Hüzurum (13-cü bölüm)

Hüzurum (13-cü bölüm)
Hüzur yatağın üstündə bir neçə dəqiqə oturduqdan sonra özünə gəldi. Ayağa qalxıb əynini dəyişdi, başına şarf da örtdükdən sonra otaqdan çıxdı. Oturma otağına heç baxmadan mətbəxə girdi. Bilirdi ki, əri orada idi. Ona baxmaq, onunla göz gözə gəlmək istəmirdi çünki qorxurdu. Yenilməkdən, ağlamaqdan, sevgi dilənməkdən... Ya da partlayış nöqtəsinə gəlib qışqır bağır salmaqdan, sevgi olmayacaqsa bu evliliyin boşa olduğundan, bu evliliyin mənasızlığından...

Hüzur ikiləmdə qalmışdı.

Nə edəcəyini bilmirdi. Eşqinin böyüklüyünə sığınsa da, ürəyinin ağrısını əngəlləyə bilmirdi.

Və Hüzur bir daha anlamış oldu...

Tək tərəfli eşq can yandırıcı imiş... Evlilikdə qarşılıqlı eşq olmalıymış. Sadəcə bir tərəf aşiqdirsə, qırılan, üzülən tərəf də həmişə aşiq olurmuş...

Bu evlilikdə tək tərəfli sevən Hüzur idi, hər zaman üzülən tərəf də o idi. Yəni Hüzur eşqin acı tərəfini yaşayırdı. Xoşbəxtlik tərəfini isə yaşayacağı müəmma idi...

Masanı qurdu. Çayın altını söndürüb masanın kənarına qoyduğu çay altlığının üstünə qoydu. Qolundakı saata baxanda da 07:30 olduğunu gördü. Cəld addımlarla qaynana və qaynatasının qaldığı qapının önünə gəldi. Qapını tıqladıb "Mama, süfrə hazırdır" dedi.

İçəridən cavab gecikməmişdi. "Gəlirik qızım."

Hüzur yenidən masanın yanına getdi. Dəmliyi və çayniki alıb çayları süzəcəkdi ki, stəkanların dolu olduğunu gördü. Baxışlarını stulda oturan ərinə çevirdi. Əlinin ona təbəssüm edərək baxmasına qarşılıq olaraq gülümsədi. Bu qədər idi...

Hüzurun qəlbi kiçicik bir şeylə belə qanad açıb dodaqlarına gülümsəməni qonaq edirdi. Və bu qonaq Hüzura çox yaraşırdı.

Gülmək gözəldir vəssalam... Əli otaqdan çıxıb salona getmişdi. Əlinə pultu alıb səhər xəbərlərinə baxmağa başladı. Gözləri tv ekranında olsa da ağlı hələ də otağında tək başına qalan arvadında idi. Onu yenə qırdığını bilir amma buna əngəl ola bilmirdi. Söylədiyi sözləri düşüncəsizcə sərf edər, arxasına qalan insanı düşünməzdi. Amma dəyişmişdi. Düşünürdü... Sadəcə arvadını düşünürdü.

Cəld yerindən qalxıb masaya doğru irəlilədi. Göz gəzdirdi süfrəyə. Arvadı yenə çox gözəl bir səhər yeməyi süfrəsi hazırlamışdı. Gülümsədi və çayları özü süzdü. Bəlkə arvadı bunu etdiyi üçün ona təbəssüm edərdi. Bəlkə...

Gənc adam düşündüyü şeylə başını sağa sola tərpətdi. Nələr düşünürdü belə! Ona nə idi ki arvadının gülümsəməsindən. Həm də ona!

Çox keçmədən arvadı onun ailəsini çağırdıqdan sonra gəlmişdi. Yenə ona baxmırdı! Arvadının çay süzmə cəhdi və sonrasında ona baxışını izlədi. Təbəssüm etdi içindən gələrək və qarşılığında şahanə bir gülümsəmə aldı. Öz təbəssümü də yavaşca genişlədi və arvadının şahanə gülümsəməsinə yoldaşlıq edərək gülümsədi.

Bir birinə gülümsəyən iki ər arvad. Bir tərəf aşiq, bir tərəf eşqdən yoxsun... Bir tərəf verici, bir tərəf alıcı. Amma alıcı bunu unudur ki, verici tərəf qarşılığını tapmasa bir gün eşqini verməkdən vaz keçər və eşqi ilə bir yerdə çıxar gedər... Haraya getdiyini də sadəcə aşiq bilər!

