2019-cu il bürclərə nələr vəd edir?

2019-cu il bürclərə nələr vəd edir?
Qoç
Əziz Qoç, eşq həyatında sevdiyiniz insanlarla daha çox zaman keçirməlisiniz. Fərdi eşq həyatına gəlincə də bu il eşqdə dəyişiklik edəcəksiniz kimi görünür. 2019 - da çox çalışmanız lazımdır. Yaxşı xəbər budur ki, karieriniz yaxşı olacaq və kafi gəlir əldə edə bilərsiniz. Problemli zaman aralığı Mart - İyul dövrüdür. Bu təsir altında, ideyalar yaratmaq və onları reallaşdırma mövzusunda təzyiq hiss edə bilərsiniz. Hədsiz xərcləmə və spekulyasiyalardan qaçınmanız və ayrıca digər sərmayələr üçün bir az qənaət etməniz lazımdır. Özünüzü və yaradıcılığınızı ifadə etmənin qeyri - ənənəvi yollarına əl atacağınız bir dövrə girirsiniz. Ancaq bəzi vəziyyətlərdə bu metodlar tərs reaksiya doğuracağı üçün diqqətli olun. Günəş və Ay tutulması (6 Yanvar, 2 İyul, 26 Dekabr Günəş və 21 Yanvar, 17 İyul Ay tutulmaları) sizə fərqli şəkillərdə təsir edəcək, buna görə diqqətli olmanız və o günlərdə (Yanvar və İyul tutulmaları) işlərinizi ehtiyatla görməniz daha yaxşı olar. Əgər istirahət edib əylənsəniz, bu il sağlamlığınız möcüzə olacaq.

Buğa
Əziz Buğa, 2019 - da əlaqəniz ciddiləşəcək və rəsmi hala gələcək. İlin ilk yarısında ikinci yarısından daha çox narahat olacaqsınız. Eşq həyatında heç bir şey göründüyü qədər asan ola bilməz. Ənənəvi həyat şərtlərinizi pozma və ani radikal dəyişikliklər etmə meylində olacaqsınız. Pul ortaqlıqlar və kooperasiya yolu ilə gələcək. Maddi qazanclarınız və karieriniz ancaq işinizə özünü həsr etməyə davam etsəniz düzələr. Yeni bir şeylər öyrənməyə çalışmalı və ictimai həyatınızı mümkün olduğunca zənginləşdirməlisiniz. 2019 boyunca tutulmalar (6 Yanvar, 2 İyul, 26 Dekabr Günəş və 21 Yanvar, 17 İyul Ay tutulmaları) sizə əksəriyyətlə romantik rifah və iç tarazlığı gətirəcək. Ancaq, 2019 - un uzun vədəli planlar qurmaq üçün çox da yaxşı bir il olmadığını unutmayın.

Əkizlər
Əziz Əkizlər, daha əvvəl heç olmadığı qədər ictimailəşəcəksiniz. Get gedə daha çox insanla tanış olacaq və məşhur hala gələcəksiniz. Xüsusilə Noyabr ayından sonra eşq həyatınız möhtəşəm olacaq. Karieriniz, çətin bir başlanğıc olmasına baxmayaraq, əhəmiyyətli dəyişikliklər etməniz lazım olan arzunu və marağı yenidən kəşf edəcəyiniz Aprel ayından etibarən dəyişməyə başlayacaq. Bəziləriniz vəzifədə irəli çəkilə bilər və ya karieriniz yeni bir istiqamətə gedə bilər. Özünüzə daha çox inanmağa və özünə güvən və inanca sahib olmağa ehtiyacınız var. 2019 ili işləri həll etmək, daha daxili bir perspektivdən görmək və necə irəliləyəcəyinizə qərar vermək, daha məhsuldar çalışmaq və ünsiyyət qurmaq üçün yaxşı bir zamandır. İlin ilk yarısında tutulmalar (6 Yanvar Günəş və 21 Yanvar Ay tutulmaları) həyatınıza müsbət istiqamətdə təsir edəcək, ancaq ilin ikinci yarısında (2 İyul, 26 Dekabr Günəş və 17 İyul Ay tutulmalarının təsiri ilə) işlər dəyişəcək. Sağlam bir həyat istəyirsinizsə, bir diyetə başlamanız lazımdır.

