Ən faydalı 5 bitki çayı

Ən faydalı 5 bitki çayı
- Nanə çayı.

Sakitləşdirir, stresi azaldır, baş, qarın, menstruasiya ağrılarını azaldır, köpdən azad edir, damarları genişləndirir.



- Zirinc çayı.

İltihabı azaldır, mikrobları öldürür, arterial təzyiqi və şəkəri aşağı salır, immun sitemini möhkəmləndirir, iştahanı artırır.



- İtburnu çayı.

İmmuniteti
möhkəmləndirir, güclü iltihabəleyhinə təsirə malikdir, sidik kisəsini
və sidik yollarını təmizləyir və iltihabı azaldır, təzyiqi aşağı salır,
damarları təmizləyir və möhkəmləndirir.



- Kəkliotu çayı.

Mədə-bağırsaq
sistemini şlaklardan, toksinlərdən təmizləyir, qurdları öldürür,
bəlgəmgətirici təsirə malikdir, orqanizmi tonuslaşdırır, stresi azaldır,
kişilərdə potensiyanı gücləndirir.



- Çobanyastığı çayı.

Sakitləşdirir,
bağırsaqları təmizləyir, bağırsaqlarda iltihabı azaldır, immuniteti
gücləndirir, soyuqdəymə və qrip zamanı faydalıdır, menstruasiya zamanı
ağırıları azalıdır.

Bu çayları hazırlamaq üçün 1 çay qaşığı bitki 1 fincan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və adi çay kimi içilir.

İtburnu
çayı hazırlamaq üçün 1 xörək qaşığı itburnu əzilir, termosda 1 stəkan
suda 1 saat ərzində dəmlənilir, 2-3 dəfə yaxşı süzülür və adi çay kimi
içilir.

Zövqə görə çaya bal, limon əlavə etmək olar.скачать dle 11.3
Mənbə: Qadınlar.Co
Загрузка...
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!