Hüzurum (10-cu bölüm)

Hüzurum (10-cu bölüm)
Zaman qavramınımı itirmişdi yoxsa gənc cütlük üçün mənasınımı itirmişdi? Nə Hüzur bir şey deyirdi, nə də Əli. Böyük bir səssizlik və o səssizliyi bölən tək şey nəfəs alış verişləri idi.

Əli necə belə bir şey elədiyini düşündü. Bunu eləməməliydi. Qarşısında ona təbəssümlə baxan arvadını öpməməliydi. Bu yanaqdan da olsa! Nə deyə öpmüşdü ki? Əli bunu düşünürdü arvadının gözlərinə baxaraq. Həm bu gözlər nə deyə ona belə baxırdı ki? Həm o necə iç fərahladan bir təbəssüm idi! Əli cəld başını sallayıb, arvadından uzaqlaşdı və arxasını döndü. Mətbəxdən çıxarkən də,
"Acam." dedi.

Hüzur özünə gələ bilmək üçün əllərini təzgaha dayadı və başını sinəsinə doğru əyərək nəfəsləndi. Bir əlini qaldırdı və ürəyinin üstünə qoydu. Necə də tez tez atırdı belə! Təbəssümü genişlərək doğruldu və digər əliylə də ərinin öpdüyü yerə toxundu. Gözlərini bağladı və təkrar təkrar gözünün önünə gətirdi. Bu, sevdiyi adamın ona qarşı ilk təması idi və xoşbəxtlik hormonunun şaha qalxma səbəbi idi. Hələ o qəmzəsinə toxunması və ərinin ona gülümsəməsi. O zaman gerçəyi qavradı. İnsan sevdiyi insan tərəfindən qırılınca onun tək bir gülümsəməsi ilə bütün küskünlüklərinin yox olduğunu.

Hüzur özünə gəlməli idi. Sevdiyi adam "Acam." demişdi. Gülümsəyərək bu səfər özü elədiyi, qazanda qalan kartofla bazlama hazırladı. Məharətli əlləri işinin əhli olduğunu göstərirdi. Çünki Hüzur, mətbəxdə zaman keçirməyi çox sevirdi. Atasına hər gün fərqli dadlar daddırmaq üçün əlləşirdi. Gülümsəməsi yavaşca soldu. Atası gəldi təkrardan ağlına. Özləmi canını yandırdı. Atasıydı o. Canıydı.

Bazlamanı qaba qoyaraq mətbəxdən çıxdı və boşqabı salonda təkrardan əvvəlki yerinə oturan ərinin qabağına qoydu. Özü də əvvəlki yerinə oturdu. Üzü hələ də düşmüşdü. Atasını görmək, onu bərk bərk qucaqlamaq istəyirdi. Üzr istəmək istəyirdi onu qırdığı üçün. Elə sərt davranmamalıydı! Nəticədə sevdiyi adamla -atası bilməsə də- evləndirmişdi onu. Gerçəkləşməsi imkan olmayan evliliyi gerçəkləşdirmişdi. Amma bunu o zaman anlamadı. Anlamaq istəmədi.

Sevdiyi adamın ona olan o əsəbi baxışlarını görüncə bütün hər şeyi yıxılmışdı. Ona sərt davranması və minlərcə dəfə sərt kəlmələriylə qəlbini qırması... Əslində bu yaşadıqlarının tək səbəbini atasına yükləmişdi qırılmışlığın verdiyi hislə. Amma indi və daha əvvəlində... Xətasını anlamışdı. Atasından halallıq istəməli idi.

Önündəki boşqabı çəngəli ilə boş yerə eşələyirdi və bunu görən Əli, gözləmənin gözəlliyindən özünü ayırıb, arvadına baxdı. Onun bayaqki iç fərahladan təbəssümünün yerini üzüntüyə buraxması ürəyini sıxdı.

"Nə oldu?" deyə soruşdu. Ürəyinin sıxılması səsinin sərt çıxmasına səbəb olmuşdu. Qaşları yenidən əvvəlki performansına qayıdaraq çatıldı. Çox uzun müddət dayanmışdı onsuz da!

