Hüzurum (33-cü bölüm FİNAL)

Hüzurum (33-cü bölüm FİNAL)
Hüzur balaca qızının böyük qışqırıqları ilə gözlərini açdı. Yerindən qalxacaqkən Əli onun yerinə qalxmış və Hüzuru durdurmuşdu.

"Sən neçə gündür çox yuxusuz qalmısan onsuz da. Mən baxaram. Sən yat." Hüzur ərinə minnətdarlıqla gülümsəyərək tezdən uzandı yerinə. Əlinin Dəryaya ən yaxşı şəkildə baxacağını bildiyi üçün içi rahat idi. Hə, adını Dərya qoymuşdular balaca qızlarının. Qırxı çıxmışdı artıq. Hüzur uzun zamandır yuxusuz qaldığı üçün fürsətini tapmışkən tez gözlərini yumdu. Tam gözəl bir yuxuya keçiş edəcəkkən Dəryanın özündən böyük qışqırığı ilə gözlərini açdı.

"Acıyıb. Bunun üçün eləyə biləcəyim bir şey yoxdu. Mən onu doyuzdura bilmirəm." Əlinin bu üzgün sözləri ilə gülərək gül qoxulu bəbəsini qucağına aldı. Hələ çox balaca olduğu üçün sadəcə ana südü içirdi. Və balaca xanım üçün də yemək saatı deyə bir şey yox idi. Acıyan kimi həngaməni qopardırdı. Hüzur düşüncələri ilə gülərək qızı qucağında daha rahat bir şəkildə oturdu və qoxusunu dərincə içinə çəkərək alnından öpdü. Qoxusunu almış kimi tez əllərini anasının üstünə sarmağa başladı. Hüzur qızının bu hallarına daha çox gülərkən, sinəsini açıb balaca ağzına apardı. Tez tez əmməyə başladığında əlləri ilə qızının incəcik saçlarını oxşamağa başladı. Onun möcüzəsi idi. Eşqinin möcüzəsi idi.

"İfritənin kefi yerindədi vAllah. Düzü elə məndə o vəziyyətdə olanda kefim yerinə gəlir." Əlinin arsızca dediklərinə qaşlarını çatmışdı Hüzur. Tərbiyəsizliyini ələ almışdı yaxşıca. Nə zaman, nə də məkan, heç bir önəmi yox idi onun üçün.

"Belə danışmaqdan əl çək artıq." Əli arvadının sərt sözlərini heç vecinə almadan davam etdi.

"vAllah mən eləyəndə sənin də kefin yerində olur. Dərya eləyəndə eləcə durursan sadəcə." Hüzurun yanaqları sürətlə qızararkən çiyninə yumruq vurdu. Boşuna məntiqsiz deyilmirdi ona. Arsız bir məntiqsiz idi.
"Sən belə danışmağa davam eləsən kef deyə bir şey qalmayacaq sənin üçün." Əli arvadının bu dediklərinə kiçik bir qəhqəhə atdığında, Hüzurun utancı get gedə artırdı. Gecənin bir yarısı danışdıqları bu söhbətə bax da. Dərya xanım atasını cəsarətləndirirdi rəsmən.

"Sənə toxunsam özündən keçirsən. Ona görə də kef almaq məsələsi çox da çətin deyil həyatım." Utanc qızarıqlığının yanına əsəb qızarıqlığı da əlavə olunca, Əlinin gözlərinə sərtcə baxmaqdan başqa bir şey eləməmişdi Hüzur. Əli isə gülməyinə davam eləyirdi. Dəryanın əmməsinin bitdiyini anlayınca yavaşca başını çəkərək cəld üstünü qapatdı. Bu gecə səhərə qədər yuxusuz qalsın görsün gününü Əli müəllim.

