Hüzurum (18-ci bölüm)

Hüzurum (18-ci bölüm)
Hüzur gedən ərinin ardıyca sevinc və biraz da narahatçılıqla baxıb ayağa qalxdı. Atası gələcəyi üçün çox xoşbəxt idi amma bir yanı da əndişəli idi. Bəli, bəlkə əri atasının gəlməyinə icazə vermişdi amma sonrasının necə olacağını bilmirdi. Atasının yanına gələcəkmiydi, ya da ona necə davranacaqdı? Bilmirdi və bu bilinməzlik onu qorxudurdu...

Otağına girən Hüzur gündəlik paltarını geyindikdən sonra başını da örtüb otaqdan çıxdı. Addımları hamamın qabağından keçərkən durdu. İçəridən heç bir səs gəlmirdi və bu Hüzurun narahat olmasına səbəb olurdu. Narahatçılığını sonlandıran su səsini eşidincə rahat bir nəfəs verdi və mətbəxə girdi.

'Nə zaman tam xoşbəxt olacağam?'

Hüzurun ağlının tamamını ələ keçirən sual bu idi. Nə vaxt xoşbəxtliyini tam mənada yaşayacaqdı? Nə vaxt rahatca həm atası, həm də sevdiyi adamla bir süfrədə oturub sevinclə yemək yeyəcəkdi? Sevdiyi adam nə vaxt onun eşqinə qarşılıq verəcəkdi, ya da verəcəkmiydi?

Hüzur ağlındakı sualların ona xəyanət edərmiş kimi çoxalması ilə başını sağa sola salladı.

Düşünməməli idi.

Düşündüyündə üzülən hər daim o olurkən, özünə acı çəkdirməyəcəkdi. Xoşbəxt olacaqdı. Anı yaşayacaqdı. İndiki sahib olduqları ilə xoşbəxt olacaqdı. Ərköyünləşib, nəfsinə aldanıb artığını iatəməyəcəkdi. Onsuz da insanların ən böyük düşməni nəfs deyildi ki? Düşüncələri, qəlbi zəif olanları həmən ələ keçirən nəfs deyildi? İnsanları günaha, düşmənliyə təşviq edən də nəfs deyildi?

Hüzur nəfsin aldadıcılığına aldanmayacaqdı. O nəfsə qananlardan olmayacaqdı. Qurani-Kərim'dəki ayəni də nəfəs aldığı müddətcə unutmayacaqdı.

'Nəfsini pisliklərdən arındıran qurtuluşa ərmişdir.' (Şəms/9) Çayniki ocağa qoydu. Qaynama səsi gəlincə də çayı dəmlədi və stula əyləşib gözlədi. Dəqiqələr bir birini qovarkən ərindən hələ də səs çıxmamışdı. Üzgün üzgün oturarkən qapının çalındığını eşitdi. Üzgünlüyünü tez çöpə atıb xoşbəxtliklə gülümsədi. Qaçan addımlarla qapının yanına gəlib üzündəki gülümsəmə ilə qapını açdı. Gözlərinin dolmasını əngəlləyə bilməmişdi amma.

Bir evlilik bərabərində nələri də gətirmişdi!

Əhməd bəy qızını qollarının arasına aldı. Ata qız həsrətlə qucaqladılar bir birini. Arxalarından gələn boğaz təmizləmək səsi ilə bir birindən ayrılan ata qız səsin sahibinə çevirdilər baxışlarını.

Əli hamama girəndən sonra sakitləşməyə çalışdı. İndi evli olmağına səbəb olan adamı evinə dəvət etmişdi. Bunu niyə etdiyini isə bilmirdi. Bildiyi tək şey isə evli olduğu qızın ona küskün bir şəkildə baxmağına dözə bilmədiyi idi.

O yaşıllıqlar əsla küskünlüklə, üzüntü ilə və narahatçılıqla baxmamalı idi.

Əli hamamdan çıxandan sonra bayır qapının yanında arvadının və o adamın qucaqlaşdığını gördü. Bu səhnəyə daha çox dayana bilməzdi. Buna görə də boğazını yavaşca təmizlədi və ona baxan baxışlarla qarşılaşdı.

"Buyurun, içəri keçin." deyərək qonaq otağını əliylə göstərən Əli qabaqdan irəliləyən adama baxdı. Sonra da ona minnətlə baxan arvadının şarfını düzəldib görünən saç tellərini şarfın altına gizlətdi və qulağına əyilərək."Sadəcə sənin üçün Hüzur." dedi. Sonra da arvadını arxasında buraxaraq qonaq otağına girdi.

Hüzur onu eləcə təəccüblü bir vəziyyətdə buraxıb irəliləyən ərinin arxasıyca baxdı. Hisləri qarmaqarışıq idi.

Sevdiyi adam onu sevməyə başlayırdı!

Bu düşüncə ilə dodaqlarına qonan şəhanə gülümsəməylə "Şükürlər olsun Allahım. Könlümdəki eşqimə qarşılıq tapmağa başladığım üçün. Şükürlər olsun." deyərək iki əlini də ürəyinin üstünə qoyaraq sakitləşməyə və həyəcanını basdırmağa çalışdı. Nə qədər gözəl bir hisdir sevginə qarşılıq tapmağa başlamaq. Bəli, bilirdi sevdiyi adam ona aşiq deyildi və ya sevmirdi, amma ona bir şeylər hiss etməyə başladığından əmin idi. Artıq ona nifrət etməməsi, düşünməsi, dəyər verməsi və qısqanmağa başlaması... Bunların tək bir yolu var idi, o da sevməyə başladığının isbatı idi.

Gülümsəməsi genişləndi. Elə gözəl güldü ki, arxasını dönüb ona baxan yoldaşının gözlərindəki duyğuları görə bilmədi. Sevgisinə kiçik də olsa qarşılıq tapdığını hiss etmək belə bir hisdirsə, sevgisini tamamilə dilə tökdüyü zaman necə hiss edərdi bilmirdi. Bambaşqa idi...

"Hüzur, çayları gətir də çox gec olmadan."