Hüzur ərinin sərt çıxan səsinə qarşılıq çəngəli buraxdı və çəngəlin boşqaba dəyməsi ilə çıxan səsə qulaq asdı. Eyni qəlbi də çıxan səs kimi atırdı.
"Heç." dedi sadəcə, ərindən gözlərini qaçıraraq.

"De." deyə əmr verdi gənc adam. Arvadının ondan bir şey gizlədiyi açıqca ortada idi. Bu da ürəyinin sıxılmasına səbəb olurdu.

"Başa düşmədim." deyən gənc qız da baxışlarını ərinə dikdi və baxdı. Heç qaçırmadı yaşıllıqlarını, o isti şokoladı anımsadan qəhvəliklərdən.

"Niyə kefin yoxdur?"

"Heç olmayan bir şey deyil!" dedi Hüzur. Səbəbsizcə həsrətinin verdiyi hirsi ərindən çıxarmaq istəyirdi.

"Bu nə deməkdir?"

"Bağışla. Özümü yaxşı hiss eləmirəm biraz." dedi, ayağa qalxmaq istədi ki, biləyindən tutulması ilə eləcə qaldı. Bir müddət sonra ərinin biləyini sərt tutub stula oturtması ilə incidən biləyini ovuşdurdu. Amma ürəyindəki ağrı daha çox idi. Gözləri sulandı.
Bir damla çoxdan azadlığa qovuşdu gözlərindən.

Əli arvadının masadan qalxmasını əngəlləyib təkrar oturtdu. Onun başının əyik olması lap çənəsinin səyirməsinə səbəb olurdu.

"İndi mənə niyə bu halda olduğunu de, həyatım!" dedi və yenə 'həyatım' kəlməsinin üstünə basa basa. Bu səfər alaylı bir tını yox idi və alay qatmaq istəməmişdi bu səfər o kəlmənin üstünə.

"Atam üçün darıxmışam." dedi və bu səfər hıçqırığı da göz yaşlarının arasına qarışdı. Əngəlləmədi özünü və başını əyərək ağlamağa başladı.

Əli nə edəcəyini bilmədi. Hər daim ağlayan qadınların zəif xarakterli olduğunu düşünərdi. Düşünürdü, çünki indi fərqli idi. Qarşısındakı arvadının ağlamasını əsla zəiflik olaraq görmürdü. Əsla... Bu kəlməni evliliklərinin ilk günlərində nə qədər çox işlətdiyini xatırladı. İndiki halına baxınca o kəlmənin mənasını itirdiyini hiss etdi.

Gülümsədi...

Hüzur çətinliklə başını qaldırdı və sevdiyi adamın gülümsədiyi gördü. O ağlarkən əri gülə bilirdi. Onu ələ salırdı. Sağalan yaralarının yerini yeniləri aldı. Daha dərindən, daha can yaxan və daha yıxıcı!!!

"Nifrət eləmirəm demişdin, amma mən ağlarkən gülə bilirsən." dedi gənc qız küskün bir şəkildə və ayağa qalxdı. Sevdiyi adamın gözlərinin içinə baxaraq, "Mənim üzüntüm sənin xoşbəxtliyin olmuş məyərsə!" deyərək sözlərini sonlandırdı və arxasını döndü. Qaçan addımlarla otağa getdi. Bağladı və qapıya söykənərək azadca ağladı. İki əlini də ağzına bağladı. Hıçqırıqlarının eşidilməsini istəmədi.

Bir anlıq xoşbəxtliyini düşündü. Bir anda bütün yaralarını sağaldan bir gülümsəmə ikən, onu yaralayan yenə bir gülümsəmə oldu. Gənc qız nəmlənən yanaqlarını sildi və yatağın üstünə oturdu. Heç bir şey düşünmək istəmirdi amma buna heç cür izn vermirdi ağlı.

Əli otağı tərk edən arvadının arxasıyca baxdı. Qaşları dərinləməsinə çatılmışkən, nə oldu da bu vəziyyətə gəldiklərini düşündü. Oysa bir neçə dəqiqə əvvəl ikisi də xoşbəxt idi. Arvadının dediklərini mırıltı şəklində təkrar etdi. "Nifrət eləmirəm demişdin amma mən ağlarkən gülə bilirsən. Mənim üzüntüm sənin xoşbəxtliyin olmuş məyərsə!"

