Hüzurum (12-ci bölüm)

Hüzurum (12-ci bölüm)
Hüzur yerdəki yatağında fırlanıb dururdu. Gözünü açacaq halı yox idi. Yorğun idi. Qəlb yorğunluğuna bədənsəl yorğunluğu da qatılmışdı. Amma ən acısı qəlb yorğunluğu idi! Saatın neçə oıduğunu bilmirdi amma sanki illər keçmişdi ömründən. Heç vaxt bu qədər alçaldılacağını düşünməmişdi sevdiyi adam, əri tərəfindən. Evləndikləri gün belə söylədikləri bu son söylədiyi qədər yaralayıcı deyildi. Bu son söylədiyi... Parçalanan qəlbini daha da yaralamışdı. Göz yaşları axmaqdan bezmiş kimi yarı yolda buraxdı onu.

Çətinliklə digər tərəfə döndü və ərinin ifadəsiz, sərt üzünü izlədi. Yatağında heç bir şey olmamış kimi yatmasına küsküncə gülümsədi. Bu gülümsəmə də canını yandırdı. Sanki hər şey canını yandırmaq üçün anlaşma etmişdi bugün. Uzun qara kirpiklərinin örtdüyü göz qapaqlarını yavaşca endirdi və yumdu gözlərini. Sağ yanağında bir damla axdı sol tərəfinə, ürəyinə doğru. Oradakı acını yox etmək istərcəsinə durmadan, arxa arxaya axdı. Hər damlasında bir acı, bir kədər və kiçik də olsa bir ümid var idi.

Yerdə oturan pozisyonuna keçdi. Nəmlənən yanaqlarını sildi. Oysa göz yaşlarını sevdiyi adamın "bağışla" deyərək silməsini istərdi. Onu qırdığı və ağlatdığı üçün sarılmasını istərdi. Sarılmaq... Əri ilə daha əl ələ belə tutuşmamışkən sarılmaq... Çox uzaq bir yol... Sonu görsənməyən bir yolda avam bir şofer olsa da, özünə görə usta bir aşiq idi. Bu eşqinə güvənərək sonu görsənməyən yolda irəliləyirdi. Bəzən direksiyon hakimiyyətini itirib qəza edəcək kimi olsa da, sonra tez özünə gələrək yoluna davam edirdi. O sarsıntıların səbəbi də sevdiyi adamın can yandıran sözləri idi. Yatağın yanındakı tumbanın üstünə əlini uzatdığı anda əlini bir güc tutdu. Hüzur anidən gələn bu reaksiya ilə kiçik bir qışqırıq atmaq istədi amma bu səfərdə dodaqlarının üstü bir əl tərəfindən qapatılmışdı. Gözlərini qorxuyla sonuna qədər açdı. Baxışlarını biləyini tutan və ağzını qapadan gücə yönəltdi. Qorxusu yavaşca söndü və yerini təəccübə buraxdı.

Əri idi! Sevdiyi adam idi!

Əli yatağına uzandığı anda yerdə yatan arvadına baxmışdı. Onu görüncə içəridə yatan -onu bu evliliyə məcbur buraxan adamı xatırladı. Yenidən əsəbləşdi və bu əsəbini yerdə yatan arvadına sərf etdiyi cümlələrlə yatışacağına inandı. Gözlərini bağladığı anda da arvadının iç çəkişini eşitdi və o anda da söylədiyi sözdən peşman oldu. Bəli, Əli Əkbərov evləndiyi gündən bu yana arvadına bor çox qırıcı sözlər demişdi amma ən çox bu söylədiyinə peşman oldu!

'Sənin yerin olduğun yer!'

Bu cümləni heç söyləməməli idi və əsəbini öz özünə yatırtmalı idi. Ya da evə heç gəlməməli idi! Olmurdu belə. Səhər anası ilə danışacaqdı. Nə vaxta qədər burada qala bilərdilər ki?

