Məhəmməd (ə.s) Peyğəmbərin kəlamları

Məhəmməd (ə.s) Peyğəmbərin kəlamları


Başqalarını eybini deməkdənsə, öz eybini anla, başa düş.


Başının salamat olmasını istəyən, gərək dilini qorusun.


Özünüz necəsinizsə, o cür də idarə olunursunuz. Başçınız öz içərinizdəki adamlardan çıxır.


Vətəni sevmək imandandır.


Dini başa salarkən xalqa inindırma yolu ilə təsir göstərin, zor işlətməyin.


Elm tükənməz xəzinədir, o xəzinənin açarı isə soruşub öyrənməkdir. Soruşub öyrənin, çünki soruşduqda 4 adama savab düşür: Soruşana, öyrənənə, dinləyənə, bunları sevənə.


Alimlər və elm öyrənənlər savabda şərikdirlər, sair camaat isə xeyir və səadətdən məhrumdurlar.


Elm Allahın Yer üzündə qoyduğu əmanət, alimlər isə Allah elminin əmanətdarlarıdır. Hər kəs öz elminə əməl etsə, həqiqətdə əmanəti layiqincə sahibinə qaytarmışdır.


Elmin fəziləti Allah yanında ibadətin fəzilətindən daha əzizdir.


Peyğəmbər (s) buyurmuşdur: " Allahın üç xoşu gələn səsdən biri alimin qələminin səsidir. "

скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!