Gənc adam cəld yerindən qalxdı. Arvadının niyə ağladığını xatırladı. Atam üçün darıxmışam, demişdi. Oysa gənc adam o anda fərqli şeylər düşünürdü. Tamamilə əlaqəsiz idi yəni o məsələylə. Arvadının üzüntüsünü anladı. Atasıyla pis ayrılmışdılar, bunu bilirdi Əli. Arvadının atasına qarşı hələ də kin doluydu. Onun üzündən güclə evləndirilmişdi. Niyəsini atasından öyrənmişdi kəbin kəsildiyi gün amma anlamaq istəmirdi.

O adam... Arvadının atası xərçəng idi və sonunun ölüm olacağını bilirdi. Buna görə də tək qızını tək başına buraxmamaq üçün qızının Əliylə evlənməsini istəmişdi atasından. Atası da heç düşünmədən qəbul etmişdi. Sırf nə üçün, arvadını bu dünyada tək başına buraxmamaq üçün.

Düşüncələrini tez qovdu ağlından. O adam arvadının atası da olsa onu əsla bağışlamayacaqdı. Ona söz haqqı tanımadan evləndirilmişkən bağışlaya bilməzdi. Arvadının bunda günahı yox idi, gec də olsa anlamışdı amma zaman zaman əsəbini ondan çıxarmaqdan da geri durmurdu.

Yemək masasına baxdı və ardıyca da biraz irəliləyib koridora baxdı. Qapı bağlı idi. Arvadının köhnə otağının qapısı isə açıq idi. Bunu görüb təbəssüm etdi Əli. Arvadı onun otağına girmişdi. Ki artıq anasının sayəsində ortaq otaqları idi.

Telefon səsi eşidincə ətrafa baxdı. Bu öz telefonu deyildi. Arvadının olmalıydı. Mətbəxdən gələn səslə mətbəxə girdi və masadakı telefonu əlinə alıb ekrana baxdı. Anasının zəng vurduğunu görüncə heç düşünmədən özü cavabladı telefonu.

"Alo, qızım necəsən? O mənim oğlum, sənin də ərin olan məntiqsiz səni üzməyib ki? Qızım cavab ver də."

Əli anasının tüfək kimi dalbadal soruşduğu sualları dinlədi. Bu qadının öz anası olduğundan bir an şübhəyə düşdü. Yenə 'məntiqsiz' olmuşdu amma nəysə!

"Sənin məntiqsiz oğlun, arvadımın da əri olan adamam mən, ana!" dedi Əli, ana kəlməsini ayrıca vurğulayaraq.

"Yaxşı onda. Axşama arvadına kömək elə könlünü al."

"Niyə axşama kömək edəcəkmişəm?"

"Qonağımız var."

"Kim?"

"Qonaq."

"Çox açıqlayıcı oldu ana, çox sağ ol!" alayla söyləmişdi Əli. Sanki anası onu ələ salmaq üçün yer axtarırdı.

"Sən də sağ ol." dedi Fəridə xanım gülümsəyərək və telefonu söndürdü.

Əli söndürülən telefona baxdı və sakitləşməyə çalışdı. Anası bəzən, ki bu çoxluqla olurdu, damarına basırdı və ondan sonra məntiqsiz yenə o olarkən, əsəbi də o olurdu. Telefon əlində ikən bir neçə yerə baxmaq istədi. Bu düşüncə ilk öncə doğru gəlsə də, sonrasında yanlış olacağını düşündü.

Mətbəxdən çıxdı və otağının qapısını tıqlatdı və bir neçə saniyə sonra içəri girdi. Arvadının yatağında qıvrıldığını görüb yanına gəldi. Yatan üzünə baxdı və incələməmək üçün də əyilib çiynindən dürtdü.

"Hüzur, dur!" dedi. Arvadının adı dodaqlarının arasından fərqli bir melodiyada çıxsa da vecinə almadı.

