Bir arzu tut (13-cü bölüm)

Bir arzu tut (13-cü bölüm)
- Bəs sağalmayan yaralar?

- Sağalmayan? Sən nəyi nəzərdə tutursan?

Castin başını tərpətmədən sağa sola gəzdirdiyi gözlərini nəhayət sağ tərəfdə saxlayaraq "çapıq izi?" dedi üzünü turşudaraq

- Bunun üçün, əyri ayaqlarını çöldə qoyan katibələrinin xatırlatması ilə əməliyyata girib işi həll edən şəhər həkimləriniz var.

Castin dodaqucu güldü.

- Yaxşı bəs digər yaralar? Birini itirmək? Vicdan əzabı ?

- Bunların dərmanı öz əlindədir - Nənə dayandı, üzünü Castinə tərəf döndərib baş barmağını onun gicgahı üzərinə gətirdi - bax burada!

- Necə yəni?

- Əgər ölüm səni sevdiyin birindən ayıra biləcək qədər güclüdürsə bu sənin sevginin zəifliyindən irəli gəlir. Bu dünyadaki heçnə səni dəyər verdiyin bir şeydən ayıra bilməz, hətta ölüm belə..

- A..axı

- Tanrının bizə bəxş etdiyi sonsuzluq görə bildiyimiz hər yerdədir..Ən böyük sonsuzluq isə - nənə bayaqki hərəkətini təkrarlayaraq Castinin gicgahına toxundu - buradadır.. Sonsuz fikirlər, növbənöv hisslər, sevgi, nifrət, ağıl, oxuduğun kitablar, izlədiyin fikmlər, xəyal gücü, ölüm, yaşam, hər şey.. və ən önəmlisi.. ( xanım Ameliya barmağını irəli uzadaraq nəyisə işarə edirmiş kimi tutaraq) Xatirələr.. bu elə bir sehirdir ki, o, ölünü dirildə, dirini isə öldürə bilir..

- Amma bəzi şeylər var ki, geri dönüşü imka..

- Şşş.. ( Xanım Ameliya barmağını dodaqlarına tutdu)

Castin nə olduğunu anlamaq ümidi ilə ətrafa baxındı.

- Eşidirsən? Sirrsiz quşu oxuyur.. Bu deməkdir ki, doğru yoldayıq, bir neçə saniyə sonra Lanna çiçəyi açacaq. Odur bax! Ağacın kölgəliyində! Tələs, bir ovuc yığmalıyıq!

...

- Hə! İndi bunları nə edəcəyik?

xanım Ameliya bir neçə saniyə düşündü

- Saat neçədir?

- 03:58

- Gün doğmazdan əvvəl evə çatmağımız imkansızdır, burada düzəldəcəyik! Ətrafa diqqətlə bax, kiçik bir ocaq qalamaq lazımdır!

- Bu dəqiqə mən həll edərəm! Bəs.. nə ilə yandıracağıq?

- Sən orasını düşünmə. Mən səni bir az irəlidəki açıq düzənlikdə gözləyirəm tələs.



Müəllif: Məsudə Cabbarскачать dle 11.3
Hekayənin bütün bölümləri: "Bir arzu tut"
Mənbə: Qadınlar.Co
Загрузка...
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!