Bu günkü dərsimizin sualı: Öpüş nədir? (dərs 3)

Bu günkü dərsimizin sualı: Öpüş nədir? (dərs 3)
Dərs 3
 
Müəllim:
-Sizlərdən kim deyə bilər öpüş nədir?
-Hansı mənada?
-Birbaşa))Kim ömründə bir dəfə də olsa öpüşüb,əllərinizi qaldırın.
Tələsmədən bir,iki,bir neçə nəfər əlini qaldırır.
-Təşəkkür edirəm.Bəs sizlərdən kim təsdiqləyə bilər ki,bu onun həyatında olan ən gözəl şeylərdən biri olub?
Heç kimdən səs çıxmır.Kimsə inamsız halda əlini qaldırır.
-Təşəkkür edirəm.Dərsimizin mövzusu:Evdə yaşlı kim varsa baba və nənə,ya qohumlardan kimsə,onlardan ilk öpüşləri barədə soruşun və gələn dərsimizə bunu yazılı surətdə gətirin.Yadda saxlayın,yalnız həqiqəti yazacaqsınız.Vicdanla.
Növbəti dərsdə hər kəs yazdığını ucadan oxuyur.
-Mənim nənəm deyir ki,ilk dəfə ağır yaralı olan bir oğlanı öpüb.Nənəm özü müharibədə tibb bacısı imiş.Oğlanın adı yadında olmasa da həmin öpüşü həyatı boyu heç vaxt unutmayıb.
-Mənim babam ilk dəfə nənəmi öpüb.O da uzun müddət onun arxasınca gedib gələndən sonra.O deyir ki ərik çiçəkləmişdi həmin vaxt. Nənəm isə dedi ki iyunun 6-sı idi.
-Mənim nənəm və babam uzaqda yaşayırlar ona görə qonşudan soruşdum.Onu ilk dəfə gələcək həyat yoldaşı öpüb.Ona evlənmək təklifi etdiyi axşam.
-Mənim nənəm də ilk dəfə mavi gözlü oğlanla öpüşüb,birlikdə təhsil alıb sonra da evləniblər.İndi o mənim babamdır.
-Mənim nənəmi ilk dəfə uşaqlıq sevgisi öpüb,sonra oğlan müharibədə həlak olub,snayper imiş.Nənəm sonra babam ilə tanış olub,onlar birlikdə işləyirlərmiş.
-Mənim nənəm və babam yoxdur.Atam və anam uşaq evində böyüyüblər.
Hər kəs oxuyub qurtarandna sonra pəncərədən bayıra baxan müəllim soruşdu:
-Gözəl hadisələrdi elə deyil?Sizi bilmirəm,mənim paxıllığım tutdu onlara.



Bu günkü dərsimizin sualı: Öpüş nədir və o gözəl səsləndiyi qədər də yaddaşınızda gözəl qalıbmi?
Yadda saxlayın,yalnız həqiqəti yazacaqsınız.Vicdanla…



...Şəxsi sualdır.Kim utanırsa cavab verməyə bilər.İstəyən ürəklə müzakirələrdə iştirak etsin.скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!