Oruk kababı (incə bulğur kababı) resepti

Oruk kababı (incə bulğur kababı) resepti
Tərkibi:

Yarım kq yağlı qiymə(toyuq əti də ola bilər)

1 stəkan incə bulğur,

2 soğan,

2 diş sarımsaq,

1 çay qaşığı istiot,

Arzuya görə qırmızı bibər,

1,5 şirniyyat qaşığı bibər tomatı,

1 çay qaşığı nanə ,

Çöp şiş,

1 şirniyyat qaşığı duz,



Hazırlanması:

Əvvəlcə bir çay stəkanı incə bulğuru isladıb yumşalana qədər gözləyin( suyunu çox qoymaq olmaz, yumşaq olar şişdə durmaz).

Geniş bir qaba soğan və sarımsağı rəndələyin.

Içinə qiyməni, ədviyyatları və tomatı əlavə edin.15 dəqiqəyə yaxın yoğurun.

Daha sonra 10 15 dəqiqə dincə qoyun.

Dincə qoymağınızın səbəbi əldə etdiyiniz xərcin çöp şişdən düşməməsi üçündür.

Taxta şişlərə taxaraq qızardın.

Bir tavada qızarda bilmək üçün şişləri 2-yə ayırın.

Bu kababı fırında və manqalda da bişirə bilərsiniz.

Oruk kababını pidə çörəyinin üzərinə qoyaraq da servis edə bilərsiniz.

Çöp şişdən çıxartmadan kartof qızartması və plovla da servis edə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3
Mənbə: Qadınlar.Co
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!