"İki üç saat acımaz day. Qazını çıxarandan sonra altını da dəyişdirərsən. Sonra da yatızdırarsan. Mənim biraz yatmağa ehtiyacım var." bunları deyib ərinin çaşqınlığına heç aldırmadan Dəryanı yavaşca qucağına verib yerinə uzandı. Biraz belə şeylərə də baş aparsın ki, ağlı o məsələlərdən uzaqlaşa bilsin.

"Hüzur-"

"Allah işini avand eləsin. Gecən xeyrə qalsın." deyəndən sonra gözlərini bərk bərk yumdu.

"Neyləyək şahzadəm? Bu yaraşıqlı atana bu gecəlik qatlanmalısan." Əlinin səsindəki melodiya o qədər gülməli idi ki, Hüzur özünü gülməmək üçün güclə saxlayırdı. Qızına baxmağa çox könüllü idi. Hüzurla birlikdə hər şeyi eləmişdi zatən. İlk dəfə tək başına edəcəkdi. Nəticədə hər şey ola bilərdi həyatda. Tək başına bunları da eləməli idi.

"Gəl səninlə ata qız danışaq şahzadəm. Anandan necə intiqam ala bilərik onu düşünək." Dəryadan etiraz edirmiş kimi bir mırıltı çıxdığında gülümsəməsinə əngəl ola bilmədi Hüzur. Qızı hələ indidən anasının yanında olduğunu bəlli edirdi.
"Ay səni balaca ifritə. İndidən anaçı çıxdın deməli. Eybi yox, böyüyəndə şokolad istəyəcəksən məndən. Onda görəcəyik." Əlinin ciddi ciddi deyinmələri ilə daha çox gülərək hüzurla gözlərini yumdu. Qızı əmin əllərdə idi. Hətta həyatında ola biləcəyi ən güvənli yerdə idi. Ona görə Hüzur da gözəl bir yuxuya təslim etdi özünü.

~~~~~~~~4 İL SONRA ~~~~~~~~

Hüzur sonunda bütün işlərini bitirib gözəlcə istirahət edə bilərdi. Bugün Əli evdə olduğu üçün Dəryaya o baxırdı. Hüzur da biraz da olsa rahat otura biləcəkdi. Divana oturmuş, sonunda kitab oxumaq üçün azca da olsa vaxt tapdığı üçün sevinərkən Dərya ona inad edər kimi əsəblə yanına gəldi.

"Ana atam məni əsəbləsdiyiy e." Dörd yaşında olsa belə bu böyük hallarına güldü Hüzur. Hələ o çoxbilmiş rəftarı... Atasının kopyası idi sanki.

"Nə əsəbləşdirib mənim gözəlimi?" qaşları daha çox çatılarkən anasının qucağına çıxıb, üzünü əllərinin arasına aldı. Belə danışmağı bir ayrı sevirdi balaca xanım.

"Saqqallayıynan öpüy məni. Öpmə deyiyəm yenə öpüy." Hüzur qızının bu hər zamanki danışığı ilə özünü tuta bilmədi və o da qızının üzünü əllərinin arasına alaraq öpməyə başladı. Ürəyi gedirdi bu danışığı üçün. Hətta bu danışığını eşitmək üçün bütün günü onu danışdırmağa çalışırdı. Ki heç Hüzurun bir şey etməsinə gərək qalmadan balaca xanım çox gözəl danışırdı. Hətta heç susmurdu. Anasının onu öpməsinə gülməyə başlamışkən Əli də yanlarına gəlmişdi.

"İfritəyə bax. Məni öpməyə qoymur, gəlir anasına öpdürür. Mənə də öpdürməsən bir də şokolad zad almaram sənin üçün ha." Əlinin susması ilə Dərya balaca əllərini ağzına qoyaraq təəccüblə baxmağa başladı. Hüzur yenə nə gəldi ağlına deyə düşünərkən danışmasını maraqla gözlədi. Olduqca ağıllı bir uşaq idi Dərya, hər an hər şeyi düşünə bilərdi yəni. Əlini ağzından yavaşca aralayarkən o şirin dili ilə danışmağa başladı.

