaxsidi.
- Axi... - davamini getirmeyime icaze vermeden uzaqlaşmisdi menden. Hecne anlaya bilmirdim. Dirnagimla cantamin qulpunu didisdirirdim esebden.
- Lenet seytana! - Eseble pilleleri enib heyete cixmisdim. Temiz havaya ehtiyacim vardi. Basimi cevirdiyimde masinimin etrafina usaqlarin toplasdigini gordum. Onlar ne üçün toplasmisdilarki ora? Bir qasimi havalandirib onlara yaxinlasdim. Usaqlar meni gorub etrafa cekildiler. Ilahi!!
Dehsetle elimi agzima apardim. Retro masinim... Gozumden bir damla ayaqlarimin altina düşmüşdü. Kederle ona yaxinlasdim. Uzeri cizilmiş, suseleri sinmisdi. On oturacaqda ustu yazili ag vereq vardi. Qapisini ehtiyatla acib vereqi acdim. " Bu hele başlanğıcdır gözelim! "
Vereqi elimde sixib muhafize otagina teref qacmaga basladim.
- Muslum dayi, ay Muslum dayi!! -
Sesleyisime cavab vermemesi meni dahada ozumden cixartmisdi. Zerble qapini acmisdim.
Gorduyum menzereden gozlerimi qiyib özümü geri cekmisdim.
Qolunda bir qizin duymesi olan ayi ! Ilahi onun bedeni cilpaq idi. Uzerinde boş idman salvarindan basqa heçne yoxuydu.
. Belke bir iki deqiqe gec gelseydim elinde tutdugu koyneyi uzerine kecirecekdi. Oglan ozu de meni gorub çaş-baş qalmişdi.
- Bbağislayin, mmen Muslum dayini...
Cumlemi toparlaya bilmemisdim.
- Menden evvelki muhafizecini deyirsinizse, o yoxdu. Deyilene gore rehmete gedib. Artiq bundan sonra men isleyecem burda. - nehayet ozunu ele alib elinde tutdugu koyneyi eynine kecirmisdi.
- Mmen bilmirdim. Allah rehmet elesin.
- Amin, bes size ne lazim idi??
Başimi saga sola cevirib ne üçün geldiyimi xatirlamaga calisdim.
- Masin! He maşinim... Madam ki, bundan sonra muhafizeçi sizsiniz, niye işinizi dogru duzgun gormursuz?! Menim masinim orda pis veziyyete salinarken siz harda ölmüşdüz bes ?!
- Sakit olun xanim. Gorduyunuz kimi, men indi geldim. Hele eynimi tam deyismemisdim ki, iceri siz girdiniz. Birde qarsinizdakini gunahlandirarken, iki defe dusunun. Indi icaze verseniz, şalvarimi da deyişmeliyem...
Yumrugumu sixib otagi terk etmisdim. Ne olmuşdu mene ? Hara getmisdi sakit ve uzuyola Rufina??
Zengin vurulmasiyla usaqlar bir ucdan iceri axin etmisdiler.
" Sakit ol, sen bir muellimsen ve senin daha iki dersin var " ozumu sakitlesdirmeye calisib mende sagirdlerin ardinca iceri kecmisdim. Ikinci mertebeye qalxib 22 ci otaga daxil oldum. Ikinci dersim 7 ci siniflere idi.
- Salam usaqlar... Eyleşe bilersii...
Gözlerimi irilederek arxa oturacaqda ayagini ayaginin uzerine asiran Şamile baxmisdim.
- Senin burda ne işin var? Cix burdan!
Uzundeki gulumsemeni silmeden ayaga qalxib mene yaxinlaşdi.
- Eger cixmasam, bu sefer haramdan tutub cixardacaqsan?
- Terbiyesiz! - elimi havada yaxalamisdi.
- Nc nc... Bu eli qiraram... !

Yazar: Dənizскачать dle 11.3
Hekayənin bütün bölümləri: "Rufina"
Mənbə: Qadınlar.Co
Загрузка...
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!