Hüzur sevdiyi adamın səsi ilə özünə gələrək "off çox gözəlmiş onun dodaqlarından adımı eşitmək." deyə mırıldandı. Ardıyca da mətbəxə gedib çay süzdü. İlk olaraq atasının servisini elədi, sonra da ərininkini.

Sinini tezdən mətbəxə aparıb atasının yanına, ərinin qarşısına oturdu. Tez atasının qollarının arasına girib "Sənin üçün çox darıxmışam atam, necəsən?" deyərək soruşdu.

Əhməd bəy otağa girib tədirginliklə oturub əllərini dizlərinin üstünə qoydu. Qızının evində özünü bir yad kimi hiss etmək zoruna getsə də bunun tək günahkarının özü olduğunu bilirdi. Buna görə səsini çıxara bilmirdi. Səssizcə qızının xoşbəxtliyi üçün dua edirdi. Evliliklərinin ilk zamanlarında qızının gözlərində hüznə şahid olurdu amma indi bambaşqa idi. Qızının gözləri işıl işıl idi, xoşbəxt olduğunu görə bilirdi və onun xoşbəxtliyindən özü də xoşbəxt olurdu. Bu həyatda yoldaşını itirdikdən sonra tək tutanağı qızı idi və onun üzülməsinə, ağlamasına dayana bilmirdi. Bu halına şükrlər edərkən rayona rahatlıqla gedə bilərdi. Müalicəsinə müsbət təsir göstərəcək təmiz hava ilə birlikdə Allah'ın ona bəxş etdiyi ömrü nəvələrini görə bilmək üçün gözəlləşdirəcəkdi. Pes etməyəcəkdi! Qızının qollarının arasına girib darıxdığını söyləməsi gülümsəməsinə səbəb oldu. "Sənin xoşbəxtliyini görəndən sonra lap yaxşı oldum Hüzurum." dediyi anda kürəkəninə baxdı və onun qaşlarını çatmış bir şəkildə onlara baxdığını gördü. Dodaqlarını "çox sağ ol." deyə tərpətdi. Kürəkəninin baxışlarındakı yumuşamaya bir neçə saniyəliyinı şahid olması gülümsəməsini genişlətdi. Bu adam çox tərs idi!

"Mən artıq xoşbəxtəm." dedi Hüzur, bunu sevdiyi adamın gözlərinin içinə baxaraq söyləmişdi. Ondakı dəyişiklikləri görmək istədi amma görə bilmədi. Çünki əri atasına qaşlarını çatmış bir şəkildə baxırdı.

"Görürəm qızım, görürəm."

Əli önündə sərgilənın danışıqları qaşlarını çatmış bir şəkildə izləyirdi. Baxışları bir arvadında bir də qaynatasında gedib gəlirdi. O adamı evində qəbul etdiyinə isə hələ də inana bilmirdi amma arvadına dediyi kimi, sadəcə onun üçün idi. O xoşbəxt olsun ona bəs idi. Arvadının üzülməsini istəmirdi artıq. Özəlliklə onun üzündən üzülməsini əsla istəmirdi.

Əsla!...

Oysa bu kəlməni evliliklərinin ilk günü necə də özündən əmin bir şəkildə dilə tökmüşdü. Arvadının gəlinlik içində ona baxdığını görüncə əsəblə çıxmışdı ağzından kəlmələr. Üstünə basa basa, özündən əmin bir şəkildə danışmışdı.

"Səni qucağıma alıb keçirməyimi gözləyirsən? Ömrünün sonuna qədər gözlə onda. Çünki elə bir şey ƏSLA gerçəkləşməyəcək!"

O anları xatırlayınca qaşları daha da dərindən çatıldı. Qarşısındakı adamın dodaqlarını oynadaraq təşəkkür etməsi ilə bir an yumşasa da tez əvvəlki halına döndü. Arvadının gözlərinin içinə baxaraq söylədiyi ilə də təkrar evliliklərinin ilk günü söylədikləri gəldi ağlına. "Bunları beyninə sal. Evlənsək də kağız üstündə keçərli bir evlilikdi bu. Sənə toxunmayacam çünki səni görmək belə istəmirəm. Mənə qarışmayacaqsan. Mən də sənə qarışmayacam. Nə sən məndən, nə də mən səndən cavabdehəm. Vacib bir şey olmadıqca mənə zəng vurmayacaqsan. Nömrəmi telefonuna qeyd edərsən. Sən neyləmək istəsən elərsən çünki məni maraqlandırmırsan. Sadəcə barmağındaki üzüyə görə hərəkət elə, bəsdir. Otağın koridorun sonundadır, davay."

O zamanlar ağlı harada idi bilmirdi. Necə sərf etmişdi o kəlmələri. Üstəlik arvadının heç bir günahı yox ikən. Amma o zamanlar anlaya bilmirdi ki. Tək bildiyi məcbur evləndirilməsi və bunun hirsini ətrafındakı hər kəsdən çıxarması idi. Oysa bu evlilikdə iki günahsız var idi. Özü və arvadı. Amma o nə etmişdi? Günahsız olan arvadını daha da üzmüşdü. Bəlkə də ən çox onun üstünə getmişdi. Bəlkə də yox, elə ən çox onun üstünə getmişdi.

Ona rəğmən vaz keçməyib hər səhər ona yemək hazırlaması, hər bağırışına rəğmən davam etmişdi. Universitetdə əzildiyində onu arxasında buraxıb getmişdi amma o yenə də ondan vaz keçməmişdi!

Bəli, arvadının onu sevdiyinin fərqində idi. Daha ilk gün kəbinləri kəsildiyi vaxt gözlərinin içinə elə baxması ilə anlamalı idi amma o vaxtlar gözünü elə bir kin və əsəb bürümüşdü ki görə bilməmişdi. Hələ yeni yeni anlayırdı arvadının onu əvvəlcədən də sevdiyini amma necə olurdu sevirdi? Arvadını ilk dəfə o evləndikləri gün görmüşkən arvadının onu nə zaman və harada görüb sevdiyini bilmirdi və bu bilinməz də qalmayacaqdı. Arvadından soruşacaqdı bunu. Amma zamanı var idi. Zamanı gəldiyində hər şey öz seyrində yaşanacaqdı. Gələcəyin nə gətirəcəyini bilmirik amma öz toxunuşlarımızla anı gözəlləşdirə bilərik.