Fəridə xanım və Asif bəy otaqdan çıxdılar. Asif bəy əlindəki çantanı çöl qapısının yanına qoydu. Bir birinə baxıb gülümsəyən cütlüyü görən ata ana bir birlərinə baxıb təbəssüm etdilər. Fəridə xanım ərinə yanaşıb "olub bu iş ay kişi" deyə fısıldadı. Asif bəy də qarşılığında
"Məntiqsiz oğlumuz yenə gecikməyib çox şükür." dedi. Daha sonra Fəridə xanım boğazını təmizləyib ikilinin diqqətini öz üstünə çəkməyi bacardı. Gülümsəyərək baxdı utanan gəlininə və baxışlarını oğluna çevirəndə tək qaşını qaldıraraq baxdı. Qarşılığını o saniyə məntiqsiz oğlundan aldı. Ah, bu Əli heç ağıllanmayacaqdı.

"Anaya qaş qaldırılmaz məntiqsiz!" deyə yüngül əsəb və gülümsəmə yoıdaşlığında baxdı oğluna.

"Bir polisə məntiqsiz deyə bilməzsiniz Fəridə xanım" dedi Əli ciddi bir səs tonu ilə.

"Polisliyin keçməz ana başmağının yanında Əli müəllim!"

Əli tam qarşılığını verəcəkdi ki, qarşısındakı arvadının ona gülməsi ilə ona döndü. Qaşlarını çatdı. Bu vəziyyətdə arvadı onun yanında olmalı idi. Hətta sırf bu vəziyyətdə deyil, bütün vəziyyətlərdə onun yanında olmalı idi.

Hüzur ana oğulun şirin, sərt danışıqlarında özünü saxlaya bilmədi və güldü. Çox gözəl görünürdülər. Əlini ağzına tutub səsinin çıxmamağını istədi amma əngəl ola bilməmişdi. Hər kəsin susduğunu görüb baxışlarını qaldırıb ərinə baxdı və onun da ona əsəblə baxmasını görüb baxışlarını dikləşdirdi və dodaqlarını düz bir çizgi halına saldı.

"Çox gülməlidir Hüzur?" deyə sərt səsiylə danışdı Əli.

"Yox, sadəcə-"

Əli arvadının sözlərini tamamlamasına izn vermədən, "Yoxsa niyə həyatım?" dedi 'həyatım' kəlməsini basdıra basdıra söyləmişdi. Çünki bilirdi ki, arvadı bu sözü deməyini istəmirdi.

"Qızın sözünü kəssən necə danışsın ay mənim məntiqsiz oğlum." deyən Fəridə xanım iki əlini yumruq tutub belinə qoydu. Asif bəy isə "arvad sən qarışma" dediyi anda arvadından sərt bir baxışla susduruldu. Və Asif bəy bu vəziyyətdə susmalı olduğunu anladı. Arvadının dəli damarına basılmış vəziyyətdə idi çünki. "Sən qarışma mama!" dedi daha yüksək səslə Əli və baxışlarını təkrardan arvadına çevirdi. Hüzurun ona baxan əsəbi baxışlarına ilk öncə təəccüblənsə də, sərt duruşunu pozmadan tək qaşını qaldıraraq baxmağa davam etdi.

"Anamın üstünə qışqırma!"

"Ona ana deməyəcəksən, atama ata deməyəcəksən! Mənə diklənə bilməzsən!"

"Sən mənim yoldaşım olduğuna görə sənin ailən mənim də ailəmdir. Sən qəbul eləməyə bilərsən amma onlar qəbul edir."

Əli iki əlini sinəsində birləşdirib arvadının bu çıxışını izləməyə başladı. Gülmək istəsə də tutdu özünü və sərt halını pozmadı. Amma içdən içə arvadının əsəbləşəndə daha gözəl olduğunu gördü. Gözəlmi? Əli bu səfər də özünə əsəbləşdi. Nə olurdu ona belə?

Hüzur özünü necə belə itirdiyini bilməyərək susdu. Baxışlarını yerə çevirdi. Yanaqları çoxdan qızarmağa başlamışdı. Hamısı ərinin günahı idi! Ortalığı o qızışdırmışdı.

"Mən üzr istəyirəm sizdən." dedi Hüzur Asif bəy və Fəridə xanıma baxaraq. Onların da Hüzura anlayışla gülümsədiklərini görüb rahatladı. Süfrəyə buyur etdi. Onlar yerlərinə oturunca Hüzur da oturmaq istədi amma ərinin hələ də ayaq üstə durduğunu gördü. Doğurdan, bu adamın boyu neçə idi belə? Bir də əllərini sinəsində birləşdirib, izbandut kimi bir şey... Hüzur sonra öz özünə 'izbandut' nədir ay qız, deyə əsəbləşdi. Əri bu görüntüsü ilə tam seyrlik idi. Amma sadəcə ona, başqa qızlara deyil. Başqa qızlar haram bundan sonra ərinə.

"Oturmursan?"

"İdarəyə gedirəm."

