Bir-biri üçün yaradılmış zodiak işarələri hansılardır?

Bir-biri üçün yaradılmış zodiak işarələri hansılardır?
Zodiak işarələrinin sevgi falı: Bürclərin uyğunluğu
Hər kəs onu pazl kimi tamamlayan, sözün əsl mənasında ruh əkizi ola biləcək insanı tapmağı arzulayır. Təəssüf ki, hamı xəyallarında canlandırdığı insanla qarşılaşa bilmir. Lakin astroloqlar bizim işimizi asanlaşdırıb. Onlar hansı bürclərin bir-biri ilə uyğun gəldiyini göstərən cədvəl hazırlayıb.

Qadınlar.Co oxucuları bu yazıda bir-biri üçün yaradılmış zodiak işarələri ilə tanış olacaqsınız.

Qoç + Dolça və ya Əkizlər
Qoç bürcü təbiətən avantüristdir. Qoç bürclərinin onları daim stimullaşdıran, nələrisə dəyişdirməyə kömək edən insanlara ehtiyacı var. Belə cütlüklər uğur qazanmağa məhkumdur!

Buğa + Balıq və ya Xərçəng bürcü
Buğa bürcləri üçün ailə dəyərləri çox əhəmiyyətlidir. Onlar ailəcanlıdır. Bu bürcün qəlbini sonsuz sevgisinə eyni qarşılığı verməklə qazanmaq olar. Bu insanlar möhkəm və xoşbəxt ailə həyatı qurmaq üçün ideal namizəddir.

Əkizlər + Qoç və ya Şir
Əkizlər ağıllı bürcdür, onlar hər yerdə stabillik axtarırlar, eyni zamanda darıxmağı sevmirlər. Əkizlərə onların həyatını daha parlaq, şən və maraqlı edən tərəfdaş lazımdır.

Xərçəng + Buğa ya Qız
Xərçəng üçün bütün həyat sevgi üzərində qurulub. Amma bu insanların etimadını qazanmaq çox asan deyil! Bu bürcün nümayəndələri onları heç vaxt aldatmayan və münasibətləri qoruyub saxlamağa çalışan insanların yanında olacaq.

Şir + Əkizlər və ya Tərəzi
Səxavətli, romantik və çox əcaib bürcdür! Onlar kompliment hərisidir, eləcə də diqqəti hədsiz sevirlər. Şirlə evlilik onların bu cür rəftarına dözən və bunu problemə çevirməyən insanlara xoşbəxtlik gətirəcək.

Qız + Xərçəng və Əqrəb
Qız bürcləri soyuq və emosional insan kimi görünsə də, əslində çox həssasdır. Bu insanlar mübahisələrdən çəkinir və evdə rahatlığı yüksək qiymətləndirir. Hətta səhvə yol versəniz belə, qız bürclərinin qəlbini sevgi və məhəbbətlə qazanmaq olar.

Tərəzi + Şir və Oxatan
Tərəzi bürcləri onların gözləntilərinə cavab verən çox güclü tərəf müqabili axtarır. Onlar öz məqsədlərinə doğru inadla gedir və bu yolda onlara heç kim mane ola bilməz. Tərəzi bürcü ilə evli və ya sevgili olmaq münasibətlər üzərində daim çalışmaq deməkdir!

Əqrəb + Qız və ya Oğlaq
Həssas, ehtiraslı və ağıllı zodiak işarəsidir. Əqrəb ilə münasibətlərdə əsas məsələ onu olduğu kimi qəbul etməyi bacarmaqdır. Onu da unutmaq lazım deyil ki, bu, çox emosional, zəif şəxsiyyət özünə qarşı ehtiyatlı və qayğıkeş münasibət tələb edir.

Oxatan + Dolça və ya Tərəzi
Oxatan üçün ən yaxşı hədiyyə sevgi və sədaqətdir! Onunla həmişə maraqlıdır və o, heç vaxt qarşı tərəfin enerjisini çəkmir, əksinə daha çox verir. Oxatan bunun qiymətləndirilməsini istəyir.

Oğlaq + Əqrəb və Balıq
Oğlaq bürcü səhv etmək istəmir. Onlar gözəllik və incəliyi özündə heyrətamiz harmoniya ilə birləşdirir. Oğlaq ilə ailə qurmaq o deməkdir ki, onlar sizi heç vaxt və heç bir halda darda qoymayacaq!

Dolça + Oxatan və ya Qoç
Dolça bürcü heç bir məhdudiyyətə dözmür və istəyir ki, onun yanında yeniliklərə hazır olan biri olsun. Ümumiyyətlə, bu şəxsiyyət sevgidə öz xoşbəxtliyini tapmaq üçün istənilən macərada iştirak etməyə hazırdır. Bu bürcləri sevgisini onlara səmimi şəkildə etiraf edən insanlar cəlb edir.

Balıq + Oğlaq + Buğa
Balıq bürcləri onları sevən və başa düşən insanları tapanda dünyanın xoşbəxti olur. Bu insanlara daim sübut etmək lazımdır ki, onlar sənin üçün çox əhəmiyyətlidir. Balıq bürcü ilə xoşbəxt ailə həyatının sirri ümumi maraqların olmasıdır.скачать dle 11.3
Mənbə: Qadınlar.Co
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!