Öz dünyasına, düşüncələrinə o qədər dalmışdı ki, arvadının çay içmədiyini görməmişdi. Söhbətə daxil olmaq məqsədi ilə "özünə niyə çay süzmədin?" deyə soruşdu. Baxışları arvadında idi və çatıq qaşları anında düzəlib yumşamışdı. Hüzur atası ilə darıxdığı söhbətlərini edərkən ərinin onlara səssizcə baxmağını gizli gizli izləyirdi. Bu duruma üzülsə də o üzüntüsünü tez bərtərəf etdi.

Əlindəkilərlə xoşbəxt olacaqdı!

Buna da şükrdü. İki sevdiyi adam da yanında idi. İkisi də bir biri ilə danışmasa da, bunun tək səbəbkarı əri də olsa xoşbəxt idi.

Kim bilərdi ki? Bəlkə gələcəkdə sevdiyi bu iki adam söhbət edərdi və birlikdə məscidə gedərdilər.

Tam bu düşüncə ilə gülümsəməsi daha da genişlədi, ərinin soruşduğu sual ilə baxışlarını ona çevirdi. Tam mən çay içmərəm, deyəcəkdi ki, atası sözə giriş etdi.

"Hüzur çay sevməz kürəkən. Yoldaşını hələ də tanıya bilməmisən?" deyərkən zarafatlaşmaq istəmişdi Əhməd bəy. Bəlkə beləcə kürəkəni ilə arasındakı buzlar ərimiş olardı. Söylədiklərində əsla bir ard niyyət yox idi amma kürəkəninin əsəbləşdiyini anladı. Üzüldü. Qızının yenə onun üzündən üzüləcəyini hiss edərək.

"Məcbur, heç tanımadığım bir qızla evləndirildim. Özü də sizin üzünüzdən. Bunu bilə bilə hələ də məndən bunu soruşa bilirsiz?"

Əli əsəbi idi. Arvadının gözlərinin içinə heç baxmadan söyləmişdi o kəlmələri. Baxsa söyləyə bilməyəcəyini bilirdi. Bunları bu adamla danışması lazım idi. Açıq açıq, nələr hiss etdiyini, nələr yaşadığını bilməliydi və arvadına çevirsə baxışlarını, onun gözlərində titrəşim, hüzn və küskünlüyü görsə bu danışığı gerçəkləşdirə bilməyəcəyinin də fərqində idi. Bu səbəbdəndir ki, iç çəkən arvadına bir an belə olsun baxmadı.

"Əvvəllər də elə evlənilərdi. Yoldaşlar da bir birini tanımağa çalışardılar. Qırmadan, tökmədən!"

Əhməd bəyin səsi də ən az kürəkəni qədər sərt çıxmışdı. Qızının üzüldüyünü də bilirdi ancaq qarşısındakı gəncin hələ də evliliyi ilə bağlı kin bəsləməsi, hirsini ala bilməmiş olması və bunları indi arvadının, yəni qızının önündə söyləməsi onu yıxmışdı. Yıxılmasının tək bir səbəbi var idi. O da indi qollarının arasından çıxan qızının iç çəkməsi və titrək nəfəslər alması idi. Bilirdi ki, qızı indi özünü ağlamamaq üçün güclə saxlayırdı. "Day o dövr deyil Əhməd bəy. O əvvəl idi. İndiki vaxtda insanlar tanış olub sevərək ya da məntiqləriylə evlənirlər." deyən Əli qollarını ayaqlarına söykəyib önə doğru əyildi. Baxışları qaynatasında idi. "Bizim kimi məcburi, iki yad kimi deyil!" Bu son söylədiklərinin ağır olduğunu bilirdi. Arvadının dodaqlarının arasından çıxan və bütün əsəbini söndürən "Əli..." deyə mırıldanması... Sonra oturduğu divandan qalxıb çiyinləri çökmüş bir şəkildə otaqdan çıxması. Göz ucuyla izləyirdi arvadını. Sanki ürəyini sərt bir pənçə sıxır canını çox yandırmağı hədəfləmiş kimi işgəncələr edirdi.

Hansı işgəncə arvadını qırdığı gerçəyini geri ala bilərdi ki?

Hansı işgəncə arvadının ağlamaqlarını geri ala bilər ya da yaşanmamış var saya bilərdi ki?

Heç biri!

"Sən," deyən Əhməd bəy kürəkəni kimi pozisyon dəyişdi, eyni onun kimi duraraq danışığına davam etdi. "Sən tamamilə keçmişdə tutsaq qalmış və kinini yenə bilməyən bir adamsan Əli. Və bunu bil ki, peşmanam. Kaş ki, qızımı səninlə deyil başqasıyla-" deyə bilmədən stula enən sərt yumruqla cümləsinin tamamlanmasına izn verməyən kürəkəninə baxdı.

Əli baxışlarını qarşısındakı adamdan heç çəkməmişdi və onun peşmanam deməsi ilə əllərini yumruq tutdu və daha sonra söylədiyi ilə yumruğunu daha çox tuta bilməyib stola keçirtdi.

Bunu xoş qarşılaya bilməzdi nəticədə, deyilmi?

Arvadının başqası ilə evli olmasının ima edilməsi...

Bu artıq idi həm də çox böyük ölçüdə artıq idi. Hüzur sadəcə onun idi. Arvadı idi. Hüzur Əkbərova idi. Pasportunda onun soyadını daşıyan, qəlbində də ona bəslədiyi eşqi daşıyan arvadı idi o. Hüzurdu o. Əlinin Hüzuru idi...

