Bakı küçələrində sekslə məşğul olan 12 yaşlı qız

Bakı küçələrində sekslə məşğul olan 12 yaşlı qız
10.04.2018 6 095
Gecə saatlarında küçədə iki dəfə sekslə məşğul olan qız və oğlan Bakının mərkəzində quraşdırılan müşahidə kameralarına düşüb.



Tia.az xəbər verir ki, cinsi hərəkətlər ilk dəfə olaraq Qız qalası, ikinci dəfə isə Sabirin heykəli yaxınlığında qeydə alınıb.



Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, kameraya düşən qız Bayıl qəsəbəsinin 12 yaşlı sakini olub.



M.Lamiyə (ad şərti olaraq göstərilib) itkin düşmüş elan olunub. Bu günlərdə qızın nənəsi ərizə ilə polisə müraciət edərək nəvəsinin evdən getdiyini və geri qayıtmadığını bildirib.



Xəfiyyələr kameralara düşən oğlanın izinə düşüblər. Bu, Bakıda ev kirayə edən və tikintidə fəhlə işləyən Şəki rayon sakini 1991-ci il təvəllüdlü N.Mustafayev olub. Evdən qaçan qız da tapılıb.



Bakı Şəhər Prokurorluğu tərəfindən saxlanılan N.Mustafayevə qarşı Cinayət Məcəlləsinin 152-ci maddəsi üzrə cinayət işi qaldırılıb.



Saxlanılan şəxs ilkin ifadəsi zamanı qızla Bakı bulvarında tanış olduğunu bildirib. Onun sözlərinə görə, o, qızı zorlamayıb və guya qarşı tərəf özü onunla yaxınlıq etməyə razılıq verib.



Bayıl sakini polis tərəfindən nənəsinə təhvil verilib. Məhkəmə tibbi ekspertizanın qərarına əsasən yetkinlik yaşına çatmayan qız bakirədir.скачать dle 11.3
Mənbə: Qadınlar.Co
Загрузка...
loading...
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!