Azərbaycanlı şairədən erotik şeir: "Səhra kimi uzanardım altında"

Azərbaycanlı şairədən erotik şeir:
28.11.2017 6 871
Tanınmış şairə Aysel Əlizadə yeni yazdığı şeirini təqdim edib. GoldNews.Az A. Əlizadənin Facebook profilində paylaşdığı erotik şeiri təqdim edir.

Kaş yatağımı bunca yalqız qoymazdın
qoxunu həsrətdən yox,
şəhvətdən alardım.
Kaş dodaqlarımı
dodaqlarının arasında yatırardın.
Necə başlamışdısa, eləcə bitərdi.
Gərək gözəl ayrılardıq.

Sən gözüyumulu,
yarıoyaq, yarıyuxulu
alnımdan boynuma
dodağınla cizgi çəkərdin,
başımı geri atıb aşağı ötürüb
yol verərdim mən də sənə.
Sən nəfəsini yel kimi dərimə üfürüb
İsti küləyim olardın yenə.

Bütün hücrələrimlə yanardım onda.
Səhra kimi uzanardım altında, suyum olardın...
Soyudardın qumsallığımı,
canına çəkərdin qadınlığımı.

Kaş gözəl ayrılardıq...
Tanrı kimi sevişib gedərdin.
Bətnimdə bəyaz iz buraxardın,

Sənə bir İsa doğardım ki...скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!