Hüzurum (6-cı bölüm)

Hüzurum (6-cı bölüm)
Fəridə xanım kiçik bir çanta hazırlamağa başladı. Həm özünün həm ərinin əşyalarını tək bir çantaya yığırdı. Üzündə xain planları olduğunu bəlli edən bir gülümsəmə hakim idi. Bu axşamdan sonra hər şey dəyişəcəkdi oğlu üçün və bu vəziyyət də onda oynamaq həvəsi oyadırdı. Həm yeganə oğlunun toyunda, xınada oynaya bilməmişdi. Bu içində həsrətə səbəb olmuşdu Fəridə xanımın və bu həsrətinə tez ya gec son qoyacaqdı.

İnanırdı...

Fəridə xanım çantayı yığıb əlini belinə qoydu və məmnun bir şəkildə gülümsədi. "Amaan. Bir dəfə daha toy edərik olar bitər." deyərək əllərini bir birinə çırpıb güldü.

"Nə olub Fəridə?" deyərək otağa girdi Asif bəy.

Ərinin səsini eşidən Fəridə xanım irkilib arxasını dönərək "heeç." deyərək gülümsədi.

"Niyəsə..." dedi Asif bəy və bilmiş bir əda ilə arvadını süzdükdən sonra "sənin bir şeylər çevirdiyini düşünürəm." dedi. Və neçə illik arvadını tanıdığını yenə sözləriylə bəlli edərək arvadına tərəf addımladı.

"Aaa Asif, heç elə şey olar?! Günahımı alırsan!" dedi Fəridə xanım və ərinə küskün bir şəkildə baxmağa çalışdı amma dodaqlarında əngəlləyə bilmədiyi gülümsəmə hər şeyi ələ verirdi.

Ki bunu Asif bəy də anlamışdı.

"Mən səni tanımıram bəyəm? Gör neçə illik arvadımsan."

"Neçə illikmiş Asif bəy?" deyən Fəridə xanım illərin bir qram əksildə bilmədiyi sevgiylə baxıb "mən xatırlaya bilmədim bir an" deyərək son nöqtəni də qoydu.

Asif bəy yoldaşının bu halına gülümsəyərək qarşılıq verdi.

"24 may, 1986, bazar günü saat 1'də başlamışdı toyumuz."

Fəridə xanım aldığı cavabla gözləri parıldayaraq baxdı. Əri heç unutmamışdı bu özəl tarixi. Romantik deyildi yoldaşı, bunu bilirdi gənclik zamanlarından amma 31 illik evlilikləri boyunca bir an belə bilərək üzməmişdi onu. Əslində romantiklik qavramı insandan insana dəyişirdi və Fəridə xanım əriylə keçirtdiyi hər dəqiqəni romantik olaraq anırdı."Afərin, unutmamısan." dedi Fəridə xanım və ərinə sevgiylə baxmağa davam etdi.

"Məni tələyə düşürtdüyünü necə unudaram. İndi də o planlarınla gəlinimizi və oğlumuzu tələyə düşürəcəksən?"

"Bax da," dedi Fəridə xanım və özündən əmin bir şəkildə davam etdi sözlərinə. "31 ilimizi bərabər keçirmik nə gözəl. Həm bu planlarım sayəsində tələyə düşsələr savab qazanacağıq."

"Görək də" deyən Asif bəy haqsız çıxacağını bildiyi üçün göz yummaq qərarı aldı. "Ammaaa," deyərək sağ əlini havaya qaldırdı və "Əli və ya Hüzur gerçəkləri öyrənsə mənim xəbərim yoxdu haa." deyərək sözlərini sonlandırdı özündən əmin bir şəkildə.

Fəridə xanım cəld başını müsbət mənada salladı. "Yaxşı. Sən heç nə bilmirmiş kimi davran bəsdi."

"Həyatım." dedi Əmir dostu Əlini təqlid edərək.

Bunu eşidən Hüseyn də cəld stolun üstündəki telefonunu alaraq qulağına götürdü və oyuna davam etdi.

"Tez evə gəlib yeməkləri bişirirsən Əli!" dedi səsini biraz incəldərək.

"Yemək... bişirməliyəm?" dedi Əmir səsinə bira şaşqınlıq ifadəsi qataraq.