Əli dəngəsiz düşüncələrə qapdırmışdı özünü. Bir elə, bir belə düşünürdü amma heç cür bir nəticəyə gələ bilmirdi. Düşüncələrini arvadının yerdə tərpənmələri ilə böldü. Arvadına tərəf döndü amma gözlərini heç açmadı. Gözlədi. Nəyi gözlədiyini bilmədən gözlədi. Arvadının onu izlədiyini hiss edirdi amma yenə də açmırdı gözlərini. Sonrasında gözlərini yavaşca araladı və arvadının əlini tumbaya uzatdığını gördü. Ani bir hərəkətlə biləyindən tutdu. Niyə tutduğunu isə bilmirdi. Ardıyca da arvadının qışqıracağını anlayınca digər əliylə də ağzını qapatdı. Bu görüntüləri ilə çox qəribə bir hal almışdılar.

Əli sol əliylə arvadının biləyini, sağ əliylə də ağzını tutmuşkən, Hüzur da ərinə baxıb gözlərini təəccüblə aralamış, burnundan nəfəs almağa çalışaraq ərinə baxırdı.

"Səssiz ol!" deyə yavaşca fısıldayaraq Əli, əlini arvadının dodaqlarından çəkdi. Bu sırada gözlərini gözlərindən heç qaçırmadı. Boşda qalan əli ilə tumbanın üstündəki abajurun düyməsini basaraq işığı açdı. Yanan işıqla birlikdə otaqda loş bir işıq və abajurun yanındakı dəsənlər kölgələr olmuşdu.

Həfif də olsa aydınlanan otaqda Əli arvadının gözlərini daha net gördü. Gördüyündən heç xoşunun gəlmədiyini də üzünü sərt bir ifadəyə salaraq bəlli etdi. Əlini qaldırdı və yavaşca arvadının gözlərinə dəydirdi. Hüzur gözləmədiyi bu təmasla gözlərini qapatdı. Sevdiyi adamın sərt barmaqları onun gözlərinin üstündə gəzərkən, onun kirpiklərinin nəmliyini sildiyini anladı.

Gülümsədi...

Sevdiyi adam göz yaşlarını silirdi indi iki əliylə də. Gülümsəməsi genişlədi. Qırılan qəlbi bu təmasla mərhəmini tapmış kimi sevindi və sağalmağa başladı. Kiçik bir təmas idi qırılan qəlbi təmir edən və kiçik bir təbəssüm idi bütün yaralara mərhəm olan.

Əli arvadının gözlərini sildikdən sonra ona baxmasını sağladı. Onun gözlərində yenidən yaranan parıltını dodaqlarına -daima görmək istədiyi- qonan gülümsəmə ilə təbəssüm etdi. Başındakı şarfı görüncə də əlini qaldırdı və şarfı arxaya doğru atdı. İndi arvadının saçlarını görə bilirdi. Düşən şarfa baxandan sonra arvadının yığılmış saçlarına baxdı. Əlini qaydırdı və başındakı tokanı çəkdi bu səfər də. Sərbəst qalan saçlar əlinin üstünü örtürdü.

Nə Hüzur, nə də Əli danışırdı. Sanki danışsalar bütün sehr pozulacaqmış kimi hiss edirdilər. Çünki danışanda bir tərəf qıran, bir tərəf də qırılan olurdu. Buna görə də danışmağa cəsarətləri yox idi indi. Baxışları ilə nə hiss etdiklərini anlatmağa çalışırdılar. Onsuz da elə deyilmidir? Gözlər qəlbin aynası, dilin səssiz vəkili idi. Ürəkdən keçənləri, dilin söyləyə bilmədiklərini gözlər anladar, dilə gətirərdi.

Hüzur sevdiyi adamın gözlərindəki üzrü gördü. Əli arvadının gözlərində təşəkkürü gördü. İkisi də gözlərini qarşılıqlı olaraq bağlayıb açdılar. Bu səfər arvadının gözlərində sevinci gördü Əli. Onun yenidən sevincli olmasını bilmək rahatlamasına səbəb oldu. Təbəssümü genişlədi və gülümsədi. Bir tək arvadının yanında belə içdən gülümsəyə bilirdi gənc adam. Bu zamana qədər qadınlarla sırf boş qalmamaq üçün sevgili olmamış, sadəcə bir şey hiss etdiysə birlikdə olmuşdu. Bəlkə də bir əlinin barmaqlarını keçməyəcək qədər sevgilisi olmuşdu amma heç birinə belə gülümsəməmişdi. Arvadı ilk idi və bu ilki də özünə gizlədi. "Yanımdaykən..." dedi ilk olaraq gənc adam və ardıyca boğazını təmizləyərək davam etdi sözlərinə.
"Tək başımıza ikən saçların həmişə belə açıq olsun." deyən Əli, barmaqlarının köməkliyi ilə arvadının gözlərinin önünə düşən saçları qulağının arxasına sıxışdırdı.