Hüzur çiynindən dürtülməsi ilə cəld doğruldu və ərinin çənəsinə çarpması ilə başını tutdu. Ərinin çənəsi də kəlmələrinin sərtliyi qədər sərt idi. Ürəyinin ağrısına bu səfər başının ağrısı da qatıldı. Hər ikisinin də memarı sevdiyi adam, əri idi.

"Bir şey oldu?" deyərək arvadının başının üstündəki əlinin üstünə öz əlini də qoydu.

Hüzur başını qaldırdı və nigaranlıqla ona baxışına qarşılıq, soruşduğu suala cavab vermədi. Başından düşən şərfi düzəldəcəyi sırada ərinin əli yenə əngəl oldu və şərfi ərinin əlində tapması bir oldu.

"Onu mənə ver!" dedi Hüzur narahat bir şəkildə.

"Mənə əmr verirsən, həyatım? Nç nç." dedi və əlindəki şərfi tumbanın üstünə qoydu.

"Sən hər daim mənlə əmr verə verə danışdığın üçün öyrəndim mən də!"

"Sənin dilin də uzanıb. Oysa ilk gəldiyin günü tez unutmusan!" dedi Əli və dediyi anda da peşman oldu.

Hüzur son eşitdiyi ilə susdu və tumbanın üstündəki şarfı alıb başına örtdü və sevdiyi adama baxaraq, "Bir gün belə olsa qəlbimi qırmaqdan nə zaman əl çəkəcəksən?" dedi və otaqdan çıxmaq üçün addımını atdı. Başından şarfının yenə çəkilməsi ilə arxaya doğru səndələdi və əsəblə sevdiyi adama dönərək, "Məndən nə istəyirsən?!" dedi.

Əli arvadının soruşduğu suala cavab vermədi. Bugün arvadı nə çox sual soruşmuşdu belə! Onun əsəbi və küskün baxışına qarşılıq qulağına əyildi. Qoxusunu duyumsadı. Dodaqlarını oynatdı.

"Mənim yanımda başını örtmə!"

Əli deyəcəyini deyib arvadının üzünə tökülən bir tutam saçı qulağının arxasına qoydu və otaqdan üzündə təbəssümlə çıxdı. Düzü bu aralar çox gülürdü!

Hüzur isə gedən adamın arxasından üzündəki qarışıq duyğularla baxdı. Bu adam dəngəsini pozmuşdu. Əsəbi, küslünlükləri bir anda qanad açıb uçdu və geriyə sadəcə aşiq yanı qaldı. Sevdiyi adamın dediyi, saçına toxunması... Xəyal idi və gerçəkləşmişdi. Üstünü düzəldərək otaqdan çıxdı. Ərinin tv'yə baxması ilə dərin bir nəfəs aldı və süfrəni yığışdırdı. Ardıyca da ərinin işə niyə getmədiyini düşündü. Evləndiklərindən bu yana ilk dəfə işə getmirdi. Süfrəni yığışdırandan sonra mətbəxi də yığışdırdı və ağlından keçən sualı soruşmaq üçün də ərinin qarşısına keçdi.

"Şeyy... Bugün niyə işə getmədin?"
Səsi yüksək çıxmamışdı.

"Tətil." dedi Əli və başını yana əyərək ekranı görməyə çalışdı.

Hüzur anlamadı amma daha çox narahat etməmək üçün qarşısından keçdi və künc divanın başqa bir tərəfinə oturdu.

"İki gündə bir tətil." dedi Əli və sonra da susdu. Bu onun üçün çox açıqlayıcı bir cavab olmuşdu.

Hüzur ərinin ona açıqlama etməsiylə düşüncələrə daldı. Əri hər gün evdən hələ saat çox tez ikən çıxırdı oysa. Bu tətil məsələsi varsa niyə indi öyrənirdi ki?

Zaman keçdi və günorta azanı oxundu. Hüzur yerindən qalxdı və hamama girdi. Dəstəmazını aldı və otağına girdi. Namaz geyimlərini geyinib səccadəni sərdi. Ağlına ərinin 'pişnamaz' olması gəlincə gülümsədi. Günorta namazınında əri ilə qılmışdı. Gözlədi amma gəlmədiyini görüncə baş örtüsünü düzəltdi. O anda qapı açıldı. Sevdiyi adam içəriyə girdi. Öz səccadəsini geriyə çəkib yeni səccadə sərdi ona. Ardıyca da namaza başladılar. Hüzurlu idi...