"Aaa mənim ürəyimi qıracaqsan Əli?" dedi Hüseyn və qəhqəhələrini basdırmağa çalışaraq bir əlini dodaqlarının üstünə basdırırdı.

"Səni qırmaqdansa..." dedi Əmir, onlara qırmızı rəng görmüş buğa kimi baxan Əliyə baxaraq.
"Haranı qırarsan ki, görəsən?" deyə səsli düşününcə Əmir, Yaqub da söhbətə qarışdı.

"Harasını olacaq Əmir, başını qırsın. Bəlkə ağıllanar ya da olmayan... nəysə!" deyərək qollarını sinəsində birləşdirib stulunda geriyə söykəndi və önündə oynanan teatrı izləməyə qərar verdi.

"Ala mən sizin!" deyən Əli əlində bərk bərk tutduğu telefonla masaya yaxınlaşdı amma onun bu əsəbini heç vecinə almayan dostları oyunlarına davam etdi.

"Səni qırmaqdansa başımı qıraram həyatım!"

"Ayy Əlii..." deyə gəvşəkcə danışan Hüseyn və sonrasında daha çox tutula bilməyən qəhqəhələr. Hüseyn və Əmir özlərindən keçərcəsinə qəhqəhə atarkən, Yaqub söykəndiyi stulunda heç tərpənmədən üzündəki alaylı təbəssümlə qıpqırmızı olan Əliyə baxdı.Və final qolunu stulundan önə doğru əyilən Yaqub atdı.

"Bugünki menyunda nələr var Əli?"

Bax bunlar Əlinin son dayanma gücünü də yıxıb keçdi və əsəblə dodaqlarından çıxan söyüşlərlə otaqdan çıxdı.

Əli önünə çıxan hər kəsə əsib keçirdi. O telefon danışığı, üstünə də o danqa dostlarının iyrənc teatrı. Hamısı əsəblərini pozdu və indi necə göründüyünün fərqində deyildi. Əgər fərqində olsaydı öz mimikalarını az da olsa yumşaldardı.

Hüzur telefonu söndürdükdən sonra eləcə telefon ekranına baxıb necə oldu da belə danışdığını düşündü. Əlinin əsəblə nəfəs almaları və həyatım - ki bunu nə qədər ələ salaraq demiş olsa da - deməsi ürəyinin ritminin pozulmasına səbəb olmuşdu. Telefonu tutan əliylə birlikdə hələ də dəlicəsinə atan ürəyinin üstünə basdırdı və düzənli nəfəslər almağa başladı. Bir müddət sonra özünə gəlincə də tək çiynini çəkib gülümsəmə yerləşdirişdi üzünə və mətbəxə getdi.

Əli gələnə qədər bir şeylər hazırlaya bilərdi. Evlərinə ilk dəfə qonaq gəlirdi, həm də qalıcı, və çox həyəcanlı idi. Mətbəxdə eləcə bir tur atıb durdu və həyəcanını yatışdıraraq soyuducudan ərzaqları çıxartdı.

Bu axşamki menyusu səbzəli plov və dolma. Şirnini də əri bişirəcəkdi. :)

Qapının çaldığını eşitdi. Amma ərinin açarları var idi axı?

Əllərini dəsmalla silib qapıya qaçar addım getdi və kimin gəldiyinə baxdı. Əri olduğunu görən kimi qapını açıb geri çəkildi.

Əli o qədər əsəbi idi ki, açarının olduğunu belə unutmuş və bir başa zilə basmışdı. Qapını açan arvadının şaşqın və məhcub baxışlarını saymayaraq otağına getdi. Formasını çıxararkən hələ də əsəbi idi və dərin nəfəslər alaraq əsəbini yatırtmağa çalışırdı. İdarədə o danqa dostlarının şid zarafatları və üstünə də rəisdən icazə istəməsi. Hamısı üst üstə idi. Sportiv şalvarını və üstünə də boz t-shirt geyinib mətbəxə getdi.

