Heyf o sevgiyə

Heyf o sevgiyə


O yalançı illər günə dəyməzmiş,


Gül verdim, verdiyim gülə dəyməzmiş,
Gözümdə çağlayan selə dəyməzmiş,
Heyf o sevgiyə, o məhəbbətə.
 
Bir dəfə ürəkdən gülə bilmədim,
Könlümü kimsəyə verə bilmədim,
Səndən başqasını sevə bilmədim,
Heyf o sevgiyə, o məhhəbbətə.
 
Sənsiz gecələrim yuxu bilmədi,
İçimdə alışan ahı bilmədi,
Mən bildim, sən bildin, çoxu bilmədi,
Heyf o sevgiyə, o məhəbbətə.
 
Özümün özümdən acıgım gəlir,
Dostlarım kədərli, düşmənim gülür.
Ölən sevgimizə yazığım gəlir,
Heyf o sevgiyə, o məhəbbətə.
 
Sultanlıq taxtımız devrildi necə,
Küləksiz, tufansız sovruldu heçə.
O sevgi nifrətə çevrildi necə,
Heyf o sevgiyə, o məhəbbətə.
Nüsrət Kəsəmənliскачать dle 11.3
Mənbə: Qadınlar.Co
Загрузка...
loading...
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!