Ata qızının başını kəsdi

Ata qızının başını kəsdi
10.09.2017 108
Bu gün Biləsuvar rayonu Bağbanlar kəndində dəhşətli qətl hadisəsi baş verib.



Qadinlar.biz xəbər verir ki, bu barədə məlumat Biləsuvardan daxil olub. Məlumata görə, təxminən iki saat əvvəl kənd sakini Tofəddin Hacıyev ailə münaqişəsi zəminində öz qızının başını kəsərək qətlə yetirib. Hazırda rayon polis şöbəsinin əməkdaşları hadisə yerində əməliyyata başlayıb.



Hadisə haqqında ətraflı məlumat verəcəyik.



Əldə etdiyimiz məlumata görə, qətlə yetirilən Aidə Hacıyevanın 26 yaşı var və bir uşaq anası olub. Tofəddin Hacıyev  artıq saxlanılıb.



Hazırda rayonun polis rəisi və prokuroru hadisə yerindədir.



Hadisənin təfərrüatları da əldə edilib. Məlumata görə, Qurban bayramı ərəfəsində ata boşanmış qızının həmkəndliləri olan bir oğlanla münasibətindən xəbər tutur. Oğlanı qızın yanında tutaraq möhkəm döyür və onu başından ağır yaralayır. Yaralı oğlan Bakıda xəstəxanaya yerləşdirilib və hazırda müalicə alır. Bakıda işləyən Tofiəddin dünən kəndə qayıdaraq bu hadisəyə görə qızının da başını kəsir.скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!