Sosisdən tomatlı şorba resepti

Sosisdən tomatlı şorba resepti
Tərkibi:

5-7 ədəd sosis (hisə verilmiş olmasın)

2 baş soğan

2 diş sarımsaq

1 banka marinə edilmiş pomidor

1 banka ağ lobya

reyhan (və yaxud cəfəri)

parmezan pendiri

makaron

zeytun yağı

1 l toyuq bulyonu

toyuq əti (istəyə görə)



Hazırlanması:

Toyuq
ətini bişirin, bulyonu tənzifdən süzün. Soğanı xırda doğrayıb
sosislərlə birlikdə qızardın. Soğanın rəngi şəffaflaşanda doğranmış
sarımsağı, sonra isə qabığı soyulmuş pomidorları əlavə edin. Üzərinə 1
litr toyuq bulyonu tökün. Zəif ocaqda 25-30 dəqiqə bişirin. Sonra
lobyanı və makaronu, bişmiş toyuq ətini əlavə edin. Hazır olanadək
bişirin. Duzlayıb, istiotlayın. Süfrəyə verərkən üzərinə göyərti və
sürtgəcdən keçirilmiş parmezan pendiri səpin.



Nuş olsun!скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!