Şəbnəm Tovuzlu tamaşaçıya söydü: "Get anana..." - BÖYÜK QALMAQAL / FOTO

Şəbnəm Tovuzlu tamaşaçıya söydü:
22.11.2017 2 686
Tanınmış müğənni Şəbnəm Tovuzlu ilə "İnstaqram" hesabındakı izləyicisi arasında qalmaqal baş verib.

Ötən gün bir nəfər Metbuat.az-a müraciət edərək, Şəbnəm Tovuzlu tərəfindən təhqir edildiyini deyib. O bildirib ki, müğənniyə çəkisi ilə bağlı iradını bildirdəkdən sonra təhqirlərə məruz qalıb.

"Şəbnəm Tovuzlunun "İnstaqram" səhifəsində paylaşdığı şəkilə, “Bir az kökdür, kökəlib” deyə yazdım. Həmin an mənim şəxsi mesaj bölməmə müğənni tərəfindən təhqiredci sözlər yazıldı".
Şəbnəm Tovuzlu tamaşaçıya söydü: "Get anana..." - BÖYÜK QALMAQAL / FOTO

Məsələ ilə bağlı müğənninin özü ilə əlaqə saxladıq. O bildirdi ki, hörmət görmək istəyən, özü də hörmət etməlidir:
“Belə şeylərə görə sosial şəbəkələrə girmirəm. Səhifəmi köməkçim Röyal idarə edir. Yaxşı oğlandı, özü də dindardı. İndi görün o nə qədər hirslənib ki, adamı təhqir edib. Əslində özüm tapşırmışam ki, belə hallara çox fikir verməsin. Amma onu da qınamayın, qarşı tərəf özünə hörmət qoymalıdır. Bu bir neçə dəfə baş verib. Bir şey deyim ki, belə insanların payını vermək lazımdır. Adama deyərlər, xoşun gəlmir baxma. Vallah belə insanlara nə edirsə, əcəb edir. Bunlar niyə sakit durmurlar ki, sonra da söyülürlər. Boş-boş oturublar manitor arxasında, bilmirlər nə etsinlər. Ona-buna ağızlarına gələni yazırlar. Belə şey olar?!”скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!