Yeni il üçün makiyaj tövsiyələri

Yeni il üçün makiyaj tövsiyələri
Yeni il axşamı üçün makiyaj seçimi geyim seçimi qədər vacib və əhəmiyyətlidir. Xüsusilə də,yeni ili bayram süfrəsi ətrafında keçirəcəyiksə, üzümüzün gözəlliyi ümumu görünüşcə daha seçilən olmalıdır. Odur ki, gəlin yeni il üçün makiyajı birlikdə fikirləşək.
Gözəl yeni il makiyajı heyrətamiz görünüş, yüksək diqqət, çoxlu kompliment və əlbəttə, xatirə üçün əla selfidir.

Yeni il makiyajı dəbli cərəyan olan nude tərzində edilə bilər. Burda əsas qayda təbiiliyi saxlamaq üçün kosmetikadan minimal istifadə edilməsidir.

Daha cəlbedici görünmək üçün isə parlaq makiyaj etmək lazımdır. Parlaq və dolğun makiyaj etdikdə əsas qaydanı unutmayın ki, nəzərə çarpan ya gözlər, ya da dodaqlar olmalıdır.

Əgər gözləri vurğulamaq istəyirsinizsə, hər zaman aktual olan smoky eyes göz makiyajı uğurlu olacaq. Bu zaman təkcə boz rəng çalarlarının seçilməsi mütləq deyil. Siz həm də bənövşəyi, qırmızı, göy və yaşıl rəngin çalarlarını da seçə bilərsiniz. Bu il göz kölgəsi kimi parıltı və sayrışan rənglər dəbdədir. Bu, tezliklə şimmerli göz kölgəsinin sahibəsinə çevrilmək üçün uyğun səbəbdir.

Əgər dodaqları vurğulayacaqsınızsa, dolğun, əlvan və qalıcı boyanı seçin. Məsələn, qımızı ya da zoğalı rəngli dodaq boyasını. Qırmızı ilə yanaşı zoğalı, mərcan, fuksiya və ya kürən rəngin çalarlarını da seçə bilərsiniz.

Üz makiyajına gəldikdə isə, tonal kremin və ya kirşanın qalıcılığı mütləqdir. Mütləq makiyaj altı baza və makiyajı fiksə edən spreydən istifadə edin, çünki yeni il gecəsi hər zaman makiyajı yeniləməyə imkan olmayacaq.скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!