Mini - Abdominoplasty

Mini - Abdominoplasty
Mini qarın gərmə əməliyyatı

Qarın gərmə əməliyyatı nədir?
Qarın gərmə əməliyyatı əslində böyük sayılan plastik cərrahı əməliyyatlarındandır. Ancaq bəzi hallarda xəstənin yalnız qarın bölgəsində şəkil pozuqluğu var. Buna bağlı olaraq da daha kiçik müdaxilə ilə korreksiya edilə bilməkdədir.

Belə vəziyyətlərdə mini qarın gərmə əməliyyatı xəstələrə təklif edilir. Bu əməliyyat ilə qarın bölgəsində olan sallanma yığıştırılır.

Mini qarın gərmənin digər üsuldan fərqi nədir?
Bu üsul pasiyentin şikayəti minimum səviyyədə və göbək dəliyinin altında olan hissədə problemi olduğunda tətbiq olunur.

Mini qarın gərmə başqa əməliyyatlarla birlikdə oluna bilərmi?
Bəli, bu əməliyyat başqa əməliyyatlarla birləşdirilə bilər. Ən çox Liposuction (yağ alma) əməliyyatı ilə kombinə edilir. Bu əməliyyatlar birlikdə edildikdə bir-birini tamalayır və yaxşılaşma müddətinə mənfi təsir etmir.

Mini qarın gərmə əməliyyatı sonrası diqqət edilməsi lazım olan nələrdir?
Qarın gərmə əməliyyatınin nəticələrinin ömür boyu qalıcı olduğunu unutmamaq lazımdır. Bundan sonrakı həyatda bəslənmə şəklinə çox diqqət edilməsi lazımdır. Bədən, kilo artımlarınindan mənfi təsir görə bilər. Hamilə qalmaq istəyən qadınlara bu əməliyyat təklif edilməz.

Mini qarın gərmə hansı problemlərə həll deyil?
Bu əməliyyatı kilo vermək məqsədi ilə edilməsi çox tövsiyə edilməz. Eyni zamanda qarın bölgəsində xüsusilə hamiləlik dövründə yaranan çatlara faydası olmaz.

Mini qarın gərmə əməliyyatı ümumi anestezi altında həyata keçirilir.

Mini qarın gərmə əməliyyatı nə qədər sürər?
Ediləcək olan əməliyyatın müddəti 2 saat içində tamamlanır. Doktor ehtiyac duyarsa, xəstə bir gecə xəstəxanada qala bilər.

Mini qarın gərmə əməliyyatı sonrası nə baş verir?
Əməliyyat sonrası sarğı və korset ilə qarın bölgəniz möhkəm tutulacaq. Əməliyyat sonrası ilk 24-48 saat gərginlik və ağrı hissi ola bilər, amma üçüncü gün ağrılar tamamilə azalacaq. Doktorunuz kontrolları ilə 2-3 həftə sonra gündəlik həyat tempinizə təkrar qovuşacaqsınız. Çapıqlar (yara izləri) başlanğıcda çəhrayı və sərt görünərkən, zaman içərsində solmağa və yumşalmağa başlayar.скачать dle 11.3
Mənbə: Qadınlar.Co
Загрузка...
loading...
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!