Umentaşi resepti - FOTO RESEPT

Umentaşi resepti - FOTO RESEPT
Tərkibi:

Xəmir üçün:


1 portağalın sedrası

200 q kərə yağı

0,5 st. şəkər tozu

0,5 ç.q. qabartma tozu

1 yumurta

2,5 st. un (+1 st.)



İç üçün:

1 limonun sedrası

1,5 st. süd

1 st. şəkər tozu

2 x.q. bal

3 x.q. kərə yağı

400 q xaş-xaş



Hazırlanması:

Portağalı
yuyub sedrasını çıxarın (qabığını sürtgəcdən keçirin, çalışın, ağ
hissələrini çərtməyəsiniz, xəmirə acılıq verəcək). 200 q kərə yağını 0,5
st. şəkər tozu ilə yaxşıca qarışdırın. Sedra, 0,5 ç.q. qabartma tozu, 1
yumurta, 2,5 st. ələnmiş un əlavə edərək qarışdırın. Masanın üstünə
azca un səpin və xəmiri orada yoğurmağa başlayın. Xəmir ələ
yapışmamalıdır. Xəmiri 3 yerə bölüb gəlməsi üçün 15-20 dəqiqə saxlayın.



Bu
arada içi hazırlayın. Limonu yuyub qurulayın, sedrasını çıxarın.
Qazançada 1,5 st. südü qızdırın, 1 st. şəkər tozu, 2 x.q. bal, 3 x.q.
kərə yağı əlavə edin, qaynara düşəndə 400 q xaş-xaş əlavə edin. Vam odda
15 dəqiqə bişirin. Ocaqdan götürün, sedra əlavə edib, soyudun.



Xəmiri
3-4 mm qalınlıqda yayın, 7-8 sm diametrli dairələr kəsin. Hər dairənin
ortasına 1 ç.q. iç qoyun. Sonra üçbucaq kimi (şəkildə gördüyünüz
qaydada) bükün. Ortasında deşik saxlayın.

Sinini kərə yağı ilə yağlayıb umentaşiləri içinə düzün.



180 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin.



Xaş-xaşın bir hissəsini kişmiş, yaxud xırda doğranmış qara gavalı ilə əvəz edə bilərsiniz.



























Nuş olsun!скачать dle 11.3
Mənbə: Qadınlar.Co
Загрузка...
loading...
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!