Hüseyn qollarındakı qızın dirsəyi ilə onu vurmasını üzündəki gülümsəmə ilə qarşıladı.

"Nuranə, bu nə deyir?"

"Qaqaş, bilmirəm." dedi Nuranə. Əsəblə özünü geri çəkdi və qarşısında ona gülümsəyərək baxan adamın yanağına sillə atdı.

Gələn sillə gənc adamı təəccübləndirmişdi. Bunu heç gözləmədiyi üzündəki ifadədən bəlli idi. Gülən dodaqlarının yerini sərt bir ifadə aldı. Gözləri qısıldı və mavi gözləri əsəblə tündləşdi.

"Bir də mənə əsla toxunma avara polis!" deyərək işarət barmağını gənc polisə doğru salladı Nuranə. Önünə tökülən saçlarını əsəblə geriyə atdı və qarşısıdakı adama baxmağa davam etdi.

Hüseynin ona belə bir şəkildə yaxınlaşması onu əsəbləşdirmişdi. Kişilərə qarşı yaratdığı qalxanı yüksəltdi və sillə atdı. Kişilərin hamısı eyni idi. Hamısı olmasa da 100'də 99'u eyni idi. Və o 100'də 1'lər isə artıq tutulan oğlanlar idi.

Cavad xalası qızının əsəbləşməsinə qarşılıq onun yanında yerini aldı və Hüseynə dönərək "Bir də əsla ona toxunma!" dedi.

"Sən kimsən ki özündə bu haqqı görürsən?" Hüseynin səsi sərt idi.

"Xalası oğlu, ailəsi. Davay, indi bas geriyə!"

Ardıyca da Cavad Nuranəni də yanına alaraq oradan uzaqlaşdı. Arxalarında əsəbi bir adam buraxaraq.

Hüseyn əsəbi idi və dodaqlarında yenə ayrı bir mahnı var idi. Nuranədən isə vaz keçməyi düşünmürdü.

Hüzur namazdan sonra ərinin "axşama qonağımız var" deməsi ilə mətbəxdə hələ də deyinirdi.

"Axşama qonağımız var, sən də mənə bunu indi deyirsən?"

"Abartma həyatım."

"Hələ də 'həyatım' deyir e. Demə mənə elə! Həm abartmayım? Bir əlimlə bu saatdan sonra nə hazırlamağımı gözləyirsən?"

"Nə deyim? Həyat yoldaşım deyilsən, həyatım?" deyən Əli arvadının mətbəxdə əsəblə bir şeylər hazırlamağa çalışmasını keflə izlədi.
"Bilinçik." deyərək də digər sualını cavabladı.

Hüzur güldü və ərinin son söylədiyi ilə, "Səhər axşam bilinçik yeyək, oldu! Həm qonağımız gələcək bir iki saat sonra, of!"

Əli mətbəxə girdi və arvadına kömək etdi. Birlikdə axşama bir şeylər hazırladılar. Arada Əli "Əlin sağalana qədər mətbəxdəyəm. Özünü alışdırma!" deyərək arvadını uyarırdı.

Zil çaldığı anda ocağın altını söndürdü Hüzur və dərin bir nəfəs aldı. Qapıya arxasında əriylə bərabər irəlilədi və açdı. Qarşısında atasını görüncə gözü yaşlı bir şəkildə "Ata," deyərkən arxasında Əli, "Onun burada nə işi var?" deyərək əsəblə nəfəs aldı.

Hər kəsin baxışları əsəbi olan Əliyə döndü. Və Hüzur qorxu içində baxırdı sevdiyi adama. Nəfəsini tutmuşdu. Gözləri nəmlənmişdi. Əli əsəblə dişlərini sıxdı və baxışlarını bir an olsun çəkmədi arvadının atasından.

Yazar: Məryəmскачать dle 11.3
Hekayənin bütün bölümləri: "Hüzurum"
Mənbə: Qadınlar.Co
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!