"Əhməd bəy," deyə sərt bir şəkildə xitab edib davam etdi. "Arvadımın başqa biri ilə evli olmasını dilinizə yox e, heç ağlınıza belə gətirməyin!" dedikdən sonra nəfəsini düzənə soxdu. "O Hüzur Əkbərovadır. Əlinin Hüzuru." dedikdən sonra ayağa qalxdı və son dəfə divanda oturan adama baxaraq danışdı. "Biz evliyik. Arvadımın kofe sevmədiyini bilirəm. Səhər tez saatlarda yemək yeyə bilmədiyini, dərs oxuyanda bir şeylər yeməyi sevdiyini, mavi rəngi çox sevdiyini, üzüləndə gözlərini qaçırdığını, həyəcanlananda uşaqlaşdığını, televiziyada sevdiyi seriala baxanda nəfəssiz qaldığını, hər səhər sübh namazına istisnasız qalxdığını və bərabərində məni də oyatdığını, Islam's düşkünlüyünü və İslam'a görə yaşamağa çalışdığını, həyatındakı fəlsəfələrin ayələr və hədislər olduğunu, keki çox sevdiyini, xoşbəxt olduğu zamanlarda nə deyəcəyini bilməyib sadəcə baxışları ilə anlatmağa çalışdığını, südü çox sevdiyini bilirəm." dedikdən sonra durdu və ona təəccüblə baxan qaynatasına son sözlərini dedi. "Və Əhməd bəy, biz birimizi təzə təzə tanıyırıq." Arxasını dönüb arvadının yanına gedəcəkdi ki, durdu. Başını arxaya çevirdiyində adamın da qalxdığını gördü. Üzünə yerləşdirdiyi gülümsəmə ilə "Unutmadan Əhməd bəy," deyərək vücudunu tamamilə yaşlı adama döndürdü. "Ən önəmlisi də arvadımın məni sevdiyini bilirəm. Bax bu hamısından vacibdir və bu mənim üçün bəsdir. Bu evliliyi o uca sevgisi ilə zənginləşdirir və gözəlləşdirir." dedikdən sonra qarşısındakı adamın bütün sərt ifadəsinin yavaş-yavaş yox olduğunu gördü. Yumşayan baxışlarına şahid oldu. Yüngülcə gülümsəyərək "İndi icazənizlə sabah iş günüdür və tez durmalıyam. Həm bilirsiniz ki, bugün Ramazanın ilk günüdür. Obaşdanlığa qalxacağıq (obaşdanlıq-imsaq. Biz imsaq demirik düzü ona görə elə yazdım. Bilmirəm də ki, bu obaşdanlıq sözünü hamı işlədir ya yox. Üzrlü sayın) Xahiş eləyirəm siz də burada qalın və Ramazanın ilk günündə qızınızı tək qoymayın. Bura qızınızın evidir," dedikdən sonra ona təəccüblə baxan adama əliylə qarşı otağı göstərib "Buyurun qalacağınız otağı göstərim sizə." dedi və irəliləməyə başladı.

Otağa girən Əhməd bəyə "Gecəniz xeyrə qalsın." deyərək qapını bağladı və qonaq otağına geri qayıdıb stəkanları mətbəxə aparıb qoydu. Gerisini arvadı həll edərdi. Bu qədəri belə onun üçün çox ikən, çox ödün vermişkən... Daha artığına gərək yox idi.

Otağının önünə gəlib durdu və əlini qapının qulpuna qoydu. O anda gördü üzüyünün olmadığını. Bu vaxta qədər üzük taxmamışdı. Evliliklərinin simgəsi olan üzüyü sadəcə arvadına bağlamışdı. Bu gerçəyi göz ardı edərək otağa girdi. Yatağın ən ucunda cenin pozisyonunda yatan arvadına baxıb başını sağa sola tərpətdi. Ah, arvadı sonuna qədər qalmamışdı ki yanlarında söyləyəcəklərinin hamısını eşidə bilsin. Onsuz da həmişə belə olmazmı? Yalnış anlaşılmalar, küskünlüklər, ağır sözlər və ən sonunda da ayrılıq!

Ah, nə tragikomik ssenari!

Hüzur əsla belə bir şeyin gerçəkləşməsinə izn verməzdi ki. Çünki o Hüzur idi.

Əlinin Hüzur'u idi! O qədər əmin idi...

Bu ssenariyə yavaşca gülərək yatağa yanaşdı və örtüyü qaldırıb yatağın içinə girdi. Onunla birlikdə çökən yataqla arvadının tərpəndiyini gördü. Yaxınlaşıb onu qollarının arasına almaq istədi amma bacarmadı. Arvadı qollarının arasına girməkdən qaçdı!

Qaşları çatıldı.

Yenə yoxladı amma yenə bacarmadı.

Əsəblə nəfəs aldı və ona tərəf dönən arvadının qırmızıya çalan gözlərinə baxdı. O anda arvadının qollarından tutub deyəcəklərini sonuna qədər dinləməsini sağlamadığı üçün peşman oldu.

Amma bildiyi tək bir gerçək var idi ki, son peşmanlıq fayda etməzdi!

"Hüzur." demişdi ki, arvadının dodaqlarının üstünə qoyduğu titrək barmaqlarla susmalı oldu.

Və anladı ki, susdurulursa eşitmək istəmədiyi şeylər eşidəcəkdi.

"Səni sevmək mənə əzab verir."

Arvadının söylədiyi ilə ürəyinin ritmində dəyişiklik oldu. İndi özünü əməliyyat masasında kimi hiss edirdi. Arvadının sözlərinə davam edəcəyinin fərqində idi.

Nəfəsini tutdu və bütün fikrini arvadında topladı.

"Kaş ki-" deyən arvadının sözlərini qaldıra bilməyəcəyini, daha doğrusu eşitmək istəmədiyini anladı. Dodaqlarının üstündəki barmaqları alıb dodaqlarına basdırdı. Baxışları arvadında idi. Onun dodaqlarını təkrar aralayıb
"Sev-" dediyini eşitdiyi anda dodaqlarını arvadının dodaqlarına basdırdı.

İki təəccüblü göz bir birinə kilitləndi qaldı və ikisi də geri çəkilməyi ağlına gətirə bilmirdi. Bu yaxınlaşma... Fərqli idi...

Əli arvadının o kəlmələri tamamlamasına izn verə bilməzdi. Bilirdi ki, o cümlənin tamamı 'sevməsəydim' olacaqdı.

Sevsin...

Arvadı həmişə onu sevsin...

Bencilcə idi...

Vecinə almadı...

Tək istəyi, arvadının onu həmişə sevməsi idi...

Son nəfəsinə qədər sevməliydi...