"Ana atam çox pis bişey elədi." Hüzur qızının bu ciddi rəftarı ilə bir Əliyə bir qızına baxmağa başladı. Allah bilir yenə nə eləmişdi Əli.
"Neylədi ki?" deyə soruşarkən, Dərya əllərini yenə anasının üzünə qoyaraq böyük bir sir verirmiş kimi qabağa əyildi.

"Mənə yüşvət təçlif elədi. Sən demədin yüşvət çox pis bişeydi? Atam da çox pis bişey elədi." Dəryanın dediklərini qavradıqları an Əli də Hüzur da qəhqəhə atmağa başlamışdılar. Bu uşaq bir gün güldürməkdən öldürəcəkdi onları. Haradan gəlirdi ağlına belə şeylər? Əli və Hüzur gülməyə davam edərkən Dərya ata və anasının bu halına əsəbləşib təpinərək anasının qucağından düşdü. Sonra da əlini belinə qoyaraq çatıq qaşlarla danışmağa başladı.

"Küsdüm mən sizə. Day öpdüymücəm özümü." Əli yüksək pərdədən bir qəhqəhə ataraq cəld Dəryanı qucağına aldı və divana uzadaraq qıdıqlamağa başladı.

"İfritəyə bax sən. Öpdürməyəcəkmiş özünü. Öpdürməsən mən də belə saqqallarımı sürtərəm sənə." dedikdən sonra qızının göbəyini açaraq saqqallarını sürtməyə başladı. Dərya bir yandan gülərkən, bir yandan da atasını itələməyə çalışırdı. Amma o balaca əllərlə bacarmırdı təbii ki. Yüksək qəhqəhələri evi basarkən, başqa bir qışqırıq da digər otaqdan yüksəldi. Hüzur Zamanın qışqırığını eşidən kimi cəld onun yanına getmişdi. Balaca canavar beşiyindən qalxmış, anasının onu qucağına alması üçün əllərini uzadaraq ağlayırdı. Daha çox ağlamaması üçün Hüzur onu tez qucağına alıb sakitləşdirməyə çalışdı. Balaca qollarını anasına sarıdığında ağlaması kəsilmişdi. Dəryaya baxanda daha mızmız idi amma anasının qucağına gələn kimi susurdu. Əynini yoxlayandan sonra tezdən salona gəldi. Salona girdiyində Dərya qışqıraraq anasının ayağına yapışdı. Zaman də maraqla anasının boynundakı əllərinini açmış, bacısına baxırdı.
"Ana noyay məni atamdan quytay." Dərya hər nə qədər 'qurtar' desə də üzündəki gülümsəmədən oyun oynadıqlarını anlamışdı Hüzur. Əli də onun dalıyca qəribə qəribə səslər çıxardaraq qaçmağa başladığında Dərya anasının ətrafında dönməyə başlamışdı. Zaman isə atasının və bacısının bu hallarına gülərək əl çırpmağa çalışırdı. Əli də ətrafında dönməyə başladığında Hüzurun başı fırlanmağa başlamışdı. Heç cür rahat durmurdular.
"Bir rahat dayanın da. Başım fırlandı ee." deyə qışqırınca Hüzur hamsı birdən durmuşdu. Zaman belə gülməyi kəsmiş, anasına baxırdı. Hüzur divana gedərkən danışmağa davam etdi.

"Sən də Dəryadan əl çək Əli. Gəl qızım, gəl sən mənim yanımda dur." Dərya qaçaraq gəlib əlini anasının belinə doladı.

"Anam" deyincə Əli əsəblə qaşlarını çatmışdı. Əsəb olurdu Dərya belə eləyəndə. O qız uşağı idi, anaçı deyil, ataçı olmalı idi.

