Allah Şəhidlərimizə rəhmət etsin!

Allah Şəhidlərimizə rəhmət etsin!
Bir ölüm qatarı yola düşübdür

özüylə bizi də yığıb aparır.

Bu qatar yollanır əbədiyyətə

anaların yaşın sıxıb aparır.



Hər ölüm bir ürək dağı deyilmi?

Dillənir hər qəlbin bir sarı simi,

Bu qatar canları bir ulduz kimi

Yerlərdən göylərə axıb aparır.



Bəşər qurbanların dinləmir səsin,

Duymur o alovlu,odlu nəfəsin,

İndi igidlərin cansız kəlləsin,

Namərdlər nizəyə taxıb aparır.



Əzrayıl...dad-bidad onun əlindən,

Biz uzaq doğulduq mərhəmətindən,

Cavan oğlanların cəbhə xəttindən

Sonuncu arzusun yıxıb aparır.



Ay zalım heç yoxdu namusun,arın?

Burda dolanırsan nə harın-harın,

Dəhşət...apardığı neçə canların

Dalıyca da bizə baxıb aparır.скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!