"Amma heç nə yemədin axı!"

"Orda yeyərəm bir şeylər" deyib otağına yönəldi Əli. Qapının kənarındakı çantanı görüb "dərmanlamaq işi bitdimi Fəridə sultan?" deyə soruşdu mənalı mənalı.

İçəridən cavab gecikmədi.

"Bitdi bitdi. Arada ayrılıq yaxşıdır evdən." deyib yeməyinə geri dönmüşdü. Əli otağına girib aynada üstünü düzəltdi. Hər daim formasına önəm verər, qırışıq qalmağına dözə bilməzdi. Saçlarını da son dəfə düzəltdiyi sırada qapı açıldı. Aynadan girənə baxdı. Gələn arvadı idi və əlində salfetdə tutduğu şirni var idi.

"Bunu yemədən getməsən?" deyərək əlində tutduğu şirnini ona tərəf dönən ərinə uzatdı.

Əli arvadının bu halına gülümsədi. Onu bu qədər sahiblənməsi, düşünməsi kişilik qürunu oxşayırdı.

"Birinci sən dişlə, yenə duzlu bir şey yeməyim!" deyərək baxdı arvadına. O son bilinçik hadisəsini xatırlatmaq istəmişdi arvadına.

Hüzur ərinin nə demək istədiyini anladı. Gülümsədi.

"Heç də duzlu deyil." deyərək şirnidən bir dişləm aldı. Yavaş yavaş çeynəyərkən baxışları da ərində idi.

Əli arvadının bu uşaq kimi halına kiçik bir qəhqəhə atdı. Çoxmu şirin görsənirdi nə, arvadı indi?

"Uzat baxım onda"

"Al ye baxım onda" deyə qarşılıq verdi Hüzur, ikisi də gülürdü.

Əli arvadının biləyindən tutub özünə yaxınlaşdırdı. İndi daha da yaxın idilər. Biləyini buraxmadan dodaqlarına yaxınlaşdırdı və əlindəki şirnidən bir dişləm aldı. Yavaş yavaş çeynəməyə başladı arvadına baxaraq. Loxması bitincə bir dişləm, bir dişləm daha aldı və ən son qalan loxmanı da arvadının əlindən alaraq onun dodaqlarına götürdü. Hüzur dodaqlarını aralayıb ərinin uzatdığı loxmanı aldı. Əlinin gözləri arvadının üzündə, Hüzurun gözləri ərinin qəhvəliklərində.

"Necədir? Duzlu deyilmiş hə?" deyə soruşdu çətinliklə Hüzur. Əri ilə olan yaxınlıq həyəcanlanmağına səbəb olurdu və hələ də bu qədər yaxın olmaqlarına alışa bilməmişdi.

"Deyilmiş." dedi Əli təbəssüm edərək. Sonra da arvadının dodağının biraz üstündəki qırıntını alaraq "Nemətdir bu nemət. Üzümüzdə deyil mədəmizdə olmalıdır." deyib kiçik parçanı ağzına alaraq uddu. Ona baxan arvadının yanağını dartaraq "Bu arada, əsəbləşəndə bir başqa olurmuşsan." dedi. Göz qırpdı və arvadını yenə arxasında buraxaraq evdən çıxdı. Amma arvadını bu səfər üzgün deyil, xoşbəxt olaraq buraxmışdı.

Hüseyn səhər tezdən durub uniformasını geyindi. Saçlarını ayna qarşısında düzəltdi. Özünə göz qırpıb "amma da yaraşıqlısan haa" deyərək özünü təriflədi. Otaqdan çıxdı və fit çalaraq mətbəxə girdi.

"Sənə neçə dəfə deyəcəm fit çalma!" deyərək yüngül əsəblə danışdı Səidə sultan. Oğluna heç cür tərgitdirə bilməmişdi bunu.

"Aman Səidə sultan sən də hər səfərində bunu deməkdən əl çəkmədin də." deyərək anasının yanağındam öpücük alan Hüseyn yerinə əyləşdi.

"Hüseyn Ramazan üçün bazarlığa getməliyik" deyərək çayından bir qurtum aldı Səidə sultan.

Hüseyn ağzı dolu bir şəkildə başınl tərpətdi. Loxmasını udub "axşam gələndə gedərik sultanım" dedi.

"Əli oğluma da de, heç kəsə söz verməsinlər. İlk gün bizə gəlsinlər."

"Yaxşı deyərəm sultanım." deyən Hüseyn yeməyinə davam edirdi. "Sən de, amma mən yenə də bir gün əvvəl zəng vurub dəvət eləyərəm, ayıb olar zəng vurmadan."

"Əşi Əliyə ayıb olacaq? O düşüncəsizin biridir." dedi. Hələ də arvadını o halda buraxmağını unuda bilməmişdi və buna görə can dostuna hələ də əsəbi idi.