"İkiniz də xainsiz. Day istəməyəcəm sizi. Gəl bura atasının aslanı. Sən gəl atana." deyib əllərini uzadan kimi Zaman balaca qollarını açaraq özünü atasının qucağına atmışdı. Əli bütün sevgisi ilə oğlunu oynadarkən Hüzur illərin bir qram belə əksildə bilmədiyi, hətta hər gün biraz daha artdığı sevgi ilə başını ərinin sinəsinə qoydu. Əli arvadının sinəsinə yatması ilə dodaqlarını arvadının saçlarına basdırdı.

"Əli..."

"Aycan."

"Üçümüzün də sənə aşiq olduğumuzu bilirsən də...?"

"Bəs sən mənim üzünüzə də aşiq olduğumu bilirsən?"

"Bilmək nədi, bunu hər saniyə hiss etdirirsən bizə."
Əli cavab verə bilmədən qapı döyüldü. "Eh gül kimi romantik romantik danışırdıq. Eybi yox, gecə davam eləyərik." deyib göz qırpdı arvadına. Hüzur ərinin heç dəyişməyəcəyini bir daha öz özünə deyib, ayağa qalxdı. Ərinin bu dediyini saymayaraq danışdı.

"Bayaq Nuranə ilə danışırdım dedim durun gəlin bizə."

"Hə yaxşı eləmisən."

Hüzur cəld addımlarla qapıya gedib açdı. Nuranə, Hüseyn və balaca olduğu qədər dəcəl Ceyhunu qarşısında görüb sevinclə gülümsədi. İki rəfiqə qucaqlaşdılar. Hüseyn də salamlaşıb hal əhval tutarkən Əli qızı da, oğlu da qucağında yanlarına gəldi. Hüseyn onun bu halını hər zamankı kimi ələ salıb içəri keçdi. Əsl həngamə isə yeni başlayırdı. Üç dəcəl birləşib evi dağıtmağa başlamışdı belə. Hüzur çay süzmək üçün mətbəxə gedərkən Nuranə də kömək etmək bəhanəsi ilə Hüzurun dalıyca mətbəxə girdi.

"Nolub Nuranə sənə, qəribəsən nəsə." deyə nigaranlıqla soruşdu Hüzur. Rəfiqəsində nə isə bir qəribəlik olduğunu görən kimi sezmişdi.

Nuranə isə qısıq səslə danışmağa başladı. Sanki rəfiqəsinin bunu soruşmağını gözləyirmiş kimi. "Ay Hüzur. Mən yenə hamiləyəm."

Hüzur bu eşitdiyi ilə sevinclə rəfiqəsinin boynuna sarıldı. Geri çəkilərkən rəfiqəsinin üzünə baxdı. "Təbrik eləyirəm quzum. Sağ salamat qucağına alasan İnş Allah. Hüseyn nə dedi eşidəndə? Əli ikincidə də birinci imiş kimi sevinmişdi."

"Hüseynin xəbəri yoxdu hələ. Necə deyəcəyimi bilmirəm düzü. Amma bu gün nə olursa olsun deyəcəm."
Hüzur rəfiqəsinin bu dediyi ilə ağlına Əliyə hamilə olduğunu dediyi gün gəldi. Hamilə olduğunu öyrəndiyində bunu Əliyə necə deyəcəyini düşünmüşdü bütün gün. Əli işdən evə gəlib yemək yemiş, Hüzur heç cür hazır hiss etməmişdi özünü bunu deməyə. Sonra da Əli heç danışmağına fürsət vermədən otaqlarına aparmışdı Hüzuru... Hüzur səhər şiddətli bir ürək bulanma ilə açmışdı gözlərini. Yerindən qalxmaq istəsə də Əlinin güclü qolları buna imkan vermirdi. Güc bəla ilə ərinin qollarının arasından çıxıb , Əlinin tişörtünü yerdən alıb əyninə keçirdi, otaqdan çıxıb hamama qaçdı. Qapını da kilidləmişdi. Əli də arvadının belə qaçaraq otaqdan çıxması ilə tez yerindən qalxıb hamamın qapısına gəlmişdi. Neçə gün idi ki, Hüzurun durmadan ürəyi bulanır, hər yediyini kusurdu. İndi heç bir şey yemədən kusması da nədi belə, deyə düşünərkən ağlına gələn şeylə gülümsədi. 'Nə olar hamiləlikdən olsun bu ürək bulanmaları' deyə düşünərkən Hüzur əl üzünü yuyub hamamdan çıxmışdı. Əli arvadının solğun üzünü əllərinin arasına almışdı.
