Oğlanlarda cinsiyyət sistemi xəstəliklərinin profilaktikası

Oğlanlarda cinsiyyət sistemi xəstəliklərinin profilaktikası
Xarici cinsiyyət üzvlərinin vaxtında müalicə edilməyən xəstəlikləri yaş artdıqca uşağın sağlamlığında bir çox problemlərin meydana çıxmasına və hətta sonsuzluğa da gətirib çıxara bilər.

Oğlanların əksəriyyətində doğulana qədər və ya doğulduqdan sonrakı ilk aylar ərzində xayalar artıq xayalıqda yerləşmiş olur.

Lakin bəzən hər hansı bir səbəb üzündən bətndaxili inkişaf prosesində pozğunluq baş verir və xayalar xayalığa enmirlər. Valideynlər hər iki xayanın xayalıqda olub-olmamasına mütləq diqqət yetirməlidirlər. Yadda saxlayın ki, xayalar hərəkətli olur və soyuq şəraitdə və ya əllə təzyiq edən zaman yuxarıya - qasıq kanalı nahiyəsinə doğru hərəkət edə bilərlər. Bu, normal haldır.

Yenidoğulmuşda xayalar (biri və ya ikisi) yerinə düşməmişdirsə, onu mütləq pediatra göstərmək lazımdır. Uşağın 2-4 yaşları arasında xayanın enməməsi qüsuru cərrahi əməliyyat vasitəsilə aradan qaldırılır.

Oğlan uşaqlarında həmçinin xayalığın düzgün formalaşmasına fikir vermək vacibdir. Normada xayalıq simmetrik olmalı, bu nahiyədə dəridə qızartı olmamalıdır. Əgər xayalığın bir hissəsi digərindən böyük görünürsə, dərhal həkimə müraciət edin. Bu xaya hidropsunun, varikoselenin, xayaların iltihabı və s. xəstəliklərin əlaməti ola bilər.

Xaya hidropsu zamanı xaya qişaları arasına maye yığılır. Nəticədə xayalığın bir və ya hər iki tərəfi böyüyür. Əksər hallarda valideynlər bunu ilk dəfə uşaq uzun-uzadı ağlayandan sonra (bu vaxt qarındaxili təzyiq artır) hiss edirlər. Bəzi uşaqlarda hidrops öz-özünə keçib gedir. Lakin buna arxayın olmaq olmaz. Hidropsun ilk əlamətləri nəzərə çarpan kimi uşağı həkim uroloq və ya androloqa (kişi həkimi) göstərin. Bu mütəxəssis uşağı 3 yaşına qədər nəzarət altında saxlayacaq və əgər öz-özünə sorulma baş vermədikdə isə cərrahi əməliyyat təyin edəcəkdir.

Varikosele zamanı xayalıq venalarının genişlənməsi nəticəsində xayalığın bir hissəsi digərindən böyük görünür. Bu xəstəlik kişi sonsuzluğunun ən başlıca səbəblərindən biridir. Varikoselenin müalicəsi yalnız cərrahi yolla həyata keçirilir.

Xayalıq üzvlərinin travması, xayaların iltihabı və ya xaya burulması zamanı xəstə xaya böyümüş, ağrılı və şişkin olur. Bu simptomlar əmələ gələn kimi, mütləq həkimə müraciət etmək lazımdır. Müalicənin gecikdirilməsi xayaların birdəfəlik itirilməsi ilə təhlükəlidir.

Oğlan uşaqlarında həmçinin cinsiyyət üzvünə də fikir vermək lazımdır. Onun forması əyri olmamalıdır. Əgər buna hər hansı bir şübhəniz olarsa, pediatr, uroloq və ya endokrinoloq ilə məsləhətləşə bilərsiniz.

Uşağın gigiyenasına xüsusi fikir verin. Hər gün səhər və axşam oğlunuzu yuyundurun və alt paltarlarını dəyişin. Buna əməl etmədikdə oğlan uşaqlarında xarici cinziyyət üzvlərinin iltihabı və fimoz əmələ gələ bilər.

Əziz valideynlər, oglan uşaqlarınıza qarşı çox diqqətli olun! Onların xarici cinsiyyət üzvlərinin quruluşu, xarici görkəmi və s. barədə hər hansı bir normadan kənar vəziyyət görmüş olsanız, dərhal pediatra müraciət edin! Sonradan, pediatrın məsləhəti ilə lazım olarsa, uşağı androloq-uroloqa və ya endokrinoloqa da göstərmək olar. Bəzi hallarda diaqnozun dəqiqləşdirilməsi üçün uşağa bir neşə mütəxəssisin baxışı da tələb oluna bilər.скачать dle 11.3
İstinad: saglamolun_az


Загрузка...
Facebook Şərhləri
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!