Qızlar! Oğlanların sizdən bir neçə xahişi var!

Qızlar! Oğlanların sizdən bir neçə xahişi var!
1. Alış-veriş etmək heç zaman əyləncəli olmayıb və olmayacaq da.

2. "Məni sevirsən?” kimi suallar verməyin. Əmin olun ki, sevməsək bir dəqiqə də yanınızda qalmarıq.

3. Bir probelm yarananda bizdən məsələni həll etmək üçün kömək istəyin

4. 8 həftə çəkən baş ağrıları baş ağrısı ola bilməz! Bəlkə bir həkimə dəyəsiniz?

5. Bizdən sizinlə eyni dərəcədə üzülməyi istəməyin. O sizin rəfiqələrinizin işidir.

6. Bir yerə gedəndə, hansı paltarı geysəniz, sizə çox yaraşır. Vallah
da, billah da çox yaraşır. İki dəqiqədə bir soruşmayın "yaraşıııır?”

7. Biz kişilər çox sadəyik. Sizdən çörək gətirməyinizi istəyiriksə,
əslində sadəcə çörək gətirməyinizi istəyirik. Bundan "çörək niyə stolun
üstündə deyil?” kimi bir nəticə çıxarmayın, çox xahiş edirik.

8. Əgər ikibaşlı bir söz demişiksə və onlardan biri sizin xətrinizə
dəyirsə, deməli biz o biri mənada demişik. Heç nədən bizi zibilə
salmayın, qurban olum...

9. Əgər bir şey istəyirsinizsə, sadəcə deyin. Ordan-burdan suallar
verməyin. Mustafanı birdəfəlik deyin ki, məsələni aydınlaşdıra bilək.

10. Əgər kökəldiyinizi düşünürsünüzsə, yəqin ki, kökəlmisiniz. Bizə bu sualı verməyin, cavab verməyəcəyik.

11. Kişilərin əksəriyyətinin 3 cütdən çox ayaqqabısı olmur. Biz sadəyik.
Ona görə də 30 cüt ayaqqabınızdan hansının əyninizdəki paltara uyğun
gələcəyini soruşmayın. Qadanız alım, soruşmayın.

12. Evi təmizləyib yorulandan sonra üzünüzə baxılmayacaq hala
düşmüsünüzsə, bizdən "çox sağ ol” gözləməyin. Bunun bizə heç bir faydası
yoxdur. Təmiz bir evdən daha çox baxımlı bir qadınla evi, həyatı
paylaşmaq daha mənalıdır. Bir kişiyə təmiz evdən əvvəl təmiz həyat
yoldaşı, hətta sadəcə həyat yoldaşı lazımdır.

13. Sizə "nə olub?” sualını verəndə, "heç, hər şey qaydasındadı”
cavabını verəndə, sizə inanırıq, bizim üçün məsələ artıq bağlanır. Ona
görə də, bir problem varsa, ya sual verməmiş, ya da sual verən kimi
cavab verin ki, sonra bizə "anlayışsız, diqqətsiz” sözlərini
deməyəsiniz.скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!