Kaş ki, deməməli idi...

Hər daim Hüzurun Əli'si deməli idi...

Ona qarşılıq özü də Əlinin Hüzur'u deyə bilməli idi...
Heç gözləmədiyin bir anda elə bir şeylə qarşılaşarsan ki, nə edəcəyini, necə qarşılıq verəcəyini və nə düşünəcəyini bilməzsən. Bu bilinməzlik elə yorar ki insanı, sadəcə susmaq istərsən. Onu da eləyə bilməzsən. Hesab soruşmaq istərsən ki, niyə?

Niyə mənə belə davranırsan?

Niyə məni üzürsən?

Niyə hər dəfəsində ümidlənən qəlbimi qırırsan?

Niyə məni öpürsən?

Niyə? Niyə? Niyə?

Bu suallar, bu niyələr getdikcə artırdı. Amma alacağı cavablardan da qorxurdu.

Ya aldığım cavablarla canım daha çox yanarsa!

Ya aldığım cavablarla sevgim özünü yox olmağa məcbur hiss edərsə! Ya aldığım cavablarla öz yaşam sevincimi acıya dönüşdürərsəm!'deyə düşünərsən.

Susdu!

Susmağı seçdi. Sevdiyi adam, əri onu sevmədən özəl bir anını yox etdiyi üçün susdu. Danışsa canının daha çox yanacağını bildiyi üçün susdu.

Susmaq... Canın yanarkən susmaq...

Elə bir parçalanışdır ki dözə bilməzsən və gözlərin dolmağa başlayar. Bir iki damla qovuşarkən azadlığa, gözlərin yaşlarla parıldar. Üsuluyla qapadarsan gözlərini. Damlaların axmaz və kirpiklərində ilişib qalar. Azadlığına qovuşa bilməz, eyni sevgin kimi.

Tərpənə bilməzsən.

Hüzur ərinin ondan ayrılmağını gözlədi. Hələ də eyni yaxınlıqda idilər. Nə o geri çəkilirdi, nə də sevdiyi adam. Nəyi gözlədiklərini bilmədən gözləyirdilər. Əslində küskünlüyünün yanında həyəcanlanmışdı da. Sevdiyi adam tərəfindən öpülmək... Çox gözəl idi amma yaralayan idi eyni zamanda da. Çünki hislər qarşılıqlı deyildi. Qarşılıqlı olsaydı bu qədər canı yanmazdı.

Atasına söylədiklərini unuda bilməzdi. Məcbur evləndiyi arvadı olduğunu, nifrətini o ordaykən çəkinmədən dilə gətirdiyini unuda bilməzdi. Oysa son yaşadıqları ilə yavaş yavaş sevgisinə qarşılıq tapmağa başladığına inanmışdı.

Yalanmış!

Başqa cür düşünə bilmirdi. Oysa axşam söylədiklərini söyləməmiş olsaydı bu toxunuşunun sevgiylə olduğuna inanacaqdı.

İlk otağa girdiyində onu qollarının arasına almağa çalışması... Canı bu qədər çox yanarkən necə qarşılıq verə bilərdi ki? Necə bu ikiüzlülüyü edə bilərdi ki? O anda necə hiss edirsə elə davranacaqdı. Onunla danışmağa çalışmasını susdurmuşdu. Daha artığını qəlbinin qaldıra bilməyəcəyini bilirdi. Canının daha artıq yanacağını quruyan yaraların təkrar təkrar və hər səfərində daha da can acıdan şəkildə qanadılacağını bilirdi.

Danışmaq istəmişdi və susdurulmuşdu. Nə qədər acı çəkdiyini öz sözləri ilə dilə tökmək istəmişdi. Acısını anlamasını istəmişdi, sevgisinin böyüklüyünü anlamasını istəmişdi. Canının nə qədər yandığını anlamasını istəmişdi amma olmadı. Cümləsinin tamamlanmasına izn vermədən dodaqlarının üstü örtülmüşdü. Həm də bir başqa dodaqlar tərəfindən!

Sadəcə tək bir cümlə quracaqdı oysa ki. Ondan sonra susacaq və yatacaqdı.

'Kaş ki sevgimin qarşılığında mənə bu qədər əzab verməsəydin!' Bu cümlə ilə həm sevgisinin həm də acısının böyüklüyünün altında əzildiyini anlatmaq istəmişdi. Olmadı. Edə bilmədi.

Geri çəkilməli idi. Bu qədər zamandır eyni vəziyyətdə idilər. Dodaq dodağa. Doğurdan, neçə dəqiqə olmuşdu bu vəziyyətdə durmuşdular, ya da saat? Zaman mənasınımı itirmişdi yoxsa durmuşmuydu? Bilmirdi!

Ayrıldılar...

İlk kimin çəkildiyi isə bilinmirdi. İkisi də donmuş bir vəziyyətdə bir birlərinə baxırdılar.

Nə Əli qaçırırdı gözlərini, nə də Hüzur.
Əli arvadının geri çəkilməməsi ilə bu hallarını pozmadı. Eyni vəziyyətdə durdular. Bambaşqa bir hisdi bu, dəyişik idi. Ad verə bilmirdi bu hissə. Sanki ilk dəfə birini öpürmüşcəsinə həyəcanlanmışdı. Sanki, sanki...Davamını gətirməkdən qorxdu. Bu gecə nə qədər çox qorxmuşdu belə. Qorxularının onu yönləndirməsinə necə izn verib üzmüşdü Hüzuru. Hüzur'u... Onun Hüzur'uydu. Əlinin Hüzur'uydu. Bu dəyişməyəcəkdi!

Bir birlərindən qopdular anlaya bilmədiyi bir anda. Üstündə durmadı və baxışlarını arvadından çəkmədi. Baxdı yaşıllıqlarına qəhvəlikləriylə. Qorxmadan, çəkinmədən, fərqli hislər yoldaşlığında...

"Hüzur." dedi, davamını gətirə bilmədi.

"Niyə?" deyə soruşdu Hüzur susqunluğunu pozaraq. Səbəbini bilməli idi səhərə gözəl başlaya bilmək üçün. Səbəbini bilməli idi gələcəyi üçün.

