Emosional davranış yalnız zərər verə bilər

Emosional davranış yalnız zərər verə bilər
Qoç emosional davranış yalnız zərər verə bilər. Üstünlüklərinizi hisslərə qurban verməyin. İdeyalarınızı təxirə salmadan reallaşdırın.

Buğa rəğbət bəslədiyiniz, dəyər verdiyiniz insanlarla ünsiyyətdə sərinliyə yol verməyin. Onları diqqətlə dinləyin, nə istədiklərini anlamağa çalışın. Rəqiblər və ya düşmənlərlə münasibətlərdə təmkinli, ağıllı olun.

Əkizlər şəxsi münasibətlərdə təşəbbüskar olun. Özünüzə əmin olmasanız, rəqiblər astagəllik və tərəddünüzdən mütləq yararlanacaqlar. Axşam saatlarını dostlarla keçirin. İstirahət edin, əylənin. Kulinar eksperimentlər uğurlu olacaq.

Xərçəng çətin vəziyyətə düşmüş insana yardım edin. Qayğıkeş, həssas olun. Rəğbət bəslədiyiniz insanla laqeyd davranmayın.

Şir öz işlərinizi yarımçıq qoyaraq başqalarının problemlərinin həllinə çox vaxt ayırmayın. Yaxın ətrafınızdakı insanlar sizdən sürəkli yardım istəsələr də, məntiqli davranmağı unutmayın. Bir qədər eqoizm maneələr yaratmaz.

Qız idmanla məşğul olmaq fikri sizi bədbinləşdirə bilər. Amma irəliləyin, süstlüyə qalib gəlin. Axşam saatlarında gəzinti, açıq havada vaxt keçirmək səhhətiniz üçün xeyirlidir.

Tərəzi nə qədər paradoksal olsa da, praktiki psixologiya ilə bağlı məlumatların əldə edilməsi üçün əlverişli zamandır. Günün ikinci yarısında fiziki işin xeyri var. Saatlar keçdikcə əhvalınız pisləşə bilər.

Əqrəb məcaralara çox aludə olmayın. Aktiv olun. Çoxdan bəri planlaşdırdığınız işi həyata keçirmək üçün enerjili çalışın. Mühüm məsələlərin həllini ertələməyin.

Oxatan
maliyyə duyumu sizi aldatmasın. Pullarınızın qədrini bilin. Axşam saatlarında yeni informasiyalar və biliklər əldə edə bilərsiniz.

Oğlaq emosiyalara uymayın, düşünülməmiş addımlar atmayın. Bir qədər mühafizəkar olun. Eksperimentlər edəndə və ya riskli işə başlayanda təmkinli davranın. Qohumlarla görüş xoş təəssüratlar bəxş edəcək. Ailəvi tədbirlərin təşkilatına yaradıcı yanaşın.

Dolça alış-veriş etmək olar. Ailə məsələləri və şəxsi münasibətlərdəki problemi həll etmək üçün axşam saatları münasibdir. Hisslərinizi araşdırın. Yaxın gələcəklə bağlı planlarınzı və məqsədlərinizi dəqiqləşdirin.

Balıqlar bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Fərdiyyətçi olun, təkbaşına işləməyə çalışın. İmiclə eksperimentlər üçün əlverişli gündür. Yaşamınızda köklü dəyişikliklər ola bilər. Yeniliklərdə fayda var.скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!