Gözləri gözlərində idi.

Əli bir biri ardına gələn təmaslarla nəfəsini tuturdu. Bu necə bir qəlb sağaltma şəkli idi. Bu necə zəif amma bir o qədər də ürək hopladan təmaslar idi. Hüzur ürəyinin dəli kimi atmasına qarşılıq iki əlini də sol tərəfinə, ürəyinin üstünə qoydu və sakitləşməyini gözlədi. Sevdiyi adamın söylədikləri, səs tonu... Büyüləndi Hüzur. Aşiq olmaqdan utandı, dili lal olunca. Danışmaq istədi amma səsi çıxmırdı. Başını aşağı yuxarı sallayaraq qəbul etdi sevdiyi adamın söylədiklərini.

Əli yataqda yana çəkildi və arvadının əlindən tutaraq yanına uzanmasına köməkçi oldu. Əli ona təəccüblə baxan arvadını yanına uzadandan sonra onun üstündəki təmaslarına son qoydu. İki əlini də birləşdirib yanağının altına qoyub arvadına baxdı. Hüzur da eynən sevdiyi adam kimi edərək ərinə baxdı.

Ər arvad qarşılıqlı bir şəkildə bir birinin gözlərinə baxırdılar. Hüzur xoşbəxt idi, çox xoşbəxt idi. Xoşbəxtliyi gözlərinə yansıdı və parıldadı. Xəyal etdiyindən daha artığını ona sunduğu üçün minnətdar qaldı ərinə.

"Təşəkkür edirəm." dedi Hüzur və dərin bir nəfəs alaraq davam etdi sözlərinə.
"Məni qəlb qırıqlığı içində, tək başıma buraxmadığın üçün təşəkkür edirəm."

Əli arvadının səsini eşitməsi ilə onu dinlədi. Gözlərini heç ayırmadı arvadından.

Hüzur sözlərini bitirdikdəm sonra da baxmağa davam etdi sevdiyi adama, azadca. Halalı idi sevdiyi... Qisməti idi... "Sənin yerin, mənim yanım bundan sonra!" dedi Əli.

Hüzur içi rahatlayaraq gülümsədi və başını salladı. Sonra... Sonra qəlbindəki eşqi dilinə tökmək istədi. Ərinin də xəbəri olsun istədi. Bəlkə də ərinin son söylədiyi ilə ümidlənmişdi aşiq yanı, kim bilər?

Gözlərini bağlayıb açdı, və eşqini dilə tökmək üçün dodaqlarını araladı. Dolandırmadan, bir başa söyləyəcəkdi, belə daha rahat olacaqdı.
"Səni-" deyirdi ki, sevdiyi adamın səsini yenidən eşitdi. Səsi çox cılız çıxdığı üçün əri eşidə bilməmişdi yəqin ki.

"Evliliyimiz getdiyi yerə qədər gedəcək!" deyirdi Əli və Hüzur qulaq asırdı. "Normal evlilər kimi davranacağıq, yəni davranacam." deyə davam etdirdi sözlərini Əli və Hüzur nə hiss edəcəyini bilməyərək qulaq asırdı sevdiyi adama. Söylədiklərinin sonunun nə olacağını bilmir, və sonunda yenə də üzülən və qırılan tərəf olmaq istəmirdi.

"Yalnız tək bir şey olmayacaq evliliyimizdə." Qəlbinin qırılacağını hiss etmiş kimi gözlərini bağladı Hüzur.

