Sən getdin...

Sən getdin...
Sən getdin... sənsizlik mənimlə qaldı,

Üzsüz qonaq kimi getmək bilmədi.

Sən getdin... könlümü qüssə-qəm aldı,

Günlər aya döndü, ötmək bilmədi...



Sən getdin... dəyişdi fəsillər bir-bir,

Guya, bu yoxluğa alışdım mən də.

Silib xəyalları sətirbəsətir,

Ayaqda qalmağa çalışdım mən də.



Sən getdin... kölgənə dönüm, istədim,

Sən keçən yolları keçə bilməyə.

Bitib-tükənməyə n dözüm istədim,

Qəmi damla-damla içə bilməyə.



Sən getdin... köksümdə bir eşq yarası,

Mənə yoldaş oldu elə o gündən.

Qarışdı hər şeyin rəngi, sırası...

Küsdüm səni alan kəm taleyimdən.



Sən getdin... ölmədim, yaşadım, niyə?

Yaşadım lal olan nəğməkar kimi...

Eşqini könlümdə daşıdım, niyə? -

Sanki həyatımda hələ var kimi...



Sən getdin... əlimdən, söylə, nə gəlir?

Guya, bu yoxluğa alışdım mən də...

Amma ki, hər dəfə qəlbim titrəyir

Səsinə bənzəyən səs eşidəndə...скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!