Əli aldığı sualla bir an düşündü. Sadəcə 'niyə' deyə soruşmuşdu və ucu açıq bir sual idi. Nəyə niyə dediyini anlamağa çalışdı. Nəyə cavab verəcəyini bilmədi.

"Niyə?" deyə soruşdu bir daha Hüzur və cavab ala bilmədiyi ərinə baxıb cavab gözlədi.

"Üzr istəyirəm." deyə bildi sadəcə. Bu üzr nə üçün idi anlaya bilmədi. Bəlkə də ən yaxın olan üçün idi. Axşam qırıcı sözlər sərf etdiyi üçün idi. Amma əsla bir neçə dəqiqə öncə gerçəkləşdirdiyi toxunuş üçün deyildi! Onun üçün üzr istəməyəcəkdi!

"Hansı üçün?" dedi Hüzur. Danışıqları net idi. Bu gecə susqunluğunu pozacağı gecə olacaqdı ilk düşündüklərinin əksinə və net olmalı idi. Əsla kəkələməməli idi! Gücsüz görünməməli idi. Əvvəlki Hüzur ola bilməzdi. Danışacaqdı!

"Anlamadım." dedi Əli və bunu öz mimikaları ilə bəlli etdi. "Üzrün verdiyin hansı əzabın üçündür?" dedi və dodaqlarının arasından bir hıçqırıq firar etdi. Güclü duruşu bu ana qədər idi demək ki! Sağ əli kiçik yumruq halını aldı və sevdiyi adamın sinəsinə bir yumruq atdı. "Təkcə bir üzrün bütün acılarımı unutdura bilər?" dedi və sinəsinə bir yumruq daha atdı. "Tək bir üzrün yaralarımı sara bilər?" Sinəsinə dəyən bir yumruq daha. "Tək bir üzrün məni sevmədən, mənə nifrət edərkən öpməyini unutdura bilər? Söylə də hansı üçün?" dedi və göz yaşları axarkən yumruğunu daha da bərk tutmuşdu. Səsi ağlamalı çıxsa da kəkələmədi. Səsi yüksəlmədən, ərinin eşidə biləcəyi tonda dilə tökdü acılarını. "İlk evləndiyimiz gün məni alçaltmaqlarını unutdura bilər?" Sinəyə enən sərt bir yumruq. "Sənə yeməklər hazırlarkən yerlə bir etdiyin anları unutdura bilər?" Bir yumruq daha. "Universitetdə yerdə elə kimsəsizlər kimi, acı çəkərkən sənin arxanı dönüb getməyini unutdura bilər?" Gücsüz bir yumruq və bir yumruq daha və və təkrar bir yumruq daha. Qolunu qaldırmaqda çətinlik çəkərkən yumruqlarının sərtliyi də azalmışdı. "Nə oldu, de də. Bu üzr nə üçün idi? Verdiyin hansı acı üçün idi? Hansı göz yaşlarımın bədəli, söylə?" dedi səsinin tonu yüksələrkən. Səsinin yüksəlməsi ilə hıçqırıqları da artmışdı. Yaşadıqlarını dilə gətirməsi o anları yenidən yaşayırmış kimi hiss etdirmişdi. Yorulmuşdu!

"Qorxdum!" deyən Əli arvadının sinəsinə vurduğu yumruqları əngəlləmədi. Onun söylədikləri ilə nə qədər pis bir həyat yoldaşı, hətta insan olduğunu anladı. Bu qədər pisliyi necə etmişdi? Bu qızın, arvadının heç bir günahı yox idi oysa ki! Ailələrinin yalnışının əsəbini necə çıxarmışdı bu küsəyən qızdan? Necə belə yaralaya bilmişdi? Bu qədərmi gözləri kor olmuşdu. Arvadının sinəsinə vurduğu əlini tutdu. Kiçik yumruq öz ovucu içində itdi.
Hüzur o qədər söylədiyinə verilən tək kəlməlik cavabla qəhqəhə atmaq istəmişdi amma saxladı özünü. Əsəbləri pozulmuşdu və sinir partlaması yaşayırdı indi. "Nədən qorxdun e nədən? Mənim qorxularımın yanında sən nədən qorxdun?" dedi və göz yaşları içində sevdiyi adama baxdı. Onun əlinin içində həps olan yumruğunu çəkmək istədi amma bacarmadı. Bərk tuturdu əlini. Buraxmaqdan qorxurmuş kimi! Bu qədər yaşanandan sonra indi qorxması... Səsinin tonunu yumşaltdı. Qarşısında ona dəyişik baxışlarla baxan adamın eşidə biləcəyi tonda danışdı. "Səni sevən mənkən, sevilməyən mənkən sən nədən qorxdun? Əzab verən sənkən, göz yaşı tökən mənkən sən nədən qorxdun?"

"Səni sevməkdən!" dedi Əli anında. Düşünmədi və onda nə hiss edirsə elə cavab vermək istədi. Bir şeyləri düşünərək atdığı addımların hamısının yalnış olduğunu indi qarşısındakı arvadının yorğunluğundan anlamışdı.

"Məni sevməkdən... mən sevilməyə layiq olmayan biriyəm hə? Düz deyirsən! Mən kiməm ki məni-"

"Sən mənim arvadımsan. Əlinin Hüzur'usan! Özünə gəl!"

Əli arvadının alayla söylədiklərinin davamını eşitmək istəmədi və sərt və kəskin səsiylə sözünü kəsdi. O Hüzur'du və bu belə qane edən bir səbəb idi. Onun arvadıydı və daha çox öz canını yandırmağına izn verə bilməzdi.

Sevməkdən qorxduğu arvadı!

"Hahaha. Sənin arvadınam?" deyən Hüzur alayla güldü. Göz yaşları da durmaq bilmirdi. Hıçqırıları arasında qəhqəhəsi boğuq və kəsik kəsik çıxmışdı. Elə yanırdı ki canı, o anda sevdiyi adamın da canının yanmasını istədi amma tez vaz keçdi. Onun canı yanmasın! "Bunu nə vaxt hiss etdirdin ki mənə? Əlinin Hüzuruymuş! Nə hüzurdan danışırsan sən?" dedi və səsi tamamən qısıldı. Boğazının yandığını hiss edirdi. Qıcıqlanmışdı hıçqırıqlardan, arada səs yüksəltmələrdən. "Eləmə! Hüzur!" dedi arvadının özünə gəlməsi üçün gözlərinin içinə baxdı. Onun belə özünü itirməsi canını yandırırdı. Arvadının hələ də hıçqırıqlarının, gözyaşlarının arasından ona baxmamasıyla təkrardan adını səsləndi.

