Sənin üçün darıxmışam.......

Sənin üçün darıxmışam.......
Bu nə dərddir ki,bilmirəm,
Onu heç kimlə bölmürəm,
Səni çoxdandı görmürəm,
Sənin üçün darıxmışam.
İl ömürdən sızıb gedir,
Həyat insanı məhv edir,
Məni sənsizlik incidir,
Sənin üçün darıxmışam.
Niyə getdin,bu barədə,
Demədin bircə kəlmə də,
Xəbərin yoxdu bəlkə də,
Sənin üçün darıxmışam.
Düşünüb fikrə dalmışam,
Cavan ikən qocalmışam,
Gözü yollarda qalmışam,
Sənin üçün darıxmışam.
Sənə yetmir günüm,qayıt,
Necə səndən dönüm,qayıt,
Qayıt,ömrüm,günüm,qayıt,
Sənin üçün darıxmışam.
Niyə yoxsan yanımda sən?
Mənə tənhalıq oldu tən,
Yadına düşməsəm də mən,
Sənin üçün darıxmışam.
Qüruru almadan vecə,
Sənə zeng etdiyim gecə,
Məgər hiss etmədin necə
Sənin üçün darıxmışam?скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!