Xərçəng
Əziz Yengəc, bu il üçüncü və yeddinci evləriniz arasında sevindirici bir əlaqə, özünüz və sevdiyiniz adam arasında ünsiyyət xəttlərinin açıldığını göstərir. Xoşbəxt olmaq üçün həyatınızdan mənfi düşünən insanları çıxarmalısınız. Merkuri 5 Mart 2019 - da ilk dəfə bir retrograd mövqeyə girəcək və 28 Marta qədər mövqeyini qoruyacaq. Bu, karieriniz üçün faydalı olacaq və daha geniş və dəqiq bir dünyagörüşü əldə edəcəksiniz. Gələcəyə dönük inkişaf hədəflərinizin müvəqqəti olaraq arxa plana atılmağı lazım gələ bilər. Romantik bir su bürcü olduğunuz üçün, Ay sizə digər bürclərdən daha çox təsir edir. Yanvar ayındakı tutulmalar (6 Yanvar Günəş və 21 Yanvar Ay tutulmaları) xaricində 2019 boyunca həyatınızda hər şey yaxşı görünür. İyul tutulmaları (2 İyul Günəş və 17 İyul Ay) sizi irəliyə aparacaq, üzərinizdəki təzyiqləri azaldacaq və həyatınızı daha rahat hala gətirəcək. Sağlam bir həyat tərzinizi davam etdirmək üçün şəkər, nişasta əsaslı yeməklərdən uzaq dayanmalı, tərəvəz və balıq yeməklərinə daha çox ağırlıq verməlisiniz.

Şir
Əziz Aslan, 2019 boyunca, diqqətinizi çəkəcək bəzi xüsusi insan(lar)la görüşəcəksiniz. Eşq həyatıyla əlaqədar olaraq 2019 ili mükəmməl olacaq. Yalnız möcüzəli fürsətlərlə deyil, eyni zamanda da böyük çətinliklərlə qarşılaşacaqsınız. Ağıllı və diqqətli planlara ehtiyacınız olacaq. Karier və pul baxımından İyul ayındakı Günəş tutulması (2 İyul), sizə bəzi problemlərlə bərabər ictimai fürsətlər də gətirə bilər. Bunlar, hər hansı bir rəsmi razılaşmağa girərkən diqqətli olunması lazım olan, ünsiyyət və ya nəqliyyatın gecikdiyi və çatışmazlıqların planlarını poza biləcəyi dövrlərdir. Ümumiyyətlə səyahətləri planlamalı və bir çoxunu reallaşdırmalısınız. Ehtiyaclarınıza nəzarət etməyi öyrənib, enerjinizi yalnız nə vaxt və harada olursa olsun hərəkətə keçmək üçün istifadə etməyi ustalıqla öyrənsəniz, arzularınızı həqiqətən istədikləriniz şeylər istiqamətində eyni xəttə gətirə bilər və daha çox fərdi güc qazana bilərsiniz. Sağlamlıq baxımından hələ də ürəyinizə diqqət etməyiniz lazımdır, az yağlı və zülal cəhətdən zəngin yeməklər yeyin.

Qız
Əziz Qız bürcü, 2019 ili boyunca əlaqənizdə çətin zamanlar olacaq: amma ümumiyyətlə hər şey yoluna girəcək. Birinci və üçüncü evləriniz arasındakı gərgin bir əlaqə, ortaqlığın tələbləri ilə karierin tələbləri arasında bir miqdar ziddiyyət ortaya qoyur. Tənqidlərinizi bir kənara buraxmalı və kiçik məsələləri çox şişirtməməlisiniz. Yenə də, ilin ilk yarısında, təhlükəsizlik arzunuz və sabit gəliriniz ilə əyləncə, romantizm, yaradıcılıq və ya zövq ehtiyaclarınız arasında bəzi qarşıdurmalar yaşaya bilərsiniz. İctimai fəaliyyətlərlə məşğul olacaqsınız. Avqust və Sentyabr, sizin üçün güclü zamanlar olacaq. İl boyunca, yeni ünsiyyət kanalları açmalı və danışıqlarınızı karierinizdə müvəffəqiyyətli ola bilməniz üçün ola bildiyincə açıq və səmimi hala gətirməlisiniz. Daha çox pul qazanacaqsınız, ancaq bu pul asanlıqla gəlməyəcək. Hər hansı miqdarda əlavə pul çətin iş yoluyla əldə ediləcək. Həssas həzm sisteminizi qorumaq üçün daha çox tərəvəz ağırlıqlı yeməklərlə qidalanmanız lazımdır.

