Vegeterian borşu resepti

Vegeterian borşu resepti
Tərkibi:

kartof — 3-4 ədəd

su və ya tərəvəz bulyonu — 2 l

kələm — 200 qr.

çuğundur — 1 ədəd (orta)

pomidor — 1 ədəd

bolqar bibəri — 1/2 ədəd

konservə olunmuş qırmızı lobya — 1 banka (təxminən 400 qr.)

sarımsaq — 2 diş

bitki yağı — 1 x.q.

duz, şəkər tozu, sirkə



Hazırlanması:

Kartofu soyun, yuyub dördbucaq formada doğrayın. Qazana su tökün, qaynara düşdükdən sonra kartofları qazana salın. Orta alovda 7-10 dəqiqə bişirin. Çuğunduru yuyun, soyub sürtgəcdən keçirin.



Bitki yağını tavada qızdırın, çüğündürü 3 dəqiqə qarışdıra-qarışdıra qızardın. Azca duz vurun, sonra 1 x.q. şəkər tozu və 1-2 x.q. sirkə əlavə edin. Qarışdırın, daha 1 dəqiqə pörtüb qaba tökün. Kələmi nazik doğrayın, əlinizlə azca əzib şorbaya tökün. Duz əlavə edib qarışdırın, 5-7 dəqiqə bişirin. Pomidor və bibəri yuyun, dördbucaq formada doğrayıb tavaya tökün (çuğundurdan sonra tavanı yumayın, tərəvəzləri onda bişirin)



Duzlayıb lobya əlavə edin (suyunu əvvəlcədən süzün). Qarışdırıb 3 dəqiqə bişirin. Sonra tərəvəzli lobyanı şorbaya qatın, qarışdırdıqdan sonra çuğunduru da şorbaya tökün. 3-5 dəqiqə qaynadıb ehtiyac varsa zövqə görə duz vurun. Sonra alovdan götürüb qapağını qoyun. 10 dəqiqədən sonra süfrəyə verilə bilər.

Nuş olsun!скачать dle 11.3
Mənbə: Qadınlar.Co
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!