Hüzur soğanı yağa qoymağa başladı və yağ sıçrayınca kiçik bir qışqırıq atıb geriyə səndələdi və sərt bir sinəyə toqquşmağı bir oldu."Diqqətli ol da! Görmürsən yağın altı hələ də çox açıqdır?!" dedi Əli əsəbi bir şəkildə, qollarında duran arvadına. Təbii ki, o, iri gözlərini açıb təəccüblə baxmasaydı daha yaxşı olardı.

Hüzur heç bir şey demədən ona əsəblə baxan sevdiyi adamın o isti şokoladı anımsadan qəhvəyi gözlərinə baxdı həsrətlə. Amma cəld özünə gəlməli idi. Axşama qonaqları vardı və çox az vaxtları qalmışdı.

"Ayy," deyərək ərinin qollarının arasından çıxdı və davam etdi həyəcanını basdırmağa çalışaraq.

"Çox az vaxtımız qaldı!"

"Hardan çıxdı bu?"

"Fəridə ana zəng vurdu və qonaq gələ bilərik, deyə soruşdu. Mən də əlbəttə ki, dedim. Həm bizim ilk qonaqlarımızdır."

"Mən onu soruşmuram."

"Nəyi soruşursan? Niyə gəldiklərini?"

"Yox."

"Bəs nə?"

"Mənimlə o cür danışmağını deyirəm həyatım(!)!"

"Mənə həyatım demə."

"Niyə həyatım!"

"Çünki..." dedi Hüzur və sevdiyi adamın aşiq olduğu gözlərinə baxaraq davam etdi. "Çünki çox itici gəlir dodaqlarının arasından!"

Əli eşitdikləri ilə arvadının gözlərinə əsəblə baxıb dodaqlarını yana doğru yüngülcə qıvırdı və alayla dedi.

"Ee həyatım... Neynirik?"

Sonrasında ər arvad başqa bir dialoqa girmədən edilməsi gərək olanları etməyə başladılar. Hüzur düyüləri yuyarkən Əli səbzələri doğrayırdı. İşi bitincə də Hüzur dolmaları biraz çətinlik çəksə də bükməyə başladı. Əlinin işi bitincə ona döndü.

"Sənin indi şirnini eləməyin lazımdı." dedi Hüzur özündən əmin bir şəkildə.

Əli eşitdikləri ilə əllərini sinəsində birləşdirib tək qaşını qaldırdı.

"Artıq kəkələmirsən, xeyirdir?" deyə soruşdu alayla. Daha bir neçə gün əvvəl necə kəkələdiyini xatırlayırdı.
"Alışdım sənə." deyə cavab verdi Hüzur və mətbəx dolablarından birindən dərin bir qab çıxarıb stola qoydu. Əliylə qabı göstərdi.

Əli "Ya Səbr" deyərək arvadının yanına gəldi və arvadının gözlərinin içinə baxaraq sərt səs tonuyla danışdı. "Niyə sən eləmirsən mənə elətdirirsən? Mən nə başa düşüm xəmirdən?"Hüzur sağ əlini havaya qaldırıb sarğısını göstərdi və başqa bir şey deməsinə gərək qalmadan Əli ağzında bir şeylər gəvələyərək arvadına baxdı və "ay mən belə işin içinə..."

"Hişşt," deyən Hüzur işarət barmağını öz dodaqlarının üstünə qoyduqdan sonra geri çəkdi və davam etdi. "söyüş söymək günahdır!" dedi.

Əli arvadının dodaqlarından baxışlarını alaraq yaşıl gözlərinə baxdı və başqa bir şey deməmək üçün dodaqlarını bir birinə basdırdı. Qabın kənarlarını əsəblə qavrayıb baxışları ilə qabı işarə etdi. Hüzur da cəld dolabdan un qabını və başqa lazımı şeyləri çıxartdı və önünə qoydu.

"Mən indi bunları sırayla qabın içinə qoyacam, sən də əlinlə qarışdıracaqsan."

Yumurtaları sırayla qabın içinə qırdı, yağı, marqarini də qatdı və ocaqdakı yeməyin başına getdi. Əli də başını arxaya çevirib arvadına baxdı və başını iki tərəfə sallayıb önündəki qaba baxdı. Üzünü buruşduraraq sağ əliylə qarışdırmağa başladı. Çıxan vıcık səsləri üzünü daha da buruşdurdu və başını yana çevirərək qarışdırmağa başladı.