Tərəzi
Əziz Tərəzi, 2019 boyunca romantik həyatınızdakı hər şey çəhrayı olmayacaq, eniş və çıxış anları da olacaqdır. Yalnız oktyabrdan sonra eşq həyatınız isti olacaq və enerjili olacaqsınız. Ümumiyyətlə, ailəniz üçün, onlara laqeyd yanaşdığınızı düşünməmələri üçün zaman ayırmanız lazımdır. 2019 ili yenə də maliyyə və karier baxımından çətin olacaq. Bu il fövqəladə fikirləriniz və ya planlarınız sizdən daha böyük olacaqdır. Hər vaxt ayıq olmanız, çox çalışmanız və ortaqlarınızı, iş yoldaşlarınızı və dostlarınızı hirsləndirməməyə çalışmanz lazım gələcək. İrəliləmək və davam etmək üçün qorxularınızı problemsiz bir şəkildə həll etməniz lazımdır. Sağlamlıq baxımından 2019 - un ilk yarısı sizə iş sahənizdəki fəaliyyətlərlə əlaqədar yorğunluq, həzm və əsəb problemləri gətirəcək. Ancaq bundan sonra işlər dəyişəcək və mənfi enerjinizi idman problemlərinə istiqamətləndirməyi bacarsanız, bütün problemlər yox olacaq.

Əqrəb
Əziz Əqrəb, 2019 - da romantik anlar yaşayacaqsınız, ancaq bu ildə Eşq həyatınızın ən əhəmiyyətli mövzusu olmayacaq. Eşq 2019 - un ilk yarısında bir az daha əhəmiyyətli olacaq. Merkuri retrogradı başqa Su bürcləriylə birlikdə sizə də çox təsir edəcək. Venera da daha çox maliyyə məsuliyyəti gətirəcək. 2019 - da, hər şeydən çox karier problemləriylə maraqlanacaqsınız. Maliyyə vəziyyətiniz yaxşı olacaq, ancaq mümkün olduğu qədər çox çalışmanız lazımdır. Əgər ətrafınızdakılara kömək etsəniz, yaxında mükafatlandırılacaqsınız və bu sizin üçün daha yaxşı olardı. Hər hansı bir işi parlaq bir sonla bitirib tələsərək, yeni bir dünyaya atıla biləcək bir insan deyilsiniz. Aktiv bir insansınız və 2019 - da çox hərəkət edirsiniz, buna görə həyat tərzinizi davam etdirmək üçün zülal cəhətdən zəngin yeməkləri yeməyə diqqət yetirməniz lazım olacaq.

Oxatan
Əziz Oxatan, 2019 - cu ildə, xüsusilə yay aylarında eşq həyatında ani dəyişikliklər gözləyə bilərsiniz. O zamana qədər vaxtınız olmayacaq, gedəcək çox yeriniz və ziyarət edəcək bir çox adam olacaq. Mart ayından İyul ayının başlarına qədər çətin zamanlardan keçəcəksiniz, buna görə diqqətli olun. Başqaları üzərində fərqli bir ilk təəssürat yaratmaq istəyirsiniz və bunu etmə meylindəsiniz. Başlıca arzunuz fərdi üfqünüzü genişlətmək, ancaq ailə cəbhəsində meydana gələn pozulmalardan qaynaqlanan ailə və ya etibarsızlıqlara bağlı bəzi öhdəçiliklər, bəzən ilin ikinci yarısında, bu arzuya çox vaxt maneə törədir. Daha mütəşəkkil olmağı və həyatınızı asanlaşdırmağı planlamalısınız, beləcə əylənmək və rahatlamaq üçün özünüzə daha çox zaman ayıra bilərsiniz. Romantik olaraq işləriniz yaxşılaşacaq, ancaq 2019 - un sonuna doğru bəzi sağlamlıq problemlərinin ortaya çıxa biləcəyini unutmayın.

Oğlaq
Əziz Oğlaq, 2019, bir əvvəlki ilə görə daha xoşbəxt olacağınız bir il olacaq. Eşq həyatınız yeni bir dövrə girəcək və cütlər arasındakı ünsiyyət artacaq. 2019, daha uzun bir müddət üçün davamlı səy tələb edən çətin və əziyyətli proyektlərə başlamaq üçün yaxşı bir il olacaq. 2019 - da siz öz sərhədləriniz biləcəksiniz ki, bu ironik olaraq uzun vədədə sizə daha çox azadlıq təqdim edəcək! Saturn, çalışqanlığınızı, enerjilərinizi praktik, rahat və mənalı proyektlərə yönəltməyinizi və burada və indi yaşamağınızı istəyir. Maliyyə sahəsində müvəffəqiyyət böyük ehtimalla çox da parlaq olmayacaq, ancaq pulun yavaş yavaş gəlməyinə baxmayaraq ümumiyyətlə sabit olacaq. Maliyyə evlərinizdəki planet keçişləri ənənəvi olaraq maliyyə sahəsində zərərlə əlaqələndirilmişdir, ancaq əslində, mali səviyyədə nə qədər təsirli olduğunuzu araşdırdığınız və irəliləmənizdən qeyri - məmnun olmanızla əlaqədardır. 2019 - cu ildə az yağlı yemək yeməniz, pəhriz saxlamanız, çox yağ ehtiva edən qidalardan uzaq dayanmanız tövsiyə edilər.

Dolça
Əziz Dolça, eşq həyatınız 2019 - cu ildə Apreldən başlayaraq mükəmməl olacaq. Oktyabrdan sonra əlaqələr daha praktik hala gələcək. Karier və pul baxımından, professional problemlərin və çətinliklərin 2019 - da ortadan qalxacağı görülməktədir. Bu müddət ərzində, qazanma gücünüz və dəyər sisteminizin gətirəcəyi faydaları görəcəksiniz. Hələ bəzi problemləriniz, baş qarışıqlıqlarınız və fərdi ziddiyyətləriniz olacaq, ancaq bunları öhdəsindən asanlıqla gələ bilərsiniz. 2019 - un ilk yarısında, evlərində reallaşacaq olan böyük fəaliyyətə qədər, Dolça işdə yeni çətinliklərlə qarşılaşacaq, müdirləri onlardan daha çox çalışmalarını istəyəcək və əlbəttə maddi olaraq bu səylər eyni dərəcədə mükafatlandırılacaq. Uranın iradəsiylə həyatınızı böyük ölçüdə dəyişdirə bilərsiniz, bunun üçün özünüzü doqmatik inanclardan qurtarmanız və təkrar açıq fikirli olmanız lazımdır. Sizin də çox rahatlamanız və daxili dincliyinizi tapmanız lazımdır. Sağlamlıq sahəsində bəzi kiçik problemlər davam edə bilər, ancaq ümumiyyətlə 2019 - da yaxşı vəziyyətdə olacaqsınız.

Balıq
Əziz Balıq, 2019 - da sevgi baxımından təqdis edilmiş bürclərdən biri olacaqsınız. Uzun sürən əlaqəni davam etdirməyi bacarsanız, bu əlaqənin yaz ortasında rəsmiləşməyi mümkündür. Karier baxımından, May qorxuducu ola bilər, çünki Uran işarəsini dəyişdirəcək. Əlavə olaraq Merkuri retrogradının mənfi təsirlərinin karierinizi məhv edə biləcəyini də unutmayın. Balıqlar qərar verərkən çətinliklərlə qarşılaşacaq və öz fikirlərini diktə edə biləcəkləri vəziyyətlərdə boğulacaqlarını hiss edəcəklər. Yaxşı xəbər budur ki, 2019 - da pul heç bir şəkildə problem olmayacaqdır. Xüsusilə Noyabr ayından sonra hər şey möcüzəli olacaq. Bu maaş artımı üçün, kredit almaq üçün müraciət etmək və ya maliyyə təşkilatlarıyla müxtəlif işlərdə iştirak etmək üçün yaxşı bir zamandır. Həqiqətən boş zamanlarınızda idman etməli, ara verməyi öyrənməli və çətinliklərin öhdəsindən gəlməlisiniz. Sağlamlıq baxımından, kilo almaq istəmirsinizsə, ifratdan qaçınmalısınız.скачать dle 11.3
Mənbə: Qadınlar.Co
Загрузка...
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!