Qəhvə falınızda çıxan simvolların mənası (1-ci hissə)

Qəhvə falınızda çıxan simvolların mənası (1-ci hissə)
Türk qəhvəsi dedikdə adamın ağlına qəhvə falı gəlir. Siz də öz evinizdə falınıza baxa bilərsiniz! Qəhvə falına baxa bilməyin əsas şərti simvollara uyğun mənalar çıxara bilməkdir. Buna görə də siz, hansı simvolun nə mənaya gəldiyini bilməlisiniz. Aşağıdakı qəhvə falı lüğətindən faydalanaraq, bəzi simvolların mənasını öyrənmənizə kömək etmiş olarıq. Qalanı isə sizin xəyal gücünüzdən asılıdır!

Üzük: Falda üzük görmək gələcəyinizin olduqca parlaq olacağının işarəsidir. Üzük görən insanlar zaman içində hörmət görəcək və etibarı artacaq. Yaxın ətrafı tərəfindən olduqca seviləcək və mal, mülk qazanacaqlar.

Balıq: Balıq daima malın artması və varlılığa işarə edən bir canlıdır. Hətta fal içində də bir dənə yox, bir neçə dənə çıxanda bu, bir neçə qismətin size gözlədiyinə işarə edir. Bundan başqa balıq qoruma kimi də izah edilir.

Xoruz: Qəhvə falında görülən xoruz gələcəyin aydınlanacağını, pis hadisələrin yaxşı hadisələrlə əvəzlənəcəyinin xəbərçisidir.

Öküz: Xoşbəxtlik yaşayacağınıza, o il içində bolluq və bərəkətin sizinlə olacağına, eyni zamanda iş və təhsil həyatınızda çox uğurlu olacağınıza işarədir.

İlan: Qəhvə falında görülən ilan yaxşılığa işarə deyil. Falına baxılan adamın həyatında qarışıqlıqların olduğunun göstəricisidir. Düşmənləri təmsil edir.

Təyyarə: Qarşısınıza çıxmış və ya gələcəkdə qarşınıza çıxa biləcək bütün maneələri aşacağınıza, problemləri həll edib, yenidən hər şeyin yaxşı olacağına işarədir.

Qarmaq: Həyatınıza olduqca faydalı və müsbət təsirlər qatacaq bir hadisənin içində olacağınıza işarə edir. Gələcək günlərlə birlikdə ruhunuz rahatlaşacağının xəbərçisidir.

Zeytun: Barışın və ədalətin simvoludur. Əgər dostlarınızla və sevdiklərinizlə aranızda problem varsa ən qısa müddətdə barışacağınıza işarə verir. Eyni zamanda qısa müddətdə insanlar tərəfindən yaxşılıq görəcəksiniz.

Zürafə: Duyğusallığı təmsil edir. Fal baxılan insanın duyğusal və romantic anlar yaşayacağını göstərir. Ən qısa zamanda yeni münasibətə başlayacağını və xoşbəxt vaxt keçirəcəyinin xəbərini verir.

Uşaq: Əgər fal sahibi yeni evlidirsə yaxın zamanda uşaq olacağı xəbərini alacaq. Əgər əksinə, subay insana çıxıbsa deməli, bacı və ya qardaşının uşağı olması xəbərinı alacaq.

Yarasa: Biriylə tanış olacağınızın və o adamın sizə çox faydası olacağına işarət edir.

Qanad: İnsanın içində olduğu pis vəziyyətdən qurtulacağını göstərir.

Pəri: Falda pəri qoruyucu bir partnyot ilə izah olunur. İş ya da təhsil həyatınızda yarım qalan ya da maddi çatışmazlıq səbəbiylə tamamlaya bilmədiyiniz işlərinizi heç gözləmədiyiniz anda birindən alacağınız dəstəklə tamamlayacağınız mənasını verir.

Üzüm: Bütün sıxıntılarınızdan qurtulub, arzulrınızın yerinə yetəcəyini, borclarınızı ödəyəcəyinizi göstərir.

Qayıq: Tətilin, xoşbəxtliyin və əyləncənin simvoludur.

Gəmi: Bütün sıxıntılardan, dərdlərdən yaxın müddətdə qurtulacağınızın və yeni insanla nizamlı, qaydalı həyata yelkən açacağınızın simvoludur.скачать dle 11.3
Mənbə: Qadınlar.Co
Загрузка...
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!