Əli arvadının onu ən başından bəri diqqətlə dinlədiyini bilirdi. Onun ilk başda aralanan dodaqları və cılız səsini eşidincə söyləyəcəklərindən niyəsə gərildi. Gərginliyini yox etmək istərcəsinə cəld sözə girdi. Söylədikləri elə istədikləri idi. Amma son sözə gələndə biraz çətinlik çəkdi. Arvadının gözlərini bağlamasıyla onu yenidən qıracağını bilirdi amma söyləməyə məcbur idi. Onun daha çox ümidlənməsini istəmirdi.

"Sevgi olmayacaq evliliyimizdə!"

Hüzur eşitdiyi ilə birlikdə daha bərk sıxdı gözlərini. Sanki gözlərini açarsa gerçəkləşəcəkmiş kimi hiss edirdi, yuxu olmasını istəyirdi. Amma yuxu deyildi, bunu bilirdi. Qaçış yox idi bundan. Gözlərini yavaşca açdı yenidən. Sağ gözündən bir damla çoxdan axmışdı yanaqlarına.

"Normal evlilər kimi olacağıq səninlə Hüzur. Eyni yataqda yatacağıq, eyni masada yemək yeyəcəyik, birlikdə alış verişə gedəcəyik amma əsla gerçək ər arvad olmayacağıq. Məndən sevgi gözləmə!" Söyləyəcəklərini sonlandıran Əli, arvadının gözlərindəki parıltının yavaş yavaş solduğunu və ən son söylədiyi ilə parıltının yox oluşunu izlədi. Onun yaşıllıqlarındakı parıltının bu səfər xoşbəxtlikdən deyil, göz yaşlarından olmağını izlədi.

Peşmanlıq...

Əli yavaşca arvadını qollarının arasına alıb, sinəsinə yatırtdı. Sinəsinin arvadının göz yaşları ilə islanışını hiss edib, ağlamağını dinlədi.

Hüzur boğulurdu. Əlinin hər sərt dalğası ilə ilə nəfəssiz qalır, boğulmaq təhlükəsi yaşayırdı. Sevdiyi adamın sinəsində göz yaşlarını axıdarkən onun varlığı ilə nəfəs alırdı. Başını qaldırmadı olduğu yerdən. Qaldırmağa nə gücü, nə halı var idi. Hüzur soldu. Əliyə qapılıb bağladı gözlərini.

Nuranə səhər yaşanan hadisədən sonra xalası oğluna heç bir açıqlama etməmişdi. Nə deyəcəkdi ki? Bugün səhər o avara polisi üçüncü görüşü idi. Necə belə davrana bilir və necə onun sevgilisi olaraq adlandırırdı? Gənc qız ağlında bu suallar varkən yastığı başına sıxdı. O avara polis bugün çox aşmışdı həddini!

Nuranə yastığı üzündən çəkib yan tərəfinə qoydu. Sonra yenə düşündü. Hər zaman etdiyi kimi. Keçmişdə yaşadığı acını düşündü. Daha yeni yeni unutmağa üz tutduğu yarasını eşərək qanatmaq istədi amma cəsarəti yox idi. Acıya dayana bilmirdi... Çətindir! Qarşılıqsız sevmək və sevdiyi insanın onu ələ salması... Hər biri çox can yandıran, çox xəyal qıran və çox göz yaşı idi...

Bir dəfə sevmişdi Nuranə. Hələ məktəb illərində idi. İlk görüşdə mənimsəmişdi onu... Adını anmaq istəmirdi nə dili, nə də qəlbi. Onu xatırlasaydı tuta bilməzdi göz yaşlarını. Necə də gözəl sevmişdi onu. Qəlbinin taxtına layiq görmüşdü. Başqasına baxmaq ağlının ucundan keçməzdi. Bir tək o vardı qəlbində, ağlında, xəyallarında...

Nə qədər də acı!

Sevirsən amma sevilmirsən!

Sevirsən amma ələ salınırsan!

Sevirsən amma acı çəkirsən!

Sevirsən amma...

Amma...

O qədər çox amma vardı ki ürək yaralayan. Buna görə dilə gətirmədi Nuranə. Daha çox əziyyət vermək istəmədi özünə.