"Hüzur!"

Yenə səs yox idi. Yenə baxışlarına qarşılıq vermirdi. Təkrardan adını səslədi. Onu ismini tələffüz etmək belə başqa bir duyğu idi.

"Hüzur!"

Hüzur adının birdən çox səslənilməsi ilə əlini cəld çəkib Əlini sinəsindən itələməyə başladı.

"Nə Hüzur e nə?"

"Məni sevməkdən vaz keçmə!" dedi və onu itələyən əlini tutub onu sinəsinə sıxdı. Əliylə saçlarını düzəltdi. Tərləmişdi arvadı. Saçlarının dibi nəm idi və oralara toxunmaqdan çəkinmədi. Qulağına fısıldadığı "Məni həmişə sev." cümləsi ilə saçlarını oxşayaraq düzəltməyə başladı. Düzəltmə işi bitsə də oxşamağı dayandırmadı. Bir ananın övladını şəfqət və sevgiylə oxşaması kimi oxşadı arvadının saçlarını. Arada saçları arasına qondurduğu öpücüklərin arasında da "Mən həmişə sənin pişnamazın olum," dedi. Ardıyca da başqa şeylər fısıldadı.

"Sadəcə qorxdum!"

Sevməkdən qorxulmaz ki...

"Sən mənim arvadımsan!"

Sən mənim sevdiyim adamsan...

"Biz olmağa alışmağa çalışıram!"

Mən səni gördüyüm ilk andan bizli xəyallar qurmağa başlamışdım...

"Məni sevməkdən vaz keçmə!"

Necə vaz keçə bilərəm ki səni bu qədər çox sevərkən. Sənə duyduğum sevgi ümidim ikən necə vaz keçə bilərəm? Əsla...

"Üzr istəyirəm verdiyim bütün əzablar üçün!"

Təşəkkür edirəm...

"Qoy açdığım yaraları mən sarayım!"

Necə edəcəksən ki məni sevməkdən bu qədər qorxarkən...

"Səni-"

Hə, məni? Hüzura sevdiyi adamın saçlarını oxşayaraq mırıldanmaları laylay kimi gəlmişdi. Yavaş yavaş sakitləşirdi. Sevdiyi adamın söylədikləri sakitləşdirici etkisində idi. Onun söylədiklərinə səssizcə, öz içindən cavablar verdi. Daha çox danışmayacaqdı. Taqəti qalmamış, yorulmuşdu. Həm bu gecə artıqlamasıyla danışmışdı. Artıq susmaq vaxtı idi. Artıq sevdiyi adamın sinəsində yuxuya getmək zamanı idi. Son söylədiyi cümlənin davamını eşidə bilmədən göz qapaqları qapanaraq yuxuya təslim etdi yorğun bədənini. Dodaqlarından çıxan son sözlər mırıltı halında çıxmışdı.

"Məni üzmə."

Əli içindən keçənləri söylədikdən sonra susdu. Söyləyəcəkləri bitməmiş olsa da arvadının dərin nəfəslər alması ilə susmağa məcbur qaldı. Yormuşdu arvadını. Çox üzmüşdü. İndidən sonra da verdiyi acıları unutdurma zamanı idi. Söz verdi özünə. Arvadını xoşbəxt edəcəkdi. Acılarını unutdura bilmək üçün. Arvadının ona duyduğu sevgini itirməmək üçün xoşbəxt edəcəkdi. Arvadının yatmazdan əvvəl son söylədikləri ilə səssizcə mırıldandı.

"Çalışacam."

Əlini tumbaya uzatdı və alarmı qurdu. Bir neçə saat sonra imsaqa qalxacaqdılar. Sinəsində yatan arvadı imsaqda atasını gördüyündə çox sevinəcəkdi. Ən azından arvadını xoşbəxt edə bilmək üçün ilk addımını atırdı. Yastığı düzəltdi və yerini düzəldib uzandı. Sinəsində yatan arvadını bir milim belə özündən uzaqlaşdırmadan gözlərini yumdu.

Yorğun idi eynən arvadı kimi!

❣❣

Bu nə mahnı səsi idi. Nə zamandır çalırdı və Hüzur bilirdi ki, bu öz telefonu deyildi. Həm gecənin bir yarısı kim ərinə zəng vururdu? Niyə zəng vururdu? Yuxusunda qaşlarını çatdı amma gözlərini açmadı. Oyandığını bildirmək istəmədi. Əsəbləşdi. Özünü sıxarkən ərinin qolunu da sıxdığını anlamamışdı. Gözlədi ərinin telefonu açmağını və çox keçmədən ərinin tərpənməsi ilə özünü daha da sıxdı.

Əli telefonun çalmasını çox cılız bir səslə eşidir, amma gözlərini aralaya bilmirdi. Heç vaxt obaşdanlığa asanlıqla qalxan biri olmamışdı. Tərpəndi və qolundakı sıxılma ilə başını yavaşca əyərək arvadına baxdı. Onun oyanmış olduğunu anladı. Həm qapalı gözlərindən kirpiklərinin oynaşmasından, qolunu sıxan barmaqlardan. Yavaşca gülümsədi və telefonu tumbanın üstündən aldı. Hər Ramazan olduğu kimi zəng vuran bəlli idi.

"Eşidirəm sultanım," deyərək açdı telefonu və qolundakı sıxılma daha da artdı. "Sayəndə oyandım da." deyərkən sinəsində özünü yatmış kimi aparan arvadında idi baxışlarını. "Yox, arvad yatıb hələ oyanmayıb." deyəndə qolu elə bir sıxıldı ki ah deməmək üçün güclə tutdu özünü. "Nəysə, başqası zəng vurur, söndürürəm." dedi və söndürəndən sonra digər zəngi cavabladı.

