Məsumların nurlu kəlamlarından 500 hədis (41-60)

Məsumların nurlu kəlamlarından 500 hədis (41-60)
Hədis 41: Həzrət Məhəmməd (s) buyurur:"Oruc tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkətin əsasıdır.”



Hədis 42: Həzrət Məhəmməd (s) buyurur:"Bir-birinizə əl verin (görüşün) ki, qəlbinizdən kin xaric olsun.”



Hədis 43: Həzrət Məhəmməd (s) buyurur:"Günahdan tövbə odur ki, onu təkrar etməyəsiniz.”



Hədis 44: Həzrət Məhəmməd (s) buyurur:"Dünyanın şirinliyi axirətin acılığı və dünyanın acılığı axirətin şirinliyidir.”



Hədis 45: Həzrət Məhəmməd (s) buyurur:"Qadının cihadı ərinə yaxşı baxmaqdır.”



Hədis 46: Həzrət Məhəmməd (s) buyurur:"Evlənməyinənyaxşısı odur ki, asan başa gəlsin.”



Hədis 47: Həzrət Məhəmməd (s) buyurur:"Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir.”



Hədis 48: Həzrət Məhəmməd (s) buyurur:"Allah rəhmət etsin okəsəki, öz dilini islah edər.”



Hədis 49: Həzrət Məhəmməd (s) buyurur:"Çox gülmək qəlbi öldürər.”



Hədis 50: Həzrət Məhəmməd (s) buyurur:"Əməlolunanelmdənsavayı, bütün elmlər qiyamət günündə vizrü-vəbalolacaqdır.”



Hədis 51: Həzrət Məhəmməd (s) buyurur:"Heçbirişi sabaha saxlamaki,hər günün öz işi var.”



Hədis 52: Həzrət Məhəmməd (s) buyurur:"Özünüz yemədiyinizi yoxsullara yedirməyin.”



Hədis 53: Həzrət Məhəmməd (s) buyurur:"Cahil (nadan) birşəxsyaifratedər (həddiaşar), yadageridəqalar.”



Hədis 54: Həzrət Məhəmməd (s) buyurur:"Kim məsləhətləşsəpeşman olmazvə kim dəorta həddi gözləsə,yoxsul olmaz.”



Hədis 55: Həzrət Məhəmməd (s) buyurur:"Birşəxsözü üçün istədiyini dinqardaşı üçün dəistəmədikcə mö`min olmaz.”



Hədis 56: Həzrət Məhəmməd (s) buyurur:"Heç birkəs gücü çatmayan şeyi qonağı üçün hazırlamamalıdır.”



Hədis 57: Həzrət Məhəmməd (s) buyurur:"Camaata verilən heçbirsədəqə onlarınarasındayayılan elmdən üstün deyildir.”



Hədis 58: Həzrət Məhəmməd (s) buyurur:"O işiki,istəmirsəncamaatsəndəngörsün,təklikdə də əncamvermə.”



Hədis 59: Həzrət Məhəmməd (s) buyurur:"Mənhara,dünyahara?! Mənim dünyadakıvəziyyətimbir ağacın kölgəsində oturan,sonra onu orada qoyaraqdurub gedən müsafir kimdir.”



Hədis 60: Həzrət Məhəmməd (s) buyurur:"Sədəqə verməklə mal azalmaz.скачать dle 11.3
Mənbə: Qadınlar.Co
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!