Acı ketçup resepti

Acı ketçup resepti
Tərkibi:

Zeytun yağı - 2 x.q.

Soğan - 1 stəkan

Çili bibəri - 2 ədəd

Xabanero bibəri - 4 ədəd

Sarımsaq - 4 diş

Pomidor - 500 qr.

Sirkə - 1 stəkan

Duz - 2 ç.q.

Şəkər tozu - 3 ç.q.



Hazırlanması:

1. Qazançada zeytun yağını orta alovda qızdırın.

Xırda-xırda doğranmış soğan, doğranmış və tumu təmizlənmiş bibərlər, əzilmiş sarımsaq əlavə edin. Qarışdıra-qarışdıra 3-4 dəqiqə, soğan yumşalana kimi qızardın.

2. Alovu azca azaldıb xırda-xırda doğranmış pomidor, sirkə və duz əlavə edin. Sonra zövqə görə şəkər tozu töküb təxminən daha 5 dəqiqə, pomidor yumşalana kimi qarışdıra-qarışdıra bişirin.

3. Hazır qatışığı blenderə töküb püre halına kimi çalın. Sonra aşsüzəndən keçirib soyudun.



Nuş olsun!скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!