14 yaşlı qızı zorlayıb videosunu anasına göstərdilər

14 yaşlı qızı zorlayıb videosunu anasına göstərdilər
10.09.2017 127
Türkiyənin Adana şəhərində 14 yaşlı qız uşağını qaçıran və silah gücü ilə ona təcavüz edən 3 nəfər həbs olunub.



Anspress-in məlumatına görə, şübhəlilərin təcavüz anını cib telefonuyla çəkdikləri məlum olub.



İddiaya görə, 14 yaşlı A.D. axşam evə gedərkən motosikletlə yanına yaxınlaşan 3 adam tərəfindən silahla təhdid olunaraq qaçırılmaq istənib. Ancaq qız uşağı müqavimət göstərib. Dəbilqə ilə qızın başına vuran Mahmud D. (24 yaşlı) qızı motosikletə atıb. Mahmud D. və yanındakı yoldaşları O.T. (17) və Cəlil K. (22) ilə birlikdə qızı Aralıq dənizi Məhəlləsində boş bir ferma evinə aparıb. Burada özünə gələn qızı Mahmud D. silah və bıçaq gücünə zorlayıb.



Mahmud D. təcavüz edərkən digər yoldaşları da bu anı cib telefonuyla çəkib. Daha sonra digər iki şübhəli qızı zorlayıb. Təcavüz əsnasında bir adam qızın ağzını və əlini tutarkən, bir adam da cib telefonuyla baş verənləri çəkib. Bu an qız çarəsizcəsinə ağlayıb. Daha sonra şübhəlilər "Kimsəyə bir şey desən, sənin bu fotoşəkillərini ailənə göstərərik, internetə yayarıq" deyərək qız uşağını təhdid ediblər.



Qız bir müddət kimsəyə bir şey bildirməyib, ancaq şübhəlilər təkrar əlaqəyə girmək üçün onu təhdid etməyə başlayıblar. Şübhəlilər qız uşağının evinə gəlib görüntüləri anası Xədicə D.-yə göstərib. Görüntüləri görüncə şübhəlilərə hücum edən ana daha sonra polisə şikayət edib. Dərhal hərəkətə keçən polis Mahmud D. və dostlarını tutub. Onlar məhkəmə tərəfindən həbs olunub.скачать dle 11.3
Mənbə: Qadınlar.Co
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!