"O artıq evli bir adamdır. Evli adamlar sənin kimi avaralardan daha düşüncəli olurlar."

"Hə, hə. 100% elədir sultanım." deyib burun qıvıran Hüseyn əlini pendirə uzatdığı sırada əlinin üstünə vuruldu.

"Anaya burun qıvrılmaz." deyib qaşlarını çatdı Səidə sultan.

Hüseyn anasının bu halına qəhqəhə atıb "Mənim əsəbi sultanım. Oğlun gəlib 26 yaşına, sən hələ də vurursan. Belə də olmaz axı." dedi.

"Oğlunu döyməyən dizini döyərmiş." deyə cavab verdi Səidə xanım.

"O oğlunu yerinə qızı olmayacaqdı Səidə sultan?"

"Sənin kimi avaralar üçündü o söz." dedi Səidə sultan. "Həm neçə yaşıma gəldim hələ də mənə bir gəlin gətirmədin."

"Gəlinini tapmışam amma çox tərs çıxıb." deyə deyindi Hüseyn. Sonra anasının yanağından dartıb masadan qalxıb evdən çıxdı Hüseyn. Dodaqlarında yenə mahnı var idi.

Hüzur əri evdən çıxandan sonra bir neçə dəqiqə özünə gəlməyə çalışdı. Sevdiyi adamın bu dəngəsiz halları belə bir başqa dad verirdi ona. Çox vaxt qırılsa da, kiçik təbəssümü ilə belə sevinə bilirdi. Küskünlüklərini həmən unuda bilirdi.

Otaqdan çıxıb masaya keçdi və qaynata və qaynanası ilə səhər yeməyini yedi. Daha sonra onlarla sağollaşdı və sağollaşarkən üzüldü. Alışmışdı evdə onların varlığına.

Sonra mətbəxə keçib mətbəxi təmizlədi. Sonra da otağına keçib mavi təngdə düz paltarını geyindi. Üstünə də qara rəngdə şarfını taxdı. Çantasına da dərs kitablarını qoyub evdən çıxdı. Saat 10 olmuşdu belə və gecikməyinə çox az qalmışdı. Cəld evdən çıxdı, abtobusa irəlilədi. Qulaqcıqlarını taxacaq zamanı olmamışdı. Gələn avtobusa mindi. Nəfəs nəfəsə qalmışdı. Düşəcəyi dayanacağa gəlincə tez düşdü və cəld addımlarıa rəfiqəsinin gözlədiyi yerə getdi.
Yanına çatanda da dostunun haqlı üsyanını dinlədi.

"Az hardasan e sən? Neçə saatdır gözləyirəm səni bilirsən? Yox bilmirsən, mən deyim. Tam tamına 53 dəqiqə, 48 saniyə, nə bilim sanisədir salisədir hər nə isə ondan gözləyirəm."

Hüzur məsum baxışlarla rəfiqəsinə baxır və onun nəyə əsəbləşdiyini anlamağa çalışırdı. Əslində haqlı idi çünki çox gecikmişdi. "Amma bax, hələ bir saat olmayıb." deyərək rəfiqəsini yumşaltmağa çalışdı. Amma işə yaramadı.

"Bax hələ bax. Bir də zarafat eləyir. Allahım ya səbr ya səbr... Telefon deyə bir icad var, br dənə mesaj at gecikəcəm deyə, onu da eləmirsən heç olmasa zənglərimə cavab ver."

"Zəng vurmusan ki mənə?" deyərək çantasını qarışdırdı. Telefonunu axtarırdı. Sonunda tapmışdı. Tez ekranı açmaq istədi amma aça bilmədi. Çünki telefonun zaretkası qurtarmışdı. Əlindəki telefonla alnına vuraraq
"Zaretkası qurtarıb e" deyə bezgincə mırıldadı. Ən sevmədiyi şeylərdən biri idi telefonunun şarjının bitməsi.

Nuranə nisbətən sakitləşdikdən sonra Hüzurla qol qola girərək universitetə girdilər. Ardıyca da sıra ilə dərslərə girdilər. Aralarda da evlilik haqda danışdılar.

Ən sonki arada ikili həyətdə hər zaman oturduqları yerə oturdular. İki dost, hətta mənəvi bacı olan iki gənc qız söhbətlərinə davam edirdilər. Saat keçdikcə keçdi. Zamanın necə keçdiyindən heç xəbərləri olmadı.

Tək xəbəri olan isə heç şübhəsiz Əli oldu.

Bölüm sonu...

Yazar: Məryəmскачать dle 11.3
Hekayənin bütün bölümləri: "Hüzurum"
Mənbə: Qadınlar.Co
Загрузка...
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!