"Nə olub sənə gözəlim? Yaxşısan?" dedi səsinə də, üzünə də yansıyan əndişə ilə.
"Əli... Imm mən... Sən... Bizim möcüzəmizi istəyirdin ee..."
Əli həyəcanla "Hə..." dedi. Bu sözləri eşidən kimi ərinin gözlərinin necə parıldadığına şahid olmuşdu Hüzur.
"İstədiyin oldu... Mən... Hamiləyəm." dediyində Əli əlləri arvadının yanaqlarında, gözləri kəlləsinə çıxmış bir şəkildə dəqiqələrlə durmuşdu. Bu həyatının ən gözəl müjdəsi idi. Hüzur isə ərinin bu reaksiyasız halına əndişələnməyə başlamış, gözləri dolmuşdu ki, Əli onu qucağına alıb bir iki tur fırlatmışdı. Hüzurun ayaqları yerə dəydiyində hələ özünə gəlməmişkən bir də sulu sulu öpüşlərə qərq etmişdi əri onu...

Bu anı ilə gülümsəyərkən, çayları süzmüş və rəfiqəsi ilə bərabər salona keçmişdilər. Saatlar çox tez keçmiş, artıq saatın 11-ə işlədiyini görən Hüseyn və Nuranə getmək üçün ayağa qalmışdılar. Hüzur və Əli, ən çox da Dərya ilə Zaman qalmaqları üçün israr etsə də onlar qəbul etməmişdilər, sağollaşıb getmişdilər.
Sonra Hüzur uşaqları yatızdırıb salonu yığışdırandan sonra yataq otaqlarına gedib ərinin yanına uzandı. Əli arvadını qollarının arasına alıb altına aldı.
"Harda qaldın iki saatdı səni gözləyirəm!" demişdi arvadının boynuna öpüşlərini buraxarkən. Hüzur isə heç cür alışa bilməmişdi ərinin toxunuşlarına, hər dəfəsində dəli kimi həyəcanlanırdı.
"Əli..."
"Can..."
"Səni çox sevirəm..."
"Mən də səni ürəyim. Canımdan da çox, hər kəsdən də çox... Sən mənim həyatdakı ən dəyərli varlığımsan... Hüzur, artıq 6 ilə yaxındı ki evliyik amma sənə hər toxunduğumda ilk gecəmizdəki kimi həyəcanlanıram. Sən də hələ də ilk gecəmizdəki kimi utanırsan səhərlər duranda, üzümə baxa bilmirsən..." deyib gülmüşdü Əli arvadının gözlərinin içinə baxaraq. Arvadının da utancaq gülümsəməsi ilə qarşılaşmışdı.

"Məni sevməkdən heç vaxt vaz keçmə Əli..."

"İllər belə əksildə bilmədi sevgimizi. Hər keçən gün biraz daha aşiq etdin məni özünə. Necə vaz keçə bilərəm ki? Səninlə nəfəs alıram e mən. Nəfəs almağı kəsdiyim gün, səni sevməkdən vaz keçdiyim gün ancaq öldüyüm gün ola bilər."

Hüzur ərinin bu söylədikləri ilə nəfəsi kəsilərkən sadəcə gülümsəmişdi.

"Sən mənə iki möcüzə vermisən. Amma üçüncünü də istəyirəm mən."

Hüzur ərinin bu dediyinə gözlərini devirib başqa tərəfə baxdı. Bu adam heç ağıllanmayacaqdı...

Yazar: Məryəmскачать dle 11.3
Hekayənin bütün bölümləri: "Hüzurum"
Mənbə: Qadınlar.Co
Загрузка...
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!