Qadınlara xəbərdarlıq

Qadınlara xəbərdarlıq
İstanbul Univesitetinin professoru Tahir Örgüt
ayaqların sağlamlığını qorumaq üçün qadınların 4 santimetrdən uzun dikdaban
ayaqqabı geyməmək barədə xəbərdarlıq edib.



Ən çox yayılan ayaq
xəstəlikləri arasında baş barmağın deformasiyası ən birinci problemdir.



Qadınların kişilərə
nisbətən ayaq sağlamlığında daha həssas olduğunu deyən professor qadınlara
xəbərdarlıq edib: "Özünə
baxan, diqqət edən insan ayaq sağlamlığına da həssas yanaşmalıdır. Ayağın
ağrıması kimi problemlərin baş verməsində ən birinci səbəb dikdaban
ayaqqabılardır. Buna görə də dikdaban ayaqqabıların hündürlüyü 4 santimetri
keçməməlidir. Hündürdaban ayaqqabılar onurğa sütununa da mənfi təsir göstərir,
o cümlədən baş barmağın deformasiyasına səbəb olur. Qadın üçün ən ideal
ayaqqabı əslində geyindiyi zaman özünü rahat hiss etdiyi ayaqqabılardır”.скачать dle 11.3
Mənbə: Qadınlar.Co
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!