"Eşidirəm."

"Neyləyirsən aşqım?" deyərkən Hüseynin səsi alay dolu idi.

"Bu sevinc haradan gəlir gecə gecə?" dedi Əli və başını əyib arvadının alnından öpüb gözlərini açışını izlədi.

"Səsini eşidəndə kefim yerinə gəlir. Dedim zəng eləyib oyandırım hər Ramazan elədiyim kimi." Hüseynin səsi olduqca sevincli gəlirdi. Ramazanın gözəlliyi öz duyğularına yansımış və kefini yerinə gətirmişdi. Və bu səfərdə hər Ramazanda olduğu kimi dostuna zəng vurub onu oyatdı. Çünki dostu gecələr oyanmaqda çətinlik çəkirdi.

"Nəysə söndür boşboğazlıq eləmə."

"Qəlbimi qırırsan amma!"

"Qırdığın qızların qəlbinə say!"

"Oo ağır oldu bu!"

"Diqqət elə altında əzilmə!"

"Məni də düşünərmiş."

"Söndür ala söndür. Səidə sultana da salam de. Axşam iftarda görüşərik."

Əli söndürdükdən sonra tumbanın üstünə qoydu telefonu və ona baxan arvadına baxdı. Ondan cavab gözlədiyi bəlli idi.

"Birinci yığan anam idi yəni sıxmağına gərək yox idi. Amma sıxmağın da yaxşı oldu. Məni qısqandığını anladım." deyə gülümsəyib göz qırpdı.

Hüzur ərinin söylədikləri ilə qızardı və bir neçə sat içində bu qədər fərqli hissi necə yaşadıqlarını anlamadı. Sevdiyi adama ilk öncə qırıldı, sonra əsəbləşdi və sonra da şəfqət və sevgi. Bax bunlar, iki ən önəmli duyğu.

"Axırıncı danışdığım da Hüseyn idi. Mən gecələri oyanmaqda çətinlik çəkdiyim üçün hər Ramazan zəng vurub oyandırır məni." dedi və hələ də onla danışmayan arvadına baxdı. Yatağın içində bağdaş quraraq arvadına baxdı. Onun da yatağın üstündə dizlərini qıraraq baldırlarının üstündə oturduğunu gördü.

"Danışmayacaqsan mənimlə? Atana söylə-" demişdi ki arvadı tərəfindən susduruldu. Hüzur ərinin tezdən orada atasına dediklərindən danışacağınl anladığı sırada əlini qaldırıb onu susdurdu. Daha artıq bir şey eşitmək istəmirdi.

"Mənim haqqımda nə düşündüyünü, atama dediklərini tezdən eşitmək istəmirəm." deyərkən baxışlarını sevdiyi adamdan qaçırtdı və başını sinəsinə doğru əydi. Baxa bilməzdi o isti şokoladı anımsadan qəhvəliklərə. Baxıb da gücsüz düşmək istəmirdi.

Əli arvadından eşitdikləri ilə əslində heç bir yol qət etmədiklərini anladı. O qədər söylədiyi şeyə rəğmən arvadı hələ də dünən axşamki şeyləri xatırlayır və onlara inanırdı. Bu əsəblərini tarıma çəkincə arvadını cəld özünə çəkib ağzını əliylə qapatdı. Ona böyütdüyü gözlərlə baxan arvadına dik bir şəkildə baxıb üzünü üzünə daha da yaxınlaşdırdı.

"Bir də sözümü kəsmə Hüzur! Birincisi axşam atana dediklərim atanın dediyi və ima etdiyi şeyə əsəbləşdiyim üçün bir anda ağzımdan çıxan sözlər idi. O söylədiklərimə etibar etmə. İkincisi sənə söylədiklərim tamamilə gerçək hislərim idi. Səni öpməyim mənə söyləyəcəyin cümləni tamamlamamağın üçün idi amma etkiləndim. Və son olaraq da sən mənim arvadımsan. Bir birimizi qırsaq da, üzsək də bizik artıq. Sən, mən deyilik." dedi və əlini arvadının ağzından çəkdi. Hələ də təəccüblə baxmasıyla geri çəkildi və yataqdan qalxdı.

Hüzur eşitdiklərinə sevinsəmi üzülsəmi bilmədi. İçdənliklə söylədiyi bəlli idi amma... Amması yorurdu onu. Daha çox düşünmək istəmədi və hər şeyi olacağına buraxdı. Bu düşüncə ilə özü də yataqdan qalxdı. Bugün Ramazanın ilk gecəsi idi və içində tərifi olmayan bir hüzur var idi bu yaşadıqlarının xaricində. Bu elə bir hüzur idi ki, namaz qılarkən, Qurani-Kərim oxuyarkənki hüzurdan bambaşqa idi. Hər yerinə gətirdiyi ibadətdə başqa bir hüzura ev sahibliyi edirdi qəlbi. Üzünə kiçik də olsa təbəssüm edərək ərinin yanından keçdi və tam qapını açacaqdı ki əngəlləndi. Başını yana çevirib ərinə baxdı və niyə əngəlləndiyinin cavabını gözlədi.

"Başını örtüb ətək geyinsən olmaz?"

"Niyə? Sadəcə ikimiz varıq."

"Atan da bu gecə qonağımızdı. Bu halda çıxma." dedi və arvadının əlini qapı qulpundan çəkib özünə döndürdü. Saçlarını əliylə geriyə doğru daradı və əyilərək arvadının gözlərinin içinə baxdı. Dodaqlarını araladı və baxışlarını qaçırtmadan,
"Məndən başqa heç kəs görməsin bu saçları." deyərək yanağından öpdü və qapını açaraq otaqdan çıxıb qapını bağladı. Üzündəki gülümsəmə ilə qonaq otağına girərkən arvadını təəccüblü bir şəkildə buraxdığını bilirdi və bundan inanılmaz bir kef alırdı hər səfərində.

Həyatdan həzz almasına səbəb olan insan idi Hüzur!...

Bölüm sonu...

Yazar: Məryəmскачать dle 11.3
Hekayənin bütün bölümləri: "Hüzurum"
Mənbə: Qadınlar.Co
Загрузка...
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!