Zeytun yağının fərqli istifadə sahələri

Zeytun yağının fərqli istifadə sahələri
Zeytun yağını mebel təmizləyicisi olaraq da istifadə edə bilərsiniz. Sprey şüşəyə bir miqdar zeytun yağı, bir miqdar limon suyu və ya sirkə tökün, mebelə sürtün və bir neçə dəqiqə gözlədikdən sonra quru bir parça ilə silin.



Saçınıza bulaşan boyanı təmizləyir

Evinizi boyayarkən saçınıza boya bulaşıb? Dərd etməyin! Pambığa biraz zeytunyağı tökün və saçlarınıza sürtün.



Maşın yağını təmizləyir

Avtomobilinizin təmirindən sonra əlinizə bulaşan maşın yağını zeytun yağı ilə təmizləyə bilərsiniz. Bir qaşıq zeytun yağına bir qaşıq duz və ya şəkər tozu əlavə edib, əllərinizi ovun. Əlləriniz həm təmizlənəcək, həm də dəriniz yumşalacaqdır.



Sızanaqları təmizləyir

Sızanaqların başlıca səbəbi olaraq yağ göstərilərkən, üzünüzə yağ çəkmək qərib gələ bilər. Amma bir çox insan zeytun yağının sızanaqlara müsbət təsir göstərdiyini söyləyirlər. 4 qaşıq duz və 3 qaşıq zeytun yağını qarışdırın. Bu qarışığı əlinizə tökün və barmaqlarınız ilə yavaş-yavaş üzünüzə çəkin. Bir həftə ərzində hər gün istifadə edin. Daha sonra həftədə 2-3 dəfəyə endirin.



Quru saçlar üçün

Ucları qırıq və quru saçlar üçün zeytun yağı möcüzəvi təsir göstərir. Yarım stəkan zeytun yağını isidib, saçlarınıza sürtün. Dəsmalla saçınızı bağlayıb, 45 dəqiqə gözləyin. Sonra şampunla yuyun.



Təraş sabunu əvəzi

Təraş köpüyünüz qurtarıbsa, sabunla vaxt itirməyin. Zeytun yağını üzünüzə sürtdükdən sonra asanlıqla təraş edə bilərsiniz. Həmçinin, zeytun yağı dərinizi də nəmləndirəcək.скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!