Gözləri nəmləndi gənc qızın. Ağlamayacaqdı. Bir dəfə daha onun üçün ağlamayaaqdı. Göz yaşlarını dəyməyəcək birisi üçün axıtmayacaqdı. Zamanında çox axıtmışdı da nə olmuşdu ki, indi olsun!

Hüseyn başqa aləmlərdə idi. Bir insanın fikri nədirsə zikri də odur deyirlər, Hüseynin də bu aralar ağlında da, ürəyində də Nuranə var idi. Edə biləcəyi bir şey yox idi. Ürəkdir bu! Kim ürəyinə söz keçirə bilmişdi ki, o keçirə bilsin. Doğrusu Hüseyn halından çox məmnun idi. Hiss etdiyi bu duyğuların adı eşq idi, bilirdi.

Nuranə...

Nə qədər gözəl bir ad idi, eyni öz gözəlliyi kimi. Bəyaz təni, ən gözəl tonlardakı saçları və onu əsir alan gözləri.

Hüseyn iç çəkərək qalxdı yatağından. Otağının önündəki kiçik balkona çıxdı və stuluna oturdu. Gözlərini bağladı və gənc qızı düşündü. Ona əsəbi bir şəkildə çəmkirməsi ağlına gələndə gülümsədi. Sillə atması gəlincə isə kiçik bir qəhqəhə atıb "sənin vurduğun yerdə gül bitər Nuranəm" deyə mırıldandı.

Balkonda çox oturdu, yarım saatı keçmişdi. Anası da çoxdan yatmışdı. Qalxıb mətbəxə getdi. Ürəyi kofe istəmişdi. Kofe düzəldib gəldi. Bir siqaret alıb dodaqlarının aasına yerləşdirdi. Sonra siqaretini yandırıb dumanını havaya qarışdırdı.

Hüseyn siqaretini çəkərkən bir yandan da kofesini içirdi. Kofe sevməzdi amma can dostu Əli alışdırmışdı onu kofeyə. Siqaretə də atasının xəstəliyi sırasında başlamış və bir daha da buraxa bilməmişdi.

Siqaret dodaqlarının arasında ikən bir xışıltı eşitdi. Gülümsədi. Kim olduğunu bilirdi bu səsi çıxaranın. Eyni səsi çıxardıb qarşılıq verdi Hüseyn. Gülmək səsi eşidincə qəhqəhə atdı Hüseyn. Hər gecə bu mərasimi eləməsələr olmazdı. "Neyləyirsən aşqım?" deyən incə səsi eşincə əlindəki kofeni mərmərin üstünə qoydu və siqaretini də işarət və baş barmağının arasına gizlədib arxasına qoydu. Əsəbləşəcəyini bilirdi.

"Otururam gözəlim. Sən neyləyirsən?" deyərək balkondan başını yüngülcə əyib yan tərəfə çevirdi.

Yan qonşunun qızı idi.

"Mən də otururam elə belə. Səni görməyib darıxmışdım."

"Ay ay şirinim mənim." dedi Hüseyn baxışlarını qızdan çəkmədən.

"Ələ salma məni pis polis!" dedi və başını yan tərəfə çevirdi. Bu 'küsdüm' mənasına gəlirdi.

Hüseyn qarşılaşdığı bu görüntü ilə qəhqəhə atıb kofesindən bir qurtum içdi. "Yaxşı da gözəlim. Gecən xeyrə qalsın de, keç içəriyə. Bax adımızı çıxaracaqlar ha." deyən adam gülümsəməyə davam edirdi. "Həm sən bu vaxtı niyə oyaqsan? Yatmaq vaxtın keçməyib sənin?" deyə ciddiyyətlə soruşdu bu səfər Hüseyn.

"Hişşt sakit, mamagili yatıblar, məni də yatmış bilirlər." deyib barmaqlarını dodaqlarının üstünə qoydu.

Hüseyn bu hərəkətə gülümsədi.

"Yaxşı onda mən gedim yatım sən də yat amma yaxşı? Öpdüm." deyib öpücük atan qız içəri girdi. Hüseyn aldığı öpücüklə gülümsədi və stulunda geriyə söykəndi və gizlətdiyi siqareti dodaqlarının arasına apardı. Duman havayla qarışarkən gənc adamın da ağlı Nuranəylə qarışırdı.

