Qəhvə falınızda çıxan simvolların mənası (2-ci hissə)

Qəhvə falınızda çıxan simvolların mənası (2-ci hissə)
Türk qəhvəsi dedikdə adamın ağlına qəhvə falı gəlir. Siz də öz evinizdə falınıza baxa bilərsiniz! Qəhvə falına baxa bilməyin əsas şərti simvollara uyğun mənalar çıxara bilməkdir. Buna görə də siz, hansı simvolun nə mənaya gəldiyini bilməlisiniz. Aşağıdakı qəhvə falı lüğətindən faydalanaraq, bəzi simvolların mənasını öyrənmənizə kömək etmiş olarıq. Qalanı isə sizin xəyal gücünüzdən asılıdır!

Çətir: Səltənətə, izzətə, ululuğa, mərtəbəyə, idarəçiliyə, liderliyə işarədir. Ətrafınızda hörmət edilən insan olacağınıza və böyük insanlarla bir oturub duracağınıza işarə edir.

Toyuq: Gözəl və xoş xəbərlər alacağınızı göstərir. Eyni zamanda özünüzdə hansısa bir xəstəliyiniz və ya naraharlığınız varsa şəfa tapacaq, iş həyatınızda yeni başlanğıclar edərək sürətli şəkildə yüksələcəksiniz.

Papaq: Qısa müddətdə böyük uğurlara imza atacağınızın xəbərçisidir.

Göyərçin: Qəhvə falında göyərçin görmək xoşbəxt bir xəbər ya da uzun müddətdir küsülü olduğunuz insanlarla barışacağınıza işarədir. Ani və gözlənilməyən birindən gözəl xəbərlər eşidəcəyiniz mənasına gəlir.

Rels: Sağlıq problemləri yaşaya bilər və xeyli yorğun ola bilərsiniz, bu səbəbdən özünüzə çox yaxşı baxmalısınız.

Maral: Ailə daxili münasibətlərə işarədir. Ailənin gözəl günlər görəcəyinin, xoşbəxt yaşayacağının xəbərçisidir.

Ülgüc: Ağrısını illərdir hiss etdiyiniz bir hadisənin yarasının alacağınız bir xəbərlə yaxşılaşmasına işarət edir.

Dənizatı: Falı baxılan adamın etdiyi hər işdə uğurlu olacağı mənasını verir. Olduğu mərtəbədə yüksələcəyinin xəbərçisidir.

Sual işarəsi: Ağlınızda cavabını bilmədiyiniz və axtarmaqla məşğul olduğunuz bir sual var deməkdir.

Leylək: Səyahət etməyə işarə edir. Daim yol olaraq yozulan bu heyvan həmişə hərəkət edir. Bu həmçinin, uzaqdan gələn qonağın da simvoludur.

Çəkic: İnsanın tezliklə önəmsiz hadisələrlə qarşı-qarşıya qalacağına və sıxıntılı həyatının asanlaşacağına işarə edir. Çiyinlərinizdəki yüklər yüngülləşəcək.

Hamilə: Qəhvə falında hamilə görmək ən yaxın zamanda uşağınızın ola biləcəyinin və ya uzun zamandır yaşadığınız problemlərin yox olacağının xəbərçisidir.

Qapı: Son zamanlar başınıza gələn hadisələrin sizi narahat etməsiylə yanaşı psixologiyanızın çox pozulduğunun işarəsidir.

Pişik: Falına baxılan insanın yaxın ətrafından, dostlarından heç gözləmədiyi anda pislik görəcəyinə yozulur.

Dəvə: Çox yaxşı mənası vardır. Dəvənin real həyatda bütün çətinliklərə baxmayaraq yükünü lazımi yerə aparması falda da insanın bütün çətinliklərə qarşı başladığı işdə uğurlu olacağı anlamına gəlir.

Buğa: Falına baxılan adamın diqqətli olmasında fayda var. Buğa çıxdığı zaman qəhvə falına baxanlar insanları xəbərdar edirlər.

Qurd: Çox çıxılmaz vəziyyətdə qalınan bir məsələdən qurtulmağa işarə edir. Daim dostu və düşməni olan insanların bunları diqqətli ayırmasının lazım olduğunu bildirir.

Timsah: Düşmənə zülm edən insana, haqsız qazanc əldə edənlərə, aldadan alçaq insanlara işarə edir. Rəqiblərinizə və düşmənlərinə qarşı qazandığınız uğurun xəbərçisidir.

Oraq: Sevdiyiniz bir insanın qısa zamanda öləcəyinə işarə edir. Çətin, sıxıntılı günlər yaşacağınız mənasını verir.

Malikanə: Dostlarınız arasında sizə qıcıq olan biri varsa bu insanın sizə ciddi zərər verəcəyinə işarə edir.

Ürək: Sevginin və eşqin simvoludur. Qəhvə falında çıxanda isə falına baxılan adamın aşiq olacağını və ya evlənib sevdiyi insanla sevgi dolu ömür keçirəcəyini bildirir. Həmçinin, falına baxılan adamın dürüst, cana yaxın, sevimli biri olduğunu bildirir.

Kəpənək: Tezliklə yaşanacaq xoşbəxtliyə işarədir. Kəpənək falda qısamüddətli eşqin yaşanacığını da bildirə bilər.

Yelləncək: Gəl-getlərə işarədir. Ediləcək bir iş üçün zamanın uyğun olmadığını göstərir.скачать dle 11.3
Mənbə: Qadınlar.Co
Загрузка...
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!