Simit kababı (incə bulğur kababı) resepti

Simit kababı (incə bulğur kababı) resepti
Tərkibi:

Yarım kq qiymə,

1 stəkan incə bulğur,

1 soğan,

3-4 diş sarımsaq,

1 dolu qaşıq bibər tomatı,

1 çay qaşığı acı bibər tomatı,

1 şirniyyat qaşığı nanə,

1 çay qaşığı cirə,

1 çay qaşığı istiot,

1 şirniyyat qaşığı duz,

Taxta şiş



Servis etmək üçün:

Lavaş,

Izqarada bişirilən pomidor və bibər,



Hazırlanması:

Bulğuru isti suda isladın.

Ağzı bağlı qabda bulğur bişənə qədər saxlayın.

Içinə çox incə doğranmış soğan, ədviyyatlar, tomatları, qiyməni qataraq tamamən qarışana qədər yoğurun.

Taxta şişləri isladın.

Yoğrulan qarışıqdan limon böyüklüyündə parçalar ayırın və şişlərə taxın.

Incəldərək şəkil verin.

Yağlanmış fırın tabağına düzün və alt üstü çox qurutmadan bişirin.

Bibər və pomidorlar yağsız tavada közləyin.

Servis tabağına lavaşı qoyun.

Üzərinə şişdən çıxardılan kababları yerləşdirin.

Pomidor və bibərlə bəzədiyiniz kababları isti-isti servis edin.



Nuş olsun!скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!