26 yaşında idi və bu ilk idi. Avara idi amma bu son 2-3 gündür ara vermişdi avaralığına.

"Hişşt" deyən bir səs eşidincə başını əyib yan tərəfə baxdı.

"Ay qız yat da. Saatdan xəbərin var sənin?" deyərək əsəblə danışdı bu səfər Hüseyn.

"Əsəbləşmə" deyib dodaqlarını uzadan qızın gözləri çoxdan dolmuşdu.
"Sadəcə bazar günü velosiped sürməyə gedək, deyəcəkdim" deyərək sözlərini sonlandırdı qız.

"Gedək cimcimə gedək. Get yat indi." deyərək gülümsədi Hüseyn.

"Yaxşı aşqım qaçdım mən" deyib əl salladı və içəri girdi qız. Hüseynin gülümsəməsi genişləndi. Bu qız da onun sevinc qaynaqlarından biri idi. Hələ 7 yaşında idi və onu -Hüseyni- çox sevirdi. Ki o da o cimciməni çox sevirdi. Gülümsədi və yatağına geri döndü. Yatağına uzandı və gözlərini bağladı. Özünü yuxuya, yuxularını da Nuranəyə təslim etdi.

Fəridə xanım sübh namazından sonra yata bilməmiş və çantalarını hazırlamışdı. Bugün evlərinə qayıdacaqdılar. Bu qədər qaldıqları bəs idi. Əsas o idi ki, eyni otaqda qalmaqlarına səbəb olmuşdu. Ee atəş ilə barud da yan yana qala bilməyəcəyinə görə... Orta yaşlı qadın yavaşca güldü. Onlar getsələr də oğlu və gəlini otaqlarını ayırmayacaqdılar, bilirdi. Alışmışdılar bir birlərinə. Bir gün belə olsa həyat yoldaşının istiliyini alan biri bir daha ayrı yataqda yatmazdı. Əgər məntiqsiz oğlu yenə məntiqsiz hərəkət etməsə!

Çantanı yığıb qapının kənarına qoydu. Üstünü də geyinib başını bağladı və süfrə hazırlamaq üçün otaqdan çıxdı. Yavaş addımlarla mətbəxə keçdi və süfrəni hazırlamağa başladı.

Əli sübh namazını arvadı ilə qıldıqdan sonra yatmamışdı. Alarmın səsi ilə yataqdan qalxdı. Yataqda yatan arvadına baxdı. Təbəssüm edərək hamama girdi. Ehtiyaclarını gedərdikdən sonra otağına geri qayıdıb formasını geyindi. Ayna qarşısında saçlarını düzəldərkən arvadı yavaş yavaş özünə gəlirdi. Bəli. Əli bir yandan saçlarını darayarkən bir yandan da yataqdaki arvadına baxdı.

Darağı yerinə qoyarkən gülümsəməsini sildi. Arxasını döndü və ona baxan arvadına tək qaşını qaldıraraq baxdı.

"Gecikmişəm. Səhər yeməyi hazırlaya bilmədim. Gecikəcəksən!" deyə bir biri ardıyca deyinərək ayağa qalxdı Hüzur. Gözləri şişmiş və qızarmışdı. Dünən gecənin izlərini daşıyırdı.

"Sakit ol Hüzur! Gecikməmişəm. Hələ getməyimə bir saat var." deyərək arvadına baxmağa davam etdi. Söylədikləri ilə onun təəccüblənməyini izlədi,

"Amma sən həmişə lap tezdən gedərdin. Heç bu vaxta qədər qalmazdın axı?" deyə soruşdu Hüzur. "Qaçmaq üçün idi o!" dedi Əli və
"Anladım." deyə cavab verdi Hüzur. Səsi mırıltı şəklində idi.

Əli bir şey deməyib otaqdan çıxdı. Yenə arxasında üzgün arvadını buraxaraq.

Bölüm sonu...

Yazar: Məryəmскачать dle 11.3
Hekayənin bütün bölümləri: "Hüzurum"
Mənbə: Qadınlar.Co
Загрузка...
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!