Mətbəxdə işlər bitincə ikili mətbəxdən çıxdı. Əli öz otağına gedərkən Hüzur da öz otağına gedib əşyalarını dolabdan boşaltmağa başladı. Sırayla ərinin otağına gedərək yatağın üstünə qoyurdu. Yarım saatdan çox çəkən bu rutin iş sonunda bitmişdi.

Əli də dolabının bir tərəfini boşaltmışdı. El birliyiylə danışmadan əşyaları yerləşdirməyə başladılar. Nə Hüzurun ağzından bir kəlmə çıxırdı, nə də Əlinin. Robot kimi otağı düzəldirdilər. Ən sonunda Hüzur otağına yenidən getdi və yataqdakı yastığını əlinə alaraq ərinin otağına -ki artıq bir müddət ortaq otaqları olacaqdı - girdi. Dolabdan təmiz çarpayı çıxarıb ərinin yatağını düzəltdi. Bir yastığı da ona uzadaraq qılıfını taxmasını istədi. Əli yenə bir şey demədən qılıfı taxmağa çalışır, amma heç cür bacarmırdı.Hüzur Əlinin bu halına güldü və bu gülüşünü eşidən Əli arvadına baxdı. İlk dəfə gülümsədiyini görüncə eləcə baxdı amma sonra özünə gəlmək istərcəsinə yastığı və qılıfı yatağın üstünə fırladaraq "Sən də lap alışdın ha hazıra. Bu ilk və sondu." dedi və alayla sonunu gətirdi. "Həyatım."

Hüzur ərinin yenə nəyə əsəbləşdiyini anlamadan fırlatdığı yastığa baxdı və cəld alaraq onun da qılıfını keçirtdi və yatağın son düzəltmə toxunuşlarını da edərək əllərini belinin kənarına qoyaraq "hər şey tamam" deyə mırıldandı.

"Şükür." dedi Əli və özünü yatağa buraxan kimi otaqda Hüzurun əsəb dolu səsi ucaldı.
"Eee, indi düzətmişdim o yatağı Əli!"

"Mənə səsini yüksəltmə!"

"Anlayışlı ol sən də!"

"Anlayışlı olmasaydım indi burada olmazdım!"

"Bağışla," dedi Hüzur başını yerə əyərək və barmaqlarıyla oynamağa başlarkən davam etdi. "Stresliyəm biraz. Evimizə ilk dəfə qonaq gəlir deyə mən həyəcanlandım deyəsən."

Əli arvadına baxdı və tam ağzını açıb bir şey deyəcəkdi ki, arvadının səsini eşitdi.

"Hazırlanaq artıq"

Və Hüzur dolaba gedib gündəlik yaşıl uzun paltarını və eyni tonlardaki şarfını aldı. Paltarın üstündə kiçik çiçəklər vardı. Son dərəcə gözəl bir paltar idi. Otağına gedib geyindi.

Əli əynini dəyişmək gərəyi duymadı. Gələnlər ata-anası idi nəticədə. Həm Hüzurun da niyə bu qədər abartdığını anlaya bilməmişdi.

Qapı çalınan kimi Əli qapıya addımlayıb qapını açdı. Ata anası ilə görüşdüyü sırada Hüzur da cəld addımlarla onların yanına gəldi və üzündəki gözəl gülümsəmə ilə qaynata və qaynanasına "Xoş gəlmisiniz" dedi.Qapı ağzından qonaqları qonaq otağına buyur edən Hüzur əriylə göz gözə gəlincə baxışlarını qaçırtdı. Əli də arvadına baxdı və dodaqlarından çıxan kəlmələri əngəlləyə bilmədi.

"Sən niyə bu qədər bəzənmisən ki?"

Və ərinin səsini eşidən Hüzur ərinə təəccüblə baxdı, sonra da utancla başını əydi.

Fəridə xanım da otağa keçərkən oğlunun dediklərini eşidincə başını arxaya çevirib oğluna tərs bir şəkildə baxdı və "Məntiqsiz." deyə mırıldandı.
Bölüm sonu...

Yazar: Məryəmскачать dle 11.3
Hekayənin bütün bölümləri: "Hüzurum"
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!