Kişilərdə əzələ itkisinin səbəbi

Kişilərdə əzələ itkisinin səbəbi
Əzələlərdə liflərin sayı eyni qalsa da həcmlərində kiçilmə baş verir.

1. Fiziki hərəkətsizlik nəticəsində yaranan atrofiya.
Fiziki hərəkətsizlik qədər, həddən artıq məşq etmək də əzələ atrofiyasına səbəb olur. Bu səbəbdən 45-60 dəqiqədən artıq məşq etmək məsləhət deyil. Əgər siz məşqlərə yeni başlayırsınızsa və əzələləriniz zəifdirsə, həftədə 3 gün məşq etməniz məsləhətdir.

2. Düzgün qidalanmamaq səbəbindən yaranan atrofiya.
Ağır çəkilərlə, intensiv, saatlarla məşq edib lazımi qədər karbohidrat, zülal, yağ, vitamin və minerallar qəbul etməmək əzələ kiçilməsinə səbəb olur.

3. Xəstəliklərlə bağlı yaranan əzələ atrofiyası.
Müxtəlif xəstəliklər səbəbindən dietik qidalanma əzələlərin atrofiyasına səbəb olur.

4. Yaşla bağlı yaranan əzələ atrofiyası.
Məşq etmədikdə tədricən 25-30 yaşdan sonra bədənimiz əzələ itirməyə başlayır. Əzələ itkisi yaşa dolduqca daha da intensivləşir. Bu səbəbdən yaşa dolduqca idmanla məşğul olmaq çox önəmlidir.

5. Hormonla bağlı yaranan əzələ atrofiyası.
Hormonların törətdiyi əzələ itkisi uzun müddət anabolik və androgenik steroidləri istifadə edən idmançılarda müşahidə edilir. Buna səbəb nəticədə hormon sisteminin pozulmasıdır. Uzun müddət testesteron hormonu qəbul edən idmançıların əzələlərində sürətli artım olur və bu hormonun qəbulu kəsildikdə əzələlərdə atrofiya baş verir.скачать dle 11.3